Qarabag Media
Haqqımızda Əlaqə

"Ruslardan aldığımız silah- sursat işləmədi..." — Polkovnik Akif Səlimov


Tarix:25-12-2018, 16:10 Kateqoriya:Manşet / Gündəm

"Ruslardan aldığımız silah- sursat işləmədi..." — Polkovnik Akif Səlimov

Ermənistanın Gorus rayonu ilə Laçın rayonu arasındakı sərhəddi biz tərəfdən qoruyan rus qoşunları haqqında məlumatı diqqətinizə çatdırıb, biraz ətraflı, emossiyasız düşünməyi və bu günə düşməyimizin səbəblərindən birinə münasibət bildirməyi məqsədəuygun hesab edirəm.

Rəqəmlər rəsmidir və 23872 saylı Rusiya hərbi hissəsinin komandiri general leytenant V.Sokolovun imzaladıgı əmrdən götürülmüşdür.

Laçının kəndlərində yerləşən Rusiya hərbiçiləri, silah, texnika, şəxsi heyyət barədə məlumat.

Birinci dayaq məntəqəsi

QAYĞI QƏSƏBƏSİ: 18- ədəd BTR ( zirehli maşın), 238- nəfər əsgər və zabit, 30 - ədəd D-30 qaubitsası( top ),ştat üzrə avtomat , pulemyot,AQS-lər...qranatamyotlar...

FƏTƏLİPƏYƏ KƏNDİ: 4- ədəd top, bir ədəd BTR-70, 28- nəfər əsgər, zabit.

YUXARI CİCİMLİ: İki ədəd minomyot M-82, 10- ədəd qumbaraatan AQS, bir ədəd stankvu tank vuran,bir ədəd SPQ.

AŞAGI CİCİMLİ: Bir ədəd BTR, minomyot M-82, bütün müasir atıcı silahlar və 28- nəfər əsgər, zabit.

QIZ QƏBRİ: Bir ədəd tank, 85-mm PTB, bir minamyot, bir tankvuran.
Müasir silahlı əsgər və zabitlər.

İKİNCİ DAYAQ MƏNTƏQƏSİ:

ZABUX KƏNDİ: 30- cu post- Zabux və Dıg arasında yerləşirdi, bir ədəd BTR-70, bir pulemyot , qranatamyotlar, 54-nəfər əsgər və zabit silahları, sursatları ilə.
Qranatamyot, minomyot, AQS .

CAGAZUR KƏNDİ:Bir BTR-70, bir rotnı pulemyot, qranatamyot və silahlar, 15- əsgər və zabit.
MALIBƏY KƏNDİ: Bir BTR-70, iki rotnu pulemyot, ZİL-131 maşın, 16 əsgər və zabit.

Bundan əlavə adı çəkilən kəndlərdə Laçın alayına tabe olan dəstələr, hər kəntdə 30-40 nəfər döyüşçü.
Rus hərbiçilərini Azərbaycandan çıxaranda, yuxarıda adı çəkilən silah, sursat, texnika, top, BTR- lər hamısı təhvil verildi Laçın polkuna (Laçın alayına)
Laçın polisi iki BTR və dörd rotnu pulemyot götürmüşdü...

1992- ci ilin may ayında o toplar, BTR-lər, minomyotlar, qranatamyotlar, pulemyotlar sözün əsil mənasında işləmədi...
Acıdır, amma həqiqət budur...

Siyasilər rus ordusunu əlverişsiz vaxtda çıxardılar, ortada olan hərbiçilərimiz ordu yaratmaga qadir olmadılar.
Ruslardan qalan texnikanı, tankı, topu sıgallamaqdan başqa Azərbaycan kişisi fərdi qoçaqlıqdan başqa heçnə edə bilmədi...
Rusa nifrəti pik həddə kökləyən cəbhəçilər elementar gedişləri, nəticələri görə bilmədilər...
Xalq olaraq məglubiyyətimizdən 27- il keçib...
İndi xalq da, siyasilər də, başbilənlər də hamı bir agızdan etiraf edir və deyirlər ki, Qarabagın taleyi ruslardan asılıdır...
Yaxşı, bu rusları niyə vaxtsız qovub, uduzduq iyirmi faiz torpaqları, bir milyona yaxın insanımız niyə didərgin olmalıydı ki?
Bu həqiqət guya ki, ifrat millətçiləri qıcıqlandırır...
Real surətdə insanlarımızın psixologiyasında nə dəyişib?
Azadıq, suverenik, güclü ordumuz var... Rusa gücümüz çatar....?
Qollu-qanadlı şüarlarnan, bəlagətli millətçi çıxışlarnan, özümüzü və imkanımızı şişirtməknən heç hara getmək olmazmış acı həqiqətini yaşadı xalqımız...

Ortada bir Qarabag dərdimiz var...
Bu dərdi məclislərdə aglayan mərsiyəxanlarda yetərincədir...
Ermənidən agıllı olmasaq, ruslara daha yaxın olub, ermənilərdən çox hörmət qazanmasaq, Rusiyanı Azərbaycana Ermənistandan daha önəmli ölkədir həqiqətinə inandırıb, tərəfimizə çəkməsək Qarabagı silah gücünə almaga imkan verməyəcəklər.

" X" GÜNÜNÜ, "ƏLVERİŞLİ TARİXİ ŞƏRAİT"İ GÖZLƏYƏ- GÖZLƏYƏ DƏ ÜMİDLƏRDƏN, XÜLYALARDAN ALACAGIMIZ TƏSƏLLİ QALACAQ BİZLƏRƏ...
Qarabagın açarını agılla-başla dövlət, xalq, ordu birliyinin qüdrəti müqabilində Rusun cibindən çıxarmalıyıq...

Akif Səlimov,
Qarabağ müharibəsi iştirakçısı, polis polkovniki

__________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb