Qarabag Media
Haqqımızda Əlaqə

Qasımuşağı tikmə və xalçalarında “Ocaq“ damğası


Tarix:2-12-2018, 23:28 Kateqoriya:Manşet / Cəmiyyət

Qasımuşağı tikmə və xalçalarında “Ocaq“ damğası

"Xalçanı sevin. Xalça heç vaxt sizi tənha qoymaz, xəyanət etməz. Xalça həmişə sizi saxlayar, müdafiə edər, kömək edər və sevindirər!”
(Lətif Kərimov)


Damgalar tarixən bir obanın, oymağın, boyun, qəbilənin rəmzi işarəsi olmaqla hər yerdə istifadə edilə bilər. Bayraq, pul, möhür, məzar daşı, xalça və xalça məmulatları, çadır, müxtəlif növ qablar üzərində, hətta heyvanların tanıdılmasında belə keçərlidir.

Damğa işarələrinin milli xalçaçılıq sənətində inikası danılmaz bir faktdır. Bu fakt "Qasımuşağı xalçalarında da öz əksini tapmışdır. Konkret ailəyə, nəslə, bir sözlə bir tayfaya mənsub olan "Qasımuşağı xalçaları"ı bu toplumun müxtəlif vaxtlarda məskunlaşdığı ərazi, tayfanın tarixi, mənşəyi, statusu, hətta müttəfiqləri, qohumlaşdığı digər soy və tayfalar haqqında qısa ideoqramlarla məlumat verən mənbədir.

Daim sülh, əmin-amanlıq, humanizm və həmrəylik rəmzi kimi qələmə verilən Sovet hakimiyyətinin əsarətində olduğu dövrlərdə azərbaycanlılar əslini, kökünü söyləməkdən belə qorxurdular. Hətta sovet xofunun qorxusundan tikmə və xalçalarda olan bir çox damğa, rəmz və işarələr nəbati elementlər kimi təqdim edilirdi. Nəticədə isə bu işarələri "sətiraltı oxumaq" ənənəsi tamamilə unuduldu. Bu məsələ Qasımuşağı tikmə və xalçalarında da özünü açıq-aydın, qabarıq şəkildə biruzə verirdi. Demək olar ki, əsasən damğa, rəmz və işarələrdən ibarət olan bu xalçaların naxış elementlərinin nəbati kökənli olduğunu sübut etməyə çalışırdılar. Nəticədə isə bu işarələr estetik bəzək ünsürü kimi tanıdılmaqla çox ziddiyyətli fərziyyələr yaradan mürəkkəb kriptoqramlara çevrilir.
Qasımuşağı tikmə və xalçalarında “Ocaq“ damğası

Haşiyələrdə istifadə edilən naxış və ornamentlərin bir çoxu da bu kateqoriyadandır. Tikmə və toxuculuq sәnәtindә haşiyәlәr müstәqil toxunmur, әsasәn, kompozisiyanın quruluş vә mәnasına bağlı olur. Haşiyәlәrin elementlәrinin dәqiq öyrәnilmәsi hәr zaman aktual olmuşdur. Elә qәdim xalçalarımızın әksәriyyətinin məhz özünəməxsus haşiyәlәri mövcuddur.

Çox orijinal üslubda hazırlanan Qasımuşağı tikmə və xalçaları əsasən yan kənar və kəllə tərəflərdən bala və ana adlanan haşiyə zolaqları ilə əhatə olunur. Haşiyələrin sayı artdıqca tikmə və xalçaların görkəmi yaxşılığa doğru dəyişir. Bu haşiyələr arasında çox nazik, haşiyələrdən başlamış ana haşiyəyə qədər müxtəlif növ haşiyələr mövcuddur. Bu haşiyələrin sayı xırda və iriliyindən asılı olmayaraq Qasımuşağı xalçalarında fərdi şəkildə dəyişir.

Bu tikmə və xalçaların kənar haşiyələri içərisində ana haşiyə adlanan, yalnız bu tikmə və xalçalara məxsusluğu ilə diqqəti cəlb edən bir naxış elementi var. Yerli əhali və xalçaçılar tərəfindən "Ocaq" adlandırılan bu naxışın özünəməxsus forması var. Bu haşiyə bir "Ocaq", iki "Qasımuşağı damğası" olmaq ardıcıllığı ilə sıralanmışdır. Azərbaycanın xalq rəssamı, naxışşünas və xalçaşünas — Lətif Kərimovun III cildlik Azərbaycan xalçaları kitabının II cildində bu naxış haqqında çox qısa bir məlumat verilmişdir. Qasımuşağı tikmə və xalçalarında "ocaq" ornamentlərinin verilməsi, əlbəttə ki, təsadüfi olmamışdır.
Qasımuşağı tikmə və xalçalarında “Ocaq“ damğası

İstər qədimdə və istər də bu gün yaşayan, atəşə, oda inanan azərbaycanlılar üçün "Ocaq" əziz, əvəzedilməz, isti və doğma bir varlıqdır. Ocaq sözü od sözündəndir. Söz od və çaq (çax) hissələrindən əmələ gəlib, “od yandırmaq” deməkdir. Odun sözü də od sözü ilə kökdaşdır, “od (yanmaq) üçün olan ağac” mənasındadır. Yaşa dolan nəsilə görə “Ocaq” anlayışı doğma ev, ev-eşik, Vətən, Ana yurd kəlmələri ilə eyniləşir. Bir sözlə işıqlı dünyaya göz açan zaman qədim insan ilk öncə Ocaq işığını görmüş, onun istisinə qızınmışdır. Ümumiyyətlə, insan oğlu ocağa nə qədər çox inanarsa, onu naməhrəmlikdən qoruyarsa və ocağın işığına doğru irəliləyərsə səadətə yetər, qaranlıqlardan azad olmuş olar. İslamiyyətdən öncə insanların atəşə, oda inanclarından dolayı onun sönməsi böyük uğursuzluq sayılardı.

Yanan ocağın, odun şöləsi artdıqca, şiddətləndikcə daşlaşmış yaddaşlara şölə saçar, bütün keçmiş tarixi faktlar bir-bir üzə çıxar. Ocaq sözü azərbaycan dilində təkcə od, yanmaq mənasında işlədilmir. Mağaralarda qalanan ocaqlar müqəddəsləşdirilərək nəslin, soyun davamlılığını təsdiqləmişdir. Bir sözlə bu söz həm də soy, kök, nəslin davamçıları kimi də qəbul edilir. "Kitabi-Dədə Qorqud" dastanında "ocaq" kəlməsi ailə, el-oba, tayfa, nəsil anlamlarında da işlədilmişdir. Bu məna bu gün də qalmaqdadır. "Ocağın sönsün" qarğışı isə "Kökün kəsilsin", "Evin xaraba qalsın" ifadələrinin eynisidir.

Bir şeyin olduğu, törədiyi, yayılmağa başladığı yeri, mərkəzi və ya mənbəni də "Ocaq" adlandırırlar. Ocaq yanmasa tüstü çıxmaz – demiş atalar.
Ocaq sözü daha bir mənanı – pir, müqəddəs yer, ziyarətgah mənalarını da ifadə edir. Bu müqəddəs yerlərə islam dinin qəbul edildiyi ərazilərdə əsasən də böyük mərkəzlərdə ki, ocaqlara, ibadətxanalara ərəblər toxunmamışdı.

"Ocaq" adlanan bu damğa işarəsinə Gəmiqaya, Qərbi Azərbaycan qayaüstü təsvirlərində rast gəlinir. Azərbaycanla yanaşı Anadoluda, Şimali Qafqazda, Mərkəzi Asiyada həm damğa işarəsi, həm də ornament kimi çox geniş şəkildə istifadə edilir. Bu ərazilərdə lap qədim dövrlərdən bu günə qədər xalça ornamenti kimi daha geniş şəkildə istifadə olunmuşdur. Həmçinin Krımın qıpçaq tayfalarının, eləcə də Əbülqazi Bahadur xan Xivəlinin "Şəcərəyi-Tərakimə" əsərinə (1660-cı il) əsasən, oğuzun alayuntlu boyunun damğası hesab edilir.

Türk tayfalarının inanclarının, həyat tərzlərinin və mifoloji təsəvvürlərinin ortaq olması üzündən eyni damğanın bir neçə tayfa və boylar tərəfindən istifadə edilməsinə tez-tez rast gəlinir. Habelə Qorqud sözü (iki hissədən – “qor” od, “qut” isə “xoşbəxtlik”, “müdriklik” anlamında), xüsusilə də qədim insanların Günəşə, oda olan inamı, və bu inamdan irəli gələn adət ənənələrdən biri — Od çərşənbəsi ocaq sözü ilə həmahəng səsləşir.
"Ocaq" adlanan bu damğa işarəsi musiqi termini olan diyez (#) işarəsi ilə eynilik təşkil etməsi səbəbindən bəzi araşdırma aparanlar səhvən bu elementləri ərəb musiqisi (balet pozası) ilə əlaqələndirərək kufi xətti ilə yazıldığını iddia etməyi düşünürlər. Bu barədə "Qasımuşağı tikmə və xalçalarında damğa elementi" adlı yazıda daha ətraflı məlumat verilmişdir.

Qasımuşağı xalçası Qasımuşağı tayfasının baba ocağı, ana yurdu Qasımuşağı obası tarixinin qəhrəman oğullarına həsr edilmiş, onların şərəfinə toxunmuş, ucaldılmış bir abidə kimi dəyərləndirilməlidir.

Ümumdünya mədəniyyətinin tərkib hissələrindən biri sayılan Qasımuşağı xalçasının hər xırda naxışında yurda sevgi, soya, kökə, torpağa bağlılıq əsas ideyalardandır. Bu möhtəşəm əsər elə bir dəryadır ki, bu tədqiq olunanlarla yekunlaşmır, naxış və ornamentləri tam öyrənmək istədikcə, axtarışlar sonsuzluqla yekunlaşır və yenə də bizim üçün hələ tam oxunmamış bir əsər sayılır.

Sultan HÜMBƏTOV










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi