Qarabag Media
Haqqımızda Əlaqə

Şəhidlərlə bağlı yaradılan təşkilat qeydiyyatdan keçdi


Tarix:19-12-2018, 15:18 Kateqoriya:Manşet / Gündəm

Şəhidlərlə bağlı yaradılan təşkilat qeydiyyatdan keçdi

Aprel döyüşlərində şəhid olmuş polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadənin bir il bundan əvvəl yaratdığı təşkilat qeydiyyatdan keçib.
Bu barədə Modern.az-a Sevinc Alızadə məlumat verib.


O bildirib ki, təşkilatın qeydiyyata alınmasında fədakar və xeyirxah insanların böyük rolu olub.

“Bizə yaxından köməklik edən hər kəsə təşəkkür edirəm ki, onların sayəsində “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyimiz bu ilin 13 noyabrında qeydiyyatdan keçdi. Artıq rəsmi fəaliyyətimiz mövcuddur. Hazırda ofisimiz yoxdur. Gələn il bu və digər məsələləri də həll etməyə çalışacağıq. İctimai birliyin təsisçiləri mən və aprel döyüşlərində şəhid olmuş polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Yusifovadır. Bundan sonra təşkilatın sədri kimi fəaliyyət göstərəcəm”

Təşkilatın sədri vurğulayıb ki, əsas məqsəd şəhidlərin unudulmamasına xidmət göstərməkdir.

“Təşkilatımız bir il bundan qabaq təsis edilib. Ötən ilin noyabrında aprel şəhidlərinin ailə üzvləri ilə birgə təşkilatımızın təsis yığıncağını keçirtdik. Amma bu təkcə aprel şəhidlərini əhatə etmədi. Həm qazilərimizi, həm də sonradan şəhid olan insanların ailələrini bir araya toplamışdıq.

Təşkilatı yaratmaqda məqsədimiz heç də maddi nəsə ummaq deyil. Məqsədim ilk gündən belədir. Şəhid ailələrinə, övladlarına söz vermişəm ki, heç zaman şəhidlərimizi unutmağa qoymayacağam. Onları ictimaiyyətə, yetişməkdə olan gənc nəslə örnək kimi təqdim etməyə çalışacağam. Çünki şəhidlərimiz unudulanda ölür. Onların dəyəri, örnəyi bizim üçün ən böyük sərvətdir. Bu işi universitetlərdə gənclərin çox olduğu yerlərdə etməyə çalışırıq”.

Sevinc Alızadə şəhid xanımı kimi gələcəkdə deputat olmaqla bağlı da danışıb.

“İxtisasca hüquqşünasam. Çalışıram ki, şəhid ailələrinin hüquqlarını hüquqi yolla həll edim. Hələ ki, hüququn vəkilliyini almağa çalışıram. Deputat olmağa gəlincə, onu deyə bilərəm ki, bu, xalqın işidir. Namizədliyimi irəli sürsəm belə, seçim xalqındır. Əgər xalqım məni və gördüyüm işləri bəyənib qəbul edəcəksə o zaman deputatlıq məsələsini xalqın öhdəsinə buraxacağıq. Onlar layiq biləcəksə, bu işə razılıq verəcəyik. Çünki bu, bizim istəyimizdən asılı olan məsələ deyil”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"