Qarabag Media
Haqqımızda Əlaqə

Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO


Tarix:14-12-2018, 16:57 Kateqoriya:Manşet / Dünya

Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO

Əməliyyata 20-dən çox qırıcı təyyarə, habelə pilotsuz uçuş aparatları və tanker təyyarələri cəlb olunub.

Türkiyə, əvvəlcədən gözlənildiyi kimi, İraqın şimalındakı PKK hədəflərinə qarşı böyük əməliyyata başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyata 20-dən çox qırıcı təyyarə, habelə pilotsuz uçuş aparatları və tanker təyyarələri cəlb olunub.

Türkiyənin milli müdafiə naziri Hülusi Akar əməliyyatı Hava Qüvvələri Hərəkat Mərkəzindən izləyib. Əməliyyat çərçivəsində 30-dan çox hədəf məhv edilib, üstəlik ilk dəfə sərhəddən 180 km içəridəki Karacak dağı bölgəsi də vurulub.

Hədəflər xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə müəyyənləşib, dinc əhalinin təhlükəsizliyinin və ətraf mühitin qorunmasına ən yüksək səviyyədə həssaslıq göstərilib.

"Bu missiya bitdi, bundan sonrakı vəzifələrimiz üçün də hazırlıqları eyni ciddiliklə aparacağıq" - deyə H.Akar bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır. Əməliyyat üçün geri sayım başlasa da, dəqiq tarix açıqlanmır.

Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn ve Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.

Əməliyyatın dəqiqləşməsi PKK/PYD cəbhəsində həyəcana səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Əməliyyat başlayır" mesajından sonra hərəkətə keçən PKK və onu dəstəkləyən qüvvələr bir sıra görüşlər keçirib.

Həmin görüşlərdə "Türkiyədən əvvəl biz hücuma keçək" çağırışı edilib. Bölgə əhalisini də təzyiq altında saxlayan PKK onlara "Uşaqlarınızı Azad Suriya Ordusundan dərhal çıxarın" hədə-qorxusu gəlir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi - 70 ilin ən yüksək göstəricisi
Müəllimlərin maaşı konkret nə qədər artacaq? - AÇIQLAMA
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR
Elmar Məmmədyarov Vaşinqtona gedib
Türkmənistan Prezidentinin oğlu qubernator oldu
"Bu gün Mübariz olduğun Gündür" - Palmali-nin prezidenti Milli Qəhrəman Mübariz İbrahimovu yad etdi
Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH
"...Güc birlikdədir"
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub, biri bürünc medal qazanıb
Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - 15 SƏRƏNCAM
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
Qartal zirvədə uçar
Qarabağ həqiqətləri ilə bağlı çəkilən film İsveçdə nümayiş olunacaq
Rövşən Rzayev vətəndaşları qəbul edib
Fizuli Məmmədov diqqəti Azərbaycanda onkoloji xəstəliklərə və tibbi sığorta məsələsinə yönəltdi
"Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir" – Müdafiə naziri
Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
Əli Əhmədov: “Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb"
Atamın gündəliyi — “Xəyallarda qalan Laçın” xatirə gündəlikdən bir hissə
Bahar Muradova: “Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə və birgə yaşayışa təhdid olaraq qalır”
Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi
Ukraynalı səfir alman siyasətçiləri satqınlıqda suçladı
Cənub zonasında Qarabağ müharibəsi əlil və veteranlarının asudə vaxtları təşkil olunacaq
Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS
Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək
Zakir Həsənov Gəncəyə düşən mərmidən DANIŞDI
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib