Qarabag Media
Haqqımızda Əlaqə

Ağcabədidə mağazalarda dolaşan saxta pulların mənbəyi məlum olub


Tarix:24-12-2018, 23:21 Kateqoriya:Manşet / Hadisə

Ağcabədidə mağazalarda dolaşan saxta pulların mənbəyi məlum olub  Polis əməkdaşları tərəfindən Ağcabədi rayonunda xeyli miqdarda saxta əskinas aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Polis əməkdaşları tərəfindən Ağcabədi rayonunda xeyli miqdarda saxta əskinas aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən 4 mağaza sahibi dekabrın 23-də mağazalarında alış-veriş edən 2 nəfərin onlara müvafiq olaraq 3 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq əskinaslar verdiklərini, sonradan həmin pulların saxta olduğunu aşkar etdiklərini bildiriblər. Həmin əskinaslar polis əməkdaşlarına təqdim olunub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları verməkdə şübhəli bilinən rayon sakinləri Mehdi Mehdizadə və Təhminə Nəzərova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan əlavə olaraq 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq saxta əskinaslar aşkar edilib.

Araşdırmalarla onların saxta əskinasları T.Nəzərovanın atası Firəddindən aldıqları müəyyən edilib.

Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş Firəddin Nəzərov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 21 ədəd 100 manatlıq, 29 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 62 ədəd 5 manatlıq və 37 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Karabakmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"