Qarabag Media
Haqqımızda Əlaqə

Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov


Tarix:14-12-2018, 14:40 Kateqoriya:Manşet / Cəmiyyət

Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir SərdarovAlimin vəfatından 19 il keçir

Bu gün Azərbaycanın dəyərli ziyalılarından biri olan mərhum millət vəkili Zakir Sərdarovun Vəfatından 19 il keçir. Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynamış, həm alim, həm də millət vəkili kimi aktiv fəaliyyət göstərmiş, işıqlı bir insan olan Zakir müəllim yaşasaydı 74 yaşı tamam olacaqdı.

Zakir Sərdarov Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, inkişafında əvəzsiz xidmətləri olan zıyalılarımızdandı.

Dünyaya həm yaxşı alim olmaqla yanaşı, həm də mükəmməl insani keyfiyyətlərə malik az insnalar gəlir ki, o, məhz belə insanlardan olub.
Zakir müəllim görkəmli ziyalı, dünyada baş verən prosesləri görmə bacarığına malik, yaradıcı, mükəmməl iş qabiliyyəti, hadisələrə yanaşma tərzi ilə fərqlənən bir ziyalı olmaqla yanaşı, eyni zamanda yardımsevər, xalqını, dövlətini canından çox sevən, daim dövlətçiliyin inkişafı üçün çalışan görkəmli bir şəxsiyyət kimi yaddaşlarda qalıb.

Zakir müəllimin bu potensialını, vətənə, millətə, dövlətə sevgisini və bağlılığını onun mükəmməl xarakteri, insanlara diqqəti və qayğısı tamamlayırdı...
Onun keçdiyi həyat yoluna nəzər saldıqda bunu bir daha şahidi oluruq və unudulmaz şəxsiyyəti rəhmətlə anırıq.
Zakir Sərdarov daim Ulu Öndər Heydər Əliyevi dəstəkləyib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında xidmətləri olanlardan biri də görkləmli alim Zakir Sərdarov idi. O, həm də Ulu Öndərin “YAP-ın qızıl fondu” adlandırdığı məşhur “91-lər” hərəkatının üzvlərindəndir.
Heydər Əliyev tərəfdarlarının təqib olunduğu bir vaxtda onun ideyalarını qorxmadan təbliğ edənlər sırasında dayanıb və geri çəkilməyib.
O, təsadüfi deyl ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyevi Müdafiə Komitəsinin sədri olub.

Zakir Sərdarov Heydər Əliyevin dahi şəxsiyyət olduğunu bilir və Azərbaycanın onun rəhbərliyi altında möhkəmlənəcəyini, inkişaf edəcəyini dünyada layiqli yer tutacağını və nüfuzlu dövlətə çevriləcəyini görürdü.

Zakir Sərdarov 1943-cü il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqtəpə kəndində qulluqçu ailəsində anadan olub.
Onu tanıyanlar deyirlər ki, Zakir Sərdarovu elə institut illərindən pinsipial, çalışqan, əqidəli, sözübütöv şəxsiyyət kimi görüblər.
1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində yazıb-yaradıb, daim ictimai problemləri vicdanlı sözlə qələmə alıb, haqqı əzilənin tərəfini verməyib. Azərbaycan və SSRİ Jurnalistlər İttifaqının üzv olub. Daha sonra məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji İnsititutunda işləməyə başlayıb

1982-ci ildə “SSR-in Bolqarıstan Xalq Respublikası ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-in töhfəsi” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Elmi işini əzmlə davam etdirən Zakir müəllim müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli fatkları, sənədləri üzə çıxarıb. Bunların əsasında 3 kitab, 150-dən artıq elmi məqalə qələmə alıb. O, məqalələrində erməni separatizminin iç üzünü açmağa da çalışıb.
Zakir Sərdarovun elmi kadrların hazırlanmasında xidmətləri olub.

Zakir Sərdarov hələ 80-ci illərdən məkrli erməni yalanlarına qarşı çıxan, əsərləri ilə erməni yalanlarını təkzib edən alimlərdən idi. Vətənpərvər alim ermənilərin qədim türk yurdu İrəvana və Qarabağa köçürülmə xalq olduğunu yazır, imperiya ideoloqlarının siyasətini ifşa edirdi.
1990-cı illərdə Sovet imperıyasının işğalçılıq siyasətinə qarşı çıxdıqlarına görə o zaman Bakı şəhərinin hərbi komendantı, polkovnik Valeri Bünyadov Zakir Sərdarovu, Səfyar Musayevi, Fərəməz Maqsudovu iki günlük həbs etdirib.

Qeyd etdiyimiz kimi, Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib. Heydər Əliyevə müraciət imzalamış “91-lər”dəndir. Həyat fəaliyyətindən də məlum olur ki, o, qatı Heydər Əliyevçi olub. Heydər Əliyev Naxçıvanda olduğu zamanlarda dəfələrlə onun yanına gedıb, məsləhətlər alıb.

O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün keçirilən mitinqlərdə fəal iştirak edib.

1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, ümumxalq səsverməsi ilə seçilmiş müstəqillik dövründə Milli Məclisin ilk tərkibi seçildi. Zakir Sərdarov da birinci cağırış parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçilib.

Zakir Sərdarov Milli Məclisdə də aktivliyi, təşəbbüskarlığı ilə fərqlənib, eyni zamanda seçicilərinə daim diqqətlə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Zakir Sərdarov Milli Məclisin tribunasından, deputat mandatının verdiyi imkanlardan yalnız dövlətçiliyin güclənməsi, Heydər Əliyev ideyalarının yayılması üçün istifadə edib, şəxsi problemlərini heç zaman qabartmayıb. Millət vəkili dostları, həmkarları Zakir müəllimi vətənpərvər, dövlətçilik üçün çalışan və mərd, cəsarətli, sözübütöv şəxsiyyət kimi xarakterizə edirlər...

Zakir Sərdarov 1999-cu il dekabrın 14-də rəhmətə gedib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Elnur Eltürk










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"