Qarabag Media
Haqqımızda Əlaqə

Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"


Tarix:16-12-2018, 12:34 Kateqoriya:Manşet / Qarabağ

Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"

"Aleksandr Duqin məni Azərbaycana getməyə və orada Qarabağ münaqişəsi zonasındakı Cəbrayıl və Fizuli rayonlarına baş çəkməyə dəvət etdi. Və indi məni çoxları bu səfərə görə ittiham edirlər".

Virtualaz.org bildirir ki, bunu məşhur Rusiya ictimai xadimi, televiziya aparıcısı və jurnalisti Maksim Şevçenko öz internet-müraciətində deyib.

"Erməni oxucular və dinləyicilər mənə deyirlər: "Siz bunu necə etdiniz, Siz satıldınız, Siz Abşeron manqurtusunuz, Siz Bakı pulu almısınız". Birincisi, mən sizi inandırıram – mən heç bir pul almamışam və almağa da hazırlaşmamışam. Əgər mənə pul təklif etsəydilər, mən heç bir halda ora getməzdim. Əlbəttə, azərbaycanlılar bizə kifayət qədər rahat səfər və orada kifayət qədər rahat olmaq imkanı yaratdılar. Biz ora kifayət qədər uzun yol getdik. Bu o gün idi ki, Rusiya yığması İspaniya ilə oynayırdı və onu uddu. Biz rayonlara gedirdik, hansılar ki, beynəlxalq hüququn bütün normaları üzrə işğal edilmiş hesab edilirlər.

Tutaq ki, Dağlıq Qarabağ mübahisəli ərazidir, amma Laçın, Ağdam, Fizuli, Cəbrayıl və başqa rayonlar – bunlar dəqiq 1990-cı illərin əvvəllərində Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən qanunsuz işğal edilmiş Azərbaycan Respublikasının əraziləridir. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil? Kim bildirər ki, bunlar Ermənistan ərazisidir? Baxmayaraq ki, mən "bu bizim qədim torpağımızdır, biz həmişə orada yaşamışıq" kimi yazılar da oxuyuram.

Bilirsiniz, gəlin bu danışıqları bir kənara qoyaq. Erməni qoşunları Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalıdır. Milyon nəfərə yaxın azərbaycanlı, sözsüz, ora qayıtmalıdır. Və Bakı yalnız bundan sonra, Azərbaycan qaçqınlarının ora qayıdış şərti ilə Dağlıq Qarabağın statusunu müzakirə etməyə hazırdır,

Mənim mövqeyim dəyişməz qalır: mən həmçinin hesab edirəm ki, ermənilər Azərbaycan ərazisinə qayıtmalıdırlar, harada ki, yüzilliklərlə yaşayırdılar; 400 mindən artıq azərbaycanlı isə Ermənistanın ərazisinə dönməlidir, hansılar ki, oradan qovulublar. Bu bütün insanlar üçün faciə idi.

Buna görə mən ora getdim, demək üçün ki, müharibə Azərbaycan xalqı üçün də, erməni xalqı üçün də bütün məsələlərin pis həll yoludur. Mən hesab edirəm ki, bu rayonlar ilkin sövdələşmə olmadan azad edilməlidir. Mən deyə bilərəm ki, Serj Sarkisyan, pis və ya yaxşı olmasından asılı olmayaraq, İlham Əliyevlə bu beş rayonun azad olunması haqda razılaşmışdı. Bu, gərginliyin yumşalmasına, Ermənistanın Zaqafqaziyanın iqtisadi-energetika, qaz, ticarət və s.sisteminə qayıdışına gətirib çıxarardı

Budur, Sarkisyanı çıxardılar, Paşinyan gəldi. Yenə zorakılığın, müharibənin eskalasiyası. Mən Paşinyanın indiki siyasətinin əleyhinəyəm. Hesab edirəm ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üzrə siyasəti, sülh prosesini davam etdirmək lazımdır. Mən əminəm ki, bütün ağıllı ermənilər, hansılar ki, millətçilik mifi ilə kor edilməyiblər, bu məsələdə məni dəstəkləyəcəklər. Buna görə hesab edin ki, mənim Fizuli rayonuna səfərim simvolik idi. Mən iki qədim xalqı-azərbaycanlıları və erməniləri real sülh dialoquna çağırıram.

Amma əgər bu dialoq müharibə ilə pozulacaqsa...”.

Maksim Şevçenko müraciətində dana nələrə toxunub? O, Azərbaycan Ordusunun mövqelərində nələrin şahidi olub? Onun indiyədək tutduğu və bundan sonra da tutmağa hazır olduğu tək mövqe hansıdır?

Bütün bu və digər sualların cavabı video-müraciətdə...

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?