Qarabag Media
Haqqımızda Əlaqə

Başı qırxılan qadın...


Tarix:10-12-2018, 14:50 Kateqoriya:Manşet / Yazarlar

Başı qırxılan qadın...

Son günlər gündəmdən düşməyən o məşum və məşhur videoya baxanda içimdə nəsə qırıldı. Çox düşündüm. Axı niyə bu çəkiliş mənə bu qədər pis təsir edir?

Qadınının başını qırxıb qəddarcasına videoya çəkən, üstəlik kadr arxasında soyuqqanlı şəkildə danışan kişi bizim, biz tamaşaçıların ona dəstək olacağına, gördüyü işi alqışlayacağına inanır. Bizim onunla şərik olduğumuza əmindir.

Halbuki biz bu videoda, yumşaq desək, qeyri-insani hal müşahidə edirik.

Cəmiyyət xəyanət edən qadına qəddar münasibəti ilə bu cür hadisələri şərtləndirir. Hətta o qədər ki, qanun qorxusu da kişilərin qarşısını ala bilmir.

Yılmaz Güneyin məşhur “Yol” filmində bir detal var. Həbsxanadan bir həftəlik iznə çıxan Seyid qohumlardan eşidir ki, arvadı ona xəyanət edib. Atası qızını heyvan kimi tövlədə zəncirləyib saxlayır. Seyidi gözləyir. Çünki qan haqqı onundur. Bacarmasa, atası, yaxud qardaşları öldürəcək qadını. Qayınatası Seyidə öyüd-nəsihət verir: “Öldürərkən əlin titrəməsin!”

Xəyanət edən qadının türklər demiş, infazını gerçəkləşdirmək üçün xüsusi qayda-qanunlar da varmış. Kim, harda, necə, hansı şəraitdə öldürməlidir?

İş o qədər qəlizdir ki, qadının oğlu, doğma bacısı belə, onu anlamağa, bağışlamağa, heç olmasa, bir az yumşaq davranmağa meylli deyil.

Filmin bu hissələri, arvadını sevgilisi ilə yataqda güllələyən bir kişinin məhkəmə işini yadıma salır. O, özünü müdafiə üçün üçcə söz deyirdi: “Namus üstündə öldürmüşəm!”

Nəhayət, hakim dilə gəldi: “Yadda saxla, bu dünyada heç nə insan ölümünə bəraət vermir! İki nəfərin ölümünə isə heç vermir!”

Doğrudur, başını qırxmaq öldürməkdən daha yüngül hadisədir, amma diqqətlə fikir verəndə, o qədər yüngül də deyil. Bunun adı da virtual qətldir və bəlkə də, bir çox cəhətlərinə görə, ölümdən ağırdır.

Bizdə xəyanətkar qadının cəzalandırılmasının ciddi tarixi kökləri var. Video olmadığı dövrdə bu cür qadınları eşşəyin belinə tərsinə mindirib kəndin içində gəzdirirdilər.

Xəyanət edən qadına cəmiyyətin alçaldıcı və inamsız münasibəti bəzən daha eybəcər hadisələrə yol açır. Misal üçün, İran istehsalı olan “Sürəyyanı daşlamaq” filmində kişi qadından boşanır, şəriət qaydasına görə ödəməli olduğu pulu verməmək üçün ona böhtan atır. Guya ərinə xəyanət edib. Beləliklə, qadını quyuya basdırıb daş-qalaq edirlər və ilk daşı ona öz doğma atası atır.
Budur, videosu yayılan qadının da anası oxşar sözlər deyir. Qızıma böhtan atıblar! Onu təhdid altında saxlamaq və şantaj etmək üçün belə bir video çəkiblər.

Haqlıdır, haqsızdır, demək çətindir. Lakin bircə şey hamımıza aydındır; qadın xəyanət edibsə də, ona böhtan atılıbsa da cəmiyyət günahkardır. Bu mövzulara aqressiv, qeyri-humanist və qəddar münasibəti, eyni zamanda şeytani marağı ilə!

Ortada xəyanət varsa, mədəni şəkildə ayrılmaq ən doğrusudur. Həm də sakit-səssiz. Çünki Rusiyanın ucqar bir yerində tanınmayan bir qadının ərinə xəyanət etməsində heç bir sosial mahiyyət yoxdur. Şübhəsiz, əgər onu videoya çəkib ictimailəşdirən yoxdursa...

Şərif Ağayar










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı