Qarabag Media
Haqqımızda Əlaqə

BAO-nun İstanbulda konfransı keçirildi - FOTO


Tarix:23-12-2018, 12:28 Kateqoriya:Manşet / Türk dünyası

BAO-nun İstanbulda konfransı keçirildi - FOTO

Karabakhmedia.az xəbər verir ki, 22 dekabr 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində Bütöv Azərbaycan Ocaqları (BAO) "Azərbaycan türklərinin yeni hədəfləri" mövzusunda konfrans keçirib. Konfransın açılışında öncə BAO-nun İstanbul təmsilçisi Rıza Xurşid, Ege təmsilçisi Rıza Sadıkoğlu, Düzcə təmsilçisi Zafer Arı qısa şəkildə Azərbaycanın bütövlüyünün önəmini ifadə etdilər.

Konfransda əsas məruzəçilər BAO-nun Türk Dünyası İlə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu olublar. B. Türkoğlu "Bütöv Azərbaycana gedən yolda əngəllər" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan türklərinin qarşısında dayanan əsas hədəf milli birliyimizi gücləndirmək və əngəlləri aşmaqdır. Eyni zamanda o, Azərbaycanın güneyindəki son vəziyyətlə bağlı bilgi verdi.

Daha sonra Faiq Ələkbərli "Azərbaycan türklərinin qarşısında dayanan yeni hədəflər və vəzifələr" mövzusunda çıxış edərək bildirib ki, milli hədəflərimiz ilk növbədə Tehranda hakimiyyəti bərpa etməkdir. Tehranda hakimiyyəti bərpa etməyin yeganə çıxış yolu isə Azərbaycanın bütövlüyündən keçir. F. Ələkbərliyə görə, ancaq Türk nüvəli Azərbaycan ideyası ilə yeni bir dövlət qurmaq mümkündür. Azərbaycan və Türklük ideyalarının yalnız türk deyil, qeyri-türklər üçün də birləşdirici, bütünləşdirici rolundan bəhs edən Ələkbərlinin fikrincə, çox yaxın zamanlarda dünyanın düzəni dəyişəcək ki, məhz belə bir ərəfədə Azərbaycan türkləri özünü toparlayıb, Azərbaycan türk nüvəli böyük bir dövlət qurmağa hazır olmalıdırlar.

Toplantıda iştirak edən prof. Halil Bal, Metin Özər, Gülarə Yenisey, Teymur Qasımlı, Sedat bəy və başqaları da mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.

BAO-nun İstanbulda konfransı keçirildi - FOTO

BAO-nun İstanbulda konfransı keçirildi - FOTO

BAO-nun İstanbulda konfransı keçirildi - FOTO

BAO-nun İstanbulda konfransı keçirildi - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında