Qarabag Media
Haqqımızda Əlaqə

Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri


Tarix:14-12-2018, 17:22 Kateqoriya:Manşet / Cəmiyyət

Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri

Sovet vaxtı rayonda müxtəlif vəzifələrdə çalışan böyüklü, kiçikli məmurlar kolxoz və sovxozlara təhkim olunardılar. Əsas da qış üçün yem toplanışında kəndlərə gedib, camaatın ot toplanışına səfərbər edilmələrinə çalışardıq. Mən, 1973 - 79 cu illər arsında Laçın rayon komsomol komitəsinin birinci katibi olanda ən çox rayonun Qarabəyli kəndindəki Hüsü Hacıyev adına kolxozuna təhkim edilirdim. 1976 cı ildə ot toplanışı vaxtı bir məqalə yazıb yerli “LAÇIN” qəzetinə verdim, onlar da məqaləni dərc etdilər. Düzdür, məqalə həmin dövrün ruhuna uyğundur, ancaq rayonumuzun gözəl kəndlərindən olan Qarabəyli kəndinin ətrafındakı yer adlarına və zəhmətkeş insanlarına görə məqaləni oxumağa dəyər. Qəzeti bu günə qədər arxivimdə saxlamışam.

LAÇIN qəzeti,
9 sentyabr 1976 cı il
ƏMƏYİN SİMFONİYASI
(REPORTAJ)


Avtomaşın dağların belinə qurşanan çətin dağ yolu ilə irəliləyir. Quşqonmaz zirvələr, yalçın qayalar, təbiətin gözəllik şahı olan meşə ruhumuzu oxşayır, qəlbimizi fərəhləndirir. Dağların hirsini-havasını özü ilə üzüaşağı aparan Namlı çayı isə sanki “qüdrətdən qalalı, səngərli” dağların qoynunda qurub-yaradan qeyrətli insanların şərəfli əməyini tərənnüm edir. Bir az uzaqda isə yalçın qayalardan başına tac qoymuş əzəmətli Qırxqız göylərə baş çəkir.

Ulu Qırxqızın övladları olan Tozağacı, Ağduzdağ və Keçid dağları rayonun ən ucqar kolxozu olan Hüsü Hacıyev adına kolxozun ərazisini üzük qaşı kimi dövrəyə alıb. Bu yerləri gəzdikcə kolxozun əhatə etdiyi Qarabəyli, Lolabağırlı və Korcabulaq kəndlərinin əməksevər əhalisinin yem toplanışının ilk günlərindən işə can-başla girişərək, məhsulu itgisiz və qısa müddətdə başa çatdırmağa çalışdıqlarının şahidi olur və fərəhlənirsən...

Hara baxsan qaynar həyat, qaynar iş görürsən...Kolxozun “Ağzı bir” deyilən ən böyük biçənək sahəsindəyik. Üç briqadanın 50 nəfərdən çox dəryazçısı da buradadır. Dəryazların səsi Namlı çayının nəğməsini xatırlatdı mənə. Bu həzin nəğmə getdikcə coşur, dalğa kimi gah enir, gah da qalxır. Fikir məni bu yerlərin keçmişi haqqında bir neçə gün əvvəl bu kəndin qocaları ilə olan söhbətə qaytarır. Ömrünün gənclik çağını ağır, məşəqqətli günlərə qurban vermiş əsrimizin yaşıdı olan qocalar Sovet hakimiyyəti qurulandan sonra camaatın ağ günlərə çıxmağından, şanlı Oktyabr şüalarının bu dağlar qoynunda olan kəndlərə sevinc, səadət gətirməsindən danışırdılar.

Ixtiyar qocalardan biri – Mirsiyaf kişi keçmişin ağır, məşəqqətli, çətin günlərini yada salaraq köks ötürür, bu günkü xöşbəxt həyatı böyük sevinc hissi ilə belə ifadə edir: - indi qeyrət vaxtı, hünər vaxtıdır. Belə xöşbəxt həyatı görəndə adam evdə oturmaq istəmir. Kəndin qocaları da gənclərlə çiyin-çiyinə çalışır. Biz də rayonumuzun başqa kolxozları kimi ikiillik ot toplamağa qərar vermişik.

Mirsiyaf dayının söhbətinə qocaman müəllim Şiraslan Səfərov və kolxoz veteranı Şükür kişi də təkan verir. Qocalarla söhbətimiz kəndin bu günündən qanadlanıb sabahına uçur.

...Kolxoz idarə heyyətinin sədri Valeh Salahovun gur səsi məni xəyallarımdan ayırır: - kolxozçularımızın qurub-yaratmaq əzmi yüksəkdir. Elə buna görədir ki, maldarlıqda yüksək göstəricilərə nail olmuşuq. Qaramalın sayını 465 baş əvəzinə 486 başa, inəklərin sayını isə 131 baş əvəzinə 133 başa çatdırmışıq. Bütün növlər üzrə dövlət planlarını artıqlaması ilə yerinə yetirmişik. Indi qarşımızda daha yüksək vəzifə - heyvandarlıq üçün möhkəm yem bazası yaratmaq durur. Bu il ikiillik yem toplayacağıq. Buna əməkçilərimizin böyük ruh yüksəkliyi, sahələrdə olan bol məhsul və ən başlıcası isə işimizin düzgün təşkili imkan yaratmışdır.

Kolxozun mexaniki Yusifa Vəliyev sədrin sözünə qüvvət verərək, deyir: - Mexanizatorlarımız da yem toplanışını tez və itgisiz başa vuracaqlar. Otbiçən aqreqatı işlədən komsomolçu Sədrəddin Məmiyev gündə 6 hektardan çox sahənin otunu biçir. Sürücülərdən Yusifin, Ənvərin, Qaçayın, Əlinin işinə söz ola bilməz. Doğma partiyamız onuncu beşilliyi səmərəlilik və keyfiyyət beşilliyi elan edib. Bunun nə demək olduğunu biz yaxşı başa düşürük və işimizlə doğrultmağa çalışırıq.

Dəlidağdan üzü aşağı sərin külək əsməsinə baxmayaraq isti avqust günəşi adamı yandırır. Dəryazçılar isə yandırıcı istiyə baxmayaraq böyük həvəslə çalışırlar. Pəhləvan cüssəli bu oğlanların hər biri gündə 0,30 hektara qədər sahənin otunu biçir. Rza Hümbətov, Qənimət Qasımov, Möhübbət Salmanov, Müsləddin Abışov, Nadir Verdiyev, Fəttah Rəhimov, Vəliqulu Şadmanov və başqaları yem toplanışı cəbhəsinin önündə gedirlər.

Otbiçənlərdən razılıq hissi ilə ayrılırıq, ot tayalarının ucaldığı yerə gedirik. Ürəyimi bir arxayınçılıq hissi bürüyüb. Bilirəm ki, Talıb, Bəhmən, Mədət, Əhliyyət, Məmmədağa, Şirin, İman, Rəşid kimi qeyrətli adamlar olan yerdə tayaların yığılmasında heç bir çətinlik olmayacaq. Düşündüyüm kimi də olur, 600 tona qədər ot onların qabarlı əlləri ilə tayalara vurulmuşdur.

Doğrudan da yaxşı iş könül oxşayar, adamı sevindirər. Bu ürək açan işləri görəndə nə isə bir az gövrəkləşdim, nədənsə qəlbimdən bir arzu keçdi. Düşündüm ki, kaş bəstəkar olaydım, bu gözəl insanların, zəhmətkeş insanların əməyinə nəğmə yazaydım. Düşündüm ki, kaş Dəlidağın vüqarını, Namlı çayının həzin pıçıltısını, hətda ot biçən dəryazları səsini də köçürəydim nota, bir nəğmə yazaydım. Adını da qoyaydım – ƏMƏK SİMFONİYASI.
...Günəşin şəfəqləri dağların arxasında yavaş-yavaş yox olur, axşam toranı ətrafı öz qoynuna alır. Avtomaşının radioqəbuledicisini açıram. Diktor kənd təsərrüfatı əməkçiləri üçün konsert veriləcəyini elan edir. Müğənninin məlahətli səsi gündüzkü səs-küydən sonra sanki yenicə uyumuş əzəmətli dağların sükutunu pozur:
Var ol işıq, ucal hünər!
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələriYaşa insan, yaşa zəhmət!

Qəzənfər Hüseynov
Qarabəyli kəndi,
avqust 1976 cı il

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"