Qarabag Media
Haqqımızda Əlaqə

Dağlıq Qarabağın Azərbaycanlı icması FİFA-dan şikayət edib


Tarix:24-12-2018, 23:34 Kateqoriya:Manşet / İdman

Dağlıq Qarabağın Azərbaycanlı icması FİFA-dan şikayət edib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına (ConIFA) etiraz məktubu göndərib.

Buna səbəb FIFA və qitə futbol qurumları tərəfindən tanınmayan qondarma respublikaların etnik yığmalarını özündə birləşdirən ConIFA-nın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2019-cu il Avrokpa Kuboku turniri keçirmək istəyidir.

Qurumun prezidenti Per-Anders Blində ünvanlanan məktubda yarışın təşkili ilə əlaqədar ConIFA-nın rəsmi saytında yerləşdirilən məlumatın dərin narahatlıq doğurduğu vurğulanıb: “Ermənistanın hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin – Dağlıq Qarabağ və 7 rayonun işğalı ilə nəticələnib. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş rayonlarda azərbaycanlıların kütləvi şəkildə etnik təmizlənməsini həyata keçirib. Etnik təmizləmə siyasəti 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib. Hazırda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 80 mindən çox üzvü 30 ildən çoxdur Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. ConIFA-nın təşkil etdiyi bu turnir beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilat və dünya ictimaiyyətinin rəsmi mövqeyinə ziddir. ConIFA-nın bu təxribatçı aktı təkcə regionda sülh və sabitliyi təhlükə altına qoymur, həm də sülh prosesini və tərəflər arasında aparılan danışıqları pozur”.

Məktubda işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən “Qarabağ” futbol klubunun olduğu xatırladılıb: “Hazırda bu klub erməni qoşunları tərəfindən tamamilə məhv edilmiş və işğalı altında olan Ağdam şəhərindən uzaqda - Bakıda məskunlaşıb. Təmsil etdiyi şəhərdən kənarda oynamasına baxmayaraq, “Qarabağ” UEFA Çempion Liqasının qrup mərhələsində iştirak edərək, dünya səviyyəsinə qalxıb. ConIFA-nın bu seçiminin UEFA-nın qaydalarına tamamilə zidd, Avropa, eləcə də dünya idman ictimaiyyətinə hörmətsizlik olduğunu görürük. Sizi planlaşdırdığınız yarışın yersiz və zərərli olduğunu etiraf etməyə, onu dərhal təxirə salmağa çağırıram. Bu təxribatçı hərəkət Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimə açıqlıq gətirir, Ermənistanın hərbi işğalı nəticəsində dağıdılmış bölgədə separatizm və irredentizm təşviq edir. Bu turniri müharibə bölgəsində təşkil etməklə, qurumun prezidenti olaraq, turnirin iştirakçıları, xarici jurnalistlər və digər media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə, onların həyatı üçün məsuliyyət daşıyırsınız”.

Qeyd edək ki, ConIFA 12 komandanın iştirak edəcəyi turniri 2019-cu ilin iyununda Xankəndində keçirməyi planlaşdırır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”