Qarabag Media
Haqqımızda Əlaqə

Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub


Tarix:6-12-2018, 23:24 Kateqoriya:Manşet / Gündəm

Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb.

Karabakhmedia.az xəbər verir ki, qonaqlara Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlər, onlara göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu məsələni sosial siyasətin prioritet istiqaməti kimi müəyyən edən Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini, cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri onun qurucularından biri kimi Ceyhun Hacıbəylinin də xatirəsinə xalqımızın böyük ehtiram göstərdiyini bildirib. Azərbaycana görkəmli şəxsiyyətlər bəxş etmiş Hacıbəylilər nəslinin doğma yurdu Qarabağın, Şuşa şəhərinin hələ də təcavüzkar Ermənistanın işğalı altında olduğu, oradakı xalqımıza məxsus zəngin maddi-mədəni irsin talan edildiyi təəssüf hissi ilə xatırladılıb. Hazırda şuşalıların da, ərazisi işğal edilmiş digər yaşayış məntəqələrimizin sakinləri kimi, məcburi köçkün həyatı yaşadığı vurğulanaraq, işğalçılıq siyasətinə son qoyması üçün onların dünya birliyindən, beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təsirli tədbirlər gözlədiyi, həmçinin xalqımızla bağlılığı olan hər bir sülhpərvər və vicdanlı insanın bu məsələdə qətiyyətli mövqe göstərməsinin vacibliyi qeyd edilib.

Paskal Hacıbəyli Buşe və Benjamin Buşe səmimi qəbula görə təşəkkür ediblər. Artıq üçüncü dəfədir Bakıda olduqlarını deyən qonaqlar şəhərin daha müasirləşdiyini və inkişaf etdiyini qeyd ediblər. Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısından xəbərdar olan qonaqlar bunun dünya üçün nümunəvi addım olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Karabakhmedia.az
________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ