Qarabag Media
Haqqımızda Əlaqə

İran ballistik raketlərinin inkişaf tarixi – QISA BAXIŞ


Tarix:5-12-2018, 00:12 Kateqoriya:Manşet / Dünya

İran ballistik raketlərinin inkişaf tarixi – QISA BAXIŞ

İran son illərdə ballistik raket arsenalına düşmən infrastrukturuna hədə törədəcək qabaqcıl bacarıqlar əlavə edərək onun strateji hərbi dəyərini artırıb. ABŞ, İsrail və Körfəz ölkələri tərəfindən ballistik müdafiə sistemlərinin inkişaf etdirilməsi İran İslam Respublikasını alternativlər axtarmağa məcbur edib.

Karabakhmedia.az bu yazıda İrana məxsus ballistik raketlərin 1985-ci ildən bu günə qədər inkişaf tarixini nəzərdən keçirməyə çalışacaq.

Şahab-1: “Şahab-1” İranın inkişaf etdirdiyi ilk ballistik raketidir. 1985-ci ildə Liviyadan 20 ədəd, 1986-cı ildə isə Suriyadan 12 ədəd Rusiya istehsalı “Skad-B” qısamənzilli ballistik raket satın aldıqdan sonra İran-İraq müharibəsi zamanı ölkə öz ballistik raketini inkişaf etdirməyə başladı və yerli “Skad-B” adlandırılan “Şahab-1”i hazırladı. 1987-1992-ci illərdə Şimali Koreya da bu raketlərin inkişafına texniki və material dəstəyi təmin etdi.

Şahab-2: Bu raket “Skad-C” variantlarından biridir. “Şahab-1”lərlə bağlı texnoloji çətinliklərlə üzləşən İran daha uzaq mənzilli və kiçik başlıqlarla işləyən “Şahab-2”ləri inkişaf etdirdi. Raketlərin sınaqdan keçirilməsi 1998-ci ildə başladı, 2004-cu ildə isə xidmətə verildi.

Şahab-3: İranın ilk orta mənzilli ballistik raketi hesab edilir. Raket 800-1300 km aralığında hərəkət qabiliyyətinə malik idi. Həm görünüş, həm bacarıq olaraq Şimali Koreya “Nodonq”u ilə eynilik təşkil edirdi.

Şahab-3M: Bu raket son 15 ildir çəkisinin azaldılması üçün müxtəlif modifikasiyalara məruz qalıb: daha kiçik başlıqların istifadə edilməsi, yüngül aliminiumdan istifadə və s.

Zilzal: “Zilzal” sinfli artilleriya raketlərinin hazırlanması 1990-cı illərə təsadüf edir. 2000-ci illərdə müəyyən qədər təkmilləşdirilsə də, aşağı dəqiqlikdə olduğuna görə çox istifadə edilməyib. Bu sinfə aid “Zilzal-1”, “Zilzal-2” və “Zilzal-3”ün inkişaf etdirilməsi İranın gələcək ballistik raketləri üçün önəmli olsa da, heç biri orduda geniş istifadə edilməyib.

Tondar-69: Bu raketlər 1992-ci ildə xidmətə verilib və Çindən satın alınmış “CSS-8 SRBM” raketləri əsasında inkişaf etdirilib. 150 km mənzilli və 250 kq başlığa sahib silahlar dəqiqliyi aşağı olduğu üçün əməliyyatlarda çox istifadə edilməyib.

1995-ci ildə 200 km mənzilli 650 kq daşıma bacarığına malik “Fateh-110”, 2004, 2010 və 2012-ci illərdə isə sıra ilə raketin “Fateh A-110A”, “Fateh A-110B” və “Fateh-110-D1” təkmilləşdirilmiş versiyaları xidmətə verilib. 2010-2014-cü illərdə “Şahab-2”nin dəqiqliyi artırıldı və nüvə başlığı çərçivəsi dəyişdirilərək “Qiam-1” adı ilə istifadəyə verildi.

İranın 2014-cü ildən sonra inkişaf etdirilmiş ballistik raketlərinə isə “Xalij Fars”, 300 km mənzilli “Hörmüz” və təkmilləşdirilmiş versiyaları, 500 km mənzilli “Fateh-313”, 700 km mənzilli “Zülfüqar”, 1800 km mənzilli “Qədr-110”, “Emad”, 2000 km mənzilli “Xorramşəhr”, “Sejil” və 2018-ci ildə hazırlanmış “Fateh-e Mobin” daxildir./Ordu.az/

Ağalar Ağalarlı










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb