Qarabag Media
Haqqımızda Əlaqə

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”


Tarix:11-12-2018, 16:15 Kateqoriya:Manşet / Gündəm

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”

Qarabağ Komitəsi dekabrın 25-də “Qarabağ mitinqi” keçirmək barədə qərar verib. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, müsbət cavab verilməyib. Qarabağ Komitəsinin bu cavabdan sonra hansı addım atacağı maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, icazə verilməməsi üçün ciddi bir səbəb yoxdur.

“Ənənəvi səbəb göstərirlər ki, Prezident bu işlərlə məşğul olur, əlavə dəstəyə ehtiyac yoxdu. Amma biz o cavabı uyğunsuz hesab edirik. Biz demirik ki, Prezident bu işlərlə məşğul olmur, biz ictimai dəstəyi təmin edirik. Torpaqlarımızın işğalından həddindən artıq çox vaxt keçib. Bunu həm beynəlxalq təşkilatların diqqətinə çatdırmaq, həm də cəmiyyəti fəallaşdırmaq istəyirik. Nə qədər susub oturmaq olar? Hökumət müəyyən işlər görür, ola bilər alınmır, amma xalqın da rolu olmalıdır, xalq da meydanda olmalıdır. Xalqın tələbi mitinq vasitəsilə nümayiş etdirilir. Ona görə də bu mitinqlərə niyə icazə vermirlər, heç başa düşmürük. Ya çəkinirlər, ya hansısa səbəblər var, biz bilmirik. Amma bu yanlış bir mövqedir. Biz dəfələrlə bildirmişik ki, Qarabağın işğaldan azad olunması üçün iki amil, iki tərəf bir yerdə hərəkət etməlidir – hakimiyyət və xalq. Biz Qarabağ Komitəsi olaraq özümüzü xalqın təmsilçisi kimi göstəririk, bu mövqeyə iddialıyıq, xalq da bizi dəstəkləyik.

29 sentyabr mitinqində xalq bizi dəstəklədiyini göstərdi. Başqa bir məqsədimiz də yoxdur, siyasi tələb qoyulmur. Bu mitinqlər ancaq Qarabağın işğaldan azad olunmasına dəstəkdir. Amma hələlik bizim bu məqsədimizi başa düşmürlər. Bu istiqamətdə işlərimiz davam edir, bu gün Koordinasiya Şurasının iclası olacaq. Sabah da Komitənin geniş toplantısını keçirəcəyik. Ümumi fikrimiz hər zaman belə olub ki, bu istiqamət davam etdirilməldir. Yəni mitinq Qarabağın işğaldan azad olunması üçün təsirli silahlardan biridir. O silah da hər zaman hazır olmalıdır. İstənilən məqamda onminlərlə, yüzminlərlə soydaşımız ayağa qalxmalıdır və Qarabağın azadlığını tələb etməlidir”.

Akif Nağı deyib ki, əvvəlki mitinqdə istənilən nəticə alınıb:

“Biz fəallığı artırmağı bacardıq. Hamı düşünürdü ki, insanlar biganələşib. Amma gördük ki, biganəlik yoxdur. Nəticə yaxşı idi, amma istədiyimiz yüzminlərin mitinqidir. Biz hələ ki, istədiyimizə çatmamışıq”.

QAT sədri deyib ki, hər zaman iqtidar partiyasını da mitinqə dəvət edirlər.

“Birinci mitinqdə rəsmi qaydada məktub yazmışdıq YAP-ın rəhbərliyinə, münasibət də müsbət idi. Birinci mitinq ərəfəsində YAP-ın rəhbərliyindən də mitinqin ideyasını təbliğ edən, müdafiə edən oldu. Hamı tərəfindən başa düşülür, qəbul olunur, yəni ümid edirik ki, onlar da bu məsələnin əhəmiyyətini, mahiyyətini başa düşəcəklər”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"