Qarabag Media
Haqqımızda Əlaqə

Yaxşı başımızı qatırıq... - “Feysbuk”da atışırıq...


Tarix:23-12-2018, 13:38 Kateqoriya:Manşet / Yazarlar

Yaxşı başımızı qatırıq... - “Feysbuk”da atışırıq...Nərminləri yox, Nərminləri yetişdirən ideologiyaları hədəfləməli, elmlənməli, maariflənməliyik...

Yaxşı başımızı qatırıq... “Feysbuk”da, “Tvitter”də atışırıq... Güllələri hara gəldi atırıq... Əsas hədəflərdən başqa... Biri-birimizə, dünənki dosta, yoldaşa, hətta qardaşa....

***

Bizi yoldan, rizdən, hədəfdən azdırırlar... Sosial şəbəkə çıxandan hamımız yazıçı olmuşuq... Odla, barıtla dolmuşuq... Bizə nə gəldi yazdırırlar.... Təki məqsəddən, hədəfdən yayınaq. Vaxt keçsin, zaman ötsün... Yaralarımızı qaysaq örtsün... Deyişirik, əyişirik hey boş-boş...

***

Doğru söz deyənə, yanlışdan üz döndərənə, haqq yolu göstərənə də “bizə dərs keçir” deyirik... İrəli gedənimizin əl-ayağını yeyirik...

***

Nərmin Şahmarzadələri yox, Nərminləri yetişdirən ideologiyaları hədəfləməliyik... Söyüş söyməklə, deyişməklə iş aşmaz... Öyrənməli, elmlənməli, maariflənməliyik... Dinimizi, Quranımızı mənimsəməliyik...

****

Nə qədər ki, ümumxalq düşüncə sistemimiz yanlışdı, milli, dini dəyərlərdən uzaqdır, nə qədər ki, halalı haramdan, haqqı nahaqdan ayıra bilmirik, onlarla, yüzlərlə, minlərlə Nərminlər yetişəcək...

***

Yaxşı başımızı qatırıq- “Feysbuk”da atışırıq... Hərəmiz bir şirə, pələngə dönürük bu virtual məkanda... Elə bilirik, ayığıq... Çalışırıq... Əslində biz yatışırıq... Özümüz də bilmədən məkrli güclərin kirli oyunlarına qatışırıq...

***

Zaman ötür... Torpaq düşmən əlində... Biz isə nəhəng bir şounun iştirakçılarıyıq... “Feysbuk”da, “Tvitter”də atışırıq.... Hər tərəfə bulaşırıq... Tolerantlaşırıq... Yavaş-yavaş hər şeyə alışırıq... Pulsuzluğa da, varsızılığa da, arsızlığa da, ağılsızlığa da, dağsızlığa da, bağsızlığa da, Qarabağsızlığa da...

***

“Feysbuk”da, “Tvitter”də atışırıq.... Yavaş-yavaş hər şeylə barışırıq, düşüklərlə, arsızlarla, dələduzlarla yarışırıq, məclislərdə geylərlə, “mavi”lərlə qarışırıq... Hər şeyə alışırıq... Əsas odur- Qarabağdan uzaqlaşırıq...

Sultan Laçın
_____________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"