Qarabag Media
Haqqımızda Əlaqə

Prezident İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib


Tarix:30-09-2015, 21:29 Kateqoriya:Manşet / Gündəm

Prezident İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib Xəmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Karabakhmedia.az "Report"-a istinadən xəbər verir ki, Herbert Salber səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb. Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı