Qarabag Media
Haqqımızda Əlaqə

Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...


Tarix:7-12-2018, 17:18 Kateqoriya:Manşet / Yazarlar

Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...Məhəmməd Peyğəmbər(s):“İyrənc bir əməli yayan onu ilk dəfə icra edən kimidir”.

Daim hesab etmişəm ki, dünyanın və ayrıca Azərbaycanın bəlalarının kökündə İslam düşüncə sistemindən, İslam həyat tərzindən uzaqlaşmaq durur. Neçə gündür, müzakirə edilən gündəmə çevrilmiş qadın xəyanəti, eləcə də kişi xəyanətinin kökündə də bu dayanır...

***

Allaha sevgi düşüncəsi ilə yaşayan kimsə xalqını da, Vətənini, dövlətini, ata-anasını da, xanımını da, övladlarını da Allah rizası üçün sevəcək və onlara əsla xəyanət etməyəcək....

***

Allahı sevməyən kəs ya hansısa insanı, ya hansısa əşyanı, yaxud öz nəfsini, tamah, şəhvət, ləzzət hisslərini bütləşdirərək Yaradana yox, onlara sitayiş edəcək. Və belə insan hər an öz bütündən başqa hər şeyə və hər kəsə xəyanət edə bilər... Ən təhlükəli insan, özünün şəhvət, ləzzət hisslərini bütləşdirən, yalnız onların qayğısına qalandır. Belə məxluqlar ata-anasına da, qardaş-bacısına da, xanımına da, xalqına da, dövlətinə də çox asanlıqla xəyanət edir... Nə yazıqlar ki, son onilliklərdə bu cür heyvan xislətli “insan” adlanan məxluqların sayı artır... Çünki bu- bütün dövlətlərə zorla sırınan saxta qloballaşma, demokratiya, multukulturalizm, tolerantlıq proseslərinin əsas məqsədi –priotetidir. Yalnız öz ləzzət hisslərini doydurmağa çalışan və buna görə də lazımi əmrləri üzüyola, özünün də xəbəri olmadan icra edən məxluqlardan ibarət amorf bir bəşəriyyət qurmaq...

****

Tamahını, şəhvətini bütə çevirən kölə məxluqların artmasında telekanal, internet, sosial şəbəkə və mətbuatın hədsiz böyük rolu var. Bu işdə özəl və xarici xəbərçilər, reportyorlar, teleaparıcı və reklam təqdimatçıları ön yerdədir. Çünki “bozbaş molla”ları ölü, rüşvətxor polis cinayətkar görəndə sevindiyi kimi, belə jurnalist və aparıcılar da biabırçı, insanın ən alçaq, rəzil sifətlərini biruzə verən, xəyanət, zorlama, intihar, oğurluq və s. olaylarını görəndə, eşidəndə hədsiz sevinirlər.... Bunun da kökü hər şeyi maddi qazanca bağlayan Qərb təfəkkür və həyat tərzindədir... Təəssüf ki, 1990-cı illərdən “jurnalist daim bitərəf olmalıdır”, “emosiyalarını, hisslərini biruzə verməməlidir” kimi prinsiplər, əskində prinsipsizliklər Azərbaycan mediasına da sirayət edib və artıq əksər media mənsubları bu cür “prinsip”lərlə işləyir:” Necə xəbər olur-olsun, təki, telekanala, radioya, sayta, qəzetə qazanc gətirsin...”. Bununla da öz oturduğumuz budağı kəsir, cəmiyyətin, xüsusən uşaqların, gənclərin əxlaq və mənəviyyatını korlayır... Sabah da kiminsə yanında özünüreklam üçün Vətəndən, qeyrətdən danışmaq lazım gələndə riyakarcasına deyirik: “Bu millətin axırı yoxdur, övladlarımızın gələcəyi necə olacaq, Qarabağ nə vaxt azad ediləcək?...”

***

Mənə çatmır ki, bir Azərbaycan vətəndaşında milli özünüdərk hissi nə qədər ölə bilər ki, o, cəmiyyətə birbaşa əxlaqsızlıq təlqin edən hər hansı sənətçidən, onun barəsində xoşsoraqlı xəbərlər yaymaqdan iyrənməsin. Ölkədəki nəinki yad qıza qadına, dilə gətirilən mümkün olmayan ən yaxın ailə üzvünün, qohumunun qıza, qadına qarşı zorlama olaylarını, ailə xəyanəti, intihar, oğurluq və s. olayları çəkinmədən, ləzzətlə yazsın, tirajlasın, paylaşsın... Niyə bunlar anlamır ki, belə xəbərləri yaymaqla bu cür günah, çirkin, bağışlanılmaz davranışlara meyli olan soydaşlarımızı eyni əməlllərə həvəsləndirirlər... Bütün günü arvadların xəyanətindən, bir qızın ən doğma adamı tərəfinddən zorlanmasından, yaxud intihardan, oğurluqdan danışanda, yazanda, göstərəndə cəmiyyətdə öncə şüuraltı, sonra isə birbaşa bu cür davranışlar adiləşir, “trend”ə şevrilir...

***

Fakt üçün deyim ki, bəndəniz hələ 1990-cı illərdən jurnalist, yazar fəaliyyətində bir sıra “qranit” prinsiplərlə işləyir ki, onların da əsaslarından biri budur:

Allaha, milli, bəşəri mənafelərə zidd fəaliyyət göstərən siyasilərlə, ictimai şəxslərlə bağlı bəzi məqamlar istisna olmaqla zorlama, xəyanət, intihar, oğurluq və s. haram, günah, iyrənc əməllər barədə, eləcə də əxlaqsızlığı, milli maraqlara xəyanəti bəlli olan sənətçi və ictimai xadimlər barədə xəbərlər yazmamaq və yaymamaq...

****

Bilirəm ki, bu yazımı oxuyan əksər baş redaktorlar, xəbərçilər, reportyorlar bəndənizə istehza edəcək, güləcək ki, əşşi, bu nə danışır, belə xəbərlər olmadan saytı kim oxuyacaq, necə pul qazanacağıq... Amma unutmaq olmaz ki, dini və milli-mənəvi dəyərlərimizi maddi dəyərlərə dəyişdikcə milli mənliimizi, kimliyimizi də büsbütün itirəcək, Qarabağı da azad edə bilməyəcəyik. Çünki əxlaqını, mənəviyyatını itirən toplumun torpaq itkisi, ümumiyyətlə, vecinə olmayacaq....

***

Əgər özümüzü doğrudan da müsəlman hesab ediriksə, Qurani-Kərimin bu ayəsini oxuyub nəticə çıxarmalıyıq:

“Möminlər arasında iyrənc işlərin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah (onları) tanıyır, siz isə tanımırsınız (Nur surəsi, 19-cu ayə).

Peyğəmbərimizin(s) hədisində isə günah əməli yayan eyni əməli görmüş kimi qəbul edilir:

“İyrənc bir əməl haqqında məlumat yayan həmin əməli ilk dəfə icra edən kimidir” (Kafi, c. 2, səh. 356, hədis: 2).

Sultan Laçın










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”