Qarabag Media
Haqqımızda Əlaqə

Elçin İbrahimov Tatarıstan türkoloqları qarşısında məruz ilə çıxış etdi


Tarix:12-12-2018, 15:35 Kateqoriya:Manşet / Türk dünyası

Elçin İbrahimov Tatarıstan türkoloqları qarşısında məruz ilə çıxış etdi

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Elmlər Akademiyası Dil-Ədəbiyyat İnstitutunda "Türkologiya"jurnalı vəAzərbaycanda türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edib.

E.İbrahimov çıxışında “Türkologiya” jurnalının tarixindən söz açaraq jurnalın hazırkı fəaliyyəti, indiki və gələcək fəaliyyətistiqamətləri, beynəlxalq aləmdə tanıdılması yönündə görülən işlər, həmçinin jurnalda əhatə edilən mövzular barədə geniş məlumat verib. Məruzəçi onu da qeyd edib ki, akademik Kamal Abdullanın jurnala baş redaktor təyin edilməsindən sonra atılan addımlar, görülən işlər artıq öz bəhrəsini verib. Bu gün jurnalda dünyanın bir çox ölkələrindən göndərilən sanballı elmi məqalələr dərc olunur. E.İbrahimov çıxışının davamında jurnalın artıq MLA, SAJI, SIS, TEI, SOBIAD, CIF kimi beynəlxalq indekslərə salındığını da xüsusi vurğulayıb.

Daha sonra E.İbrahimov Azərbaycanda aparılan türkoloji tədqiqatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutu və İnstitutun Türk dilləri şöbəsi türk dillərinin tədqiqi sahəsindəki keçmiş ənənələri davam etdirməklə yanaşı, dünya türkoloji mərkəzləri və qurumları ilə əlaqələr qurur, yaxından əməkdaşlıq edir. Şöbətürkologiyanın aktual problemlərinin tədqiq edilməsi və türk dillərinin müqayisəli araşdırılması istiqamətində səmərəli addımlar atmaqdadır.

Tədbirdə çıxış edən Türk dünyasının tanınmışalimlərindən akademik Mirfatih Zəkiyev "Türkologiya" jurnalının fəaliyyətini yüksək qiymətləndirib və jurnalın hər sayının nəşrini maraqla gözlədiyini qeyd edərək bildirib: "Akademik Kamal Abdullanın jurnalın baş redaktoru təyin edilməsi jurnalın dünya standartları səviyyəsində çap olunmasına öz töhfəsini verməkdədir. Əminəm ki, gələcək soraqlı gənc həmkarımız, 2011-ci ildə İstanbulda konfransda tanıdığım E.İbrahimovun jurnala məsul katib, 2018-ci ildə isə Türk dilləri şöbəsinə müdir təyin olunması Azərbaycanda türkoloji araşdırmaların daha da canlanmasında vacib rol oyanayacaq."

Tədbirdə iştirak edən Akademiyanın gənc alimləri və elmi işçiləri E.İbrahimova "Türkologiya" jurnalı və Azərbaycanda aparılan elmi araşdırmalarla bağlı suallar ünvanlayıblar.

E.İbrahimov akademik Mirfatih Zəkiyevə və tədbir iştirakçılarına akademik Kamal Abdullanın kitablarını və "Türkologiya" jurnalının saylarını hədiyyə edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Xalq, millət, yoxsa cəmiyyət? - Bir qarışıqlığın dumanında
“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
Vladimir Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib
Qaregin Njde məsələsi Ankarada müzakirə olundu
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Nazir müavinindən məktəb direktorlarına XƏBƏRDARLIQ
Çovdarda 100 min ağac tingi yetişdiriləcək
"Haqq mənəm" tamaşasının premyerası olub
Onun üçün...
Prezident Naxçıvana 41.6 milyon manat ayırdı
Hyundai Azərbaycana yeni subkompakt kreossover gətirəcək
"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor
Bakıda erməni dili kursları açılır
AĞLAGƏLMƏZ YENİLİK: artıq görüntülü danışdığınız adama toxuna biləcəksiniz
UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib
Hicran Hüseynova: “Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”
XİN-dən Ata Abdullayevlə bağlı - AÇIQLAMA
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
Azərbaycan millisi FİFA reytinqində Mozambikdən də geri düşəcək
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
BDU-nun ölən tələbəsinin fotosu yayıldı
ABŞ-dan S-400-lə bağlı Türkiyəyə növbəti təhdid
Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO
“XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTOLAR