Qarabag Media
Haqqımızda Əlaqə

"Laçına getmək istəyirəm..." — Qəzənfər Hüseynovun gündəliyindən


Tarix:2-12-2018, 22:47 Kateqoriya:Manşet / Cəmiyyət

"Laçına getmək istəyirəm..." — Qəzənfər Hüseynovun gündəliyindən

Axı mənim kimilərin də öz dünyaları var, öz yurdlarına dönmək arzuları var...

Karabakhmedia.az saytı Laçın rayonunun tanınmış ictimai nümayəndələrindən biri, hazırda məcburi köçkün kimi Bakıda məskunlaşmış el ağsaqqalı Qəzənfər Hüseynovun “Xəyallarda qalan Laçın” adlı xatirə-gündəliyini oxuculara təqdim edir.

Əvvəli burada

...Sizi bilmirəm, mən artıq verilən sözlərdən doymuşam, qatarla Ağdama gedib, avtomobillə Şuşaya qalxmaq, oradan da Laçına getmək istəyirəm.
Şuşada ciyərləri doyuran hava udmaq istəyirəm.

Laçında təzə tikdirdiyim, içində 11 ay yaşadığım evimdə ömrümün son dövrünü yaşamaq istəyirəm, Laçında "Dağdağan bulağı"ndan bir ovuc su içmək istəyirəm.

Cicimli kəndindəki “Qoşa kümbəzlər” qəbirstanlığında dəfn edilmiş, 34 yaşında dünyasını dəyişmiş atamın, Güləbird kəndində Sarı Aşığın abidəsinin yanındakı qəbirstanlıqda dəfn edilən, mənə ata-ana əvəzi olan babamın, nənəmin məzarlarını ziyarət etmək istəyirəm.

Laçında hündür bir təpənin üstündə yerləşən evimin qarşısından, atamın 1945- ci ildə Berlindən “trofey” kimi gətirdiyi “nemeski” durbinlə qarşıdakı Kiçik Qafqazın hündür zirvələrinə, günəşin Arazdan doğmasına, Dəli dağın arxasından keçərək batmasına baxmaq istəyirəm.
Laçında "şəhərin başı" deyilən yerdə dayanıb camaatımızla hal-əhval tutmaq istəyirəm.

“Nurunun çayxanasına” bir çaynik çay sifariş edib, ayağımı-ayağımın üstünə aşırıb, dostlarımla dərdləşmək istəyirəm. İstəyirəm ki, “şəhərin ayağında” yanan klubun qarşısında kino filmlər üçün afişa vurulan akasiya ağacının yerində duram, uşaqlıq xatirələrimi canlandıram.

Bəlkə də mənim arzularım kimin üçünsə əlçatmaz ola bilər. Amma mən elə düşünmürəm, biz Laçına qayıtmalıyıq, düşünürəm ki, axı mən nəyə görə doğulduğum şəhərimdə yaşamayım, niyə Güləbirddən tutmuş Qovuşuğa qədər, Zabuxdan tutmuş Şeylanlıya qədər, Laçından Alıcana qədər, Nağdalıya qədər, Oğuldərəyə qədər, Fərraşa qədər və s. kəndlərimizi gəzməyim? Cavanlığımda gəzdiyim Çalbayır, Qul Alı, Nərdivan, Qırqız, Kirs yaylaqlarını bir daha görməyim? Niyə Ağayunus "Turş su", Tığıik "Turşsu", Şamkənd "Narzan" bulaqlarının üstündə süfrə açmayım, suyundan içməyim, niyə Minkənd istisuyunda, Qul Alı yaylağında Sünnət dərəsindəki Şorluq İstusuyunda, Həkəri çayının qıjdavlarında, Şəlvədə “Qazan göl”də çimməyim ki?
Bəlkə çox şey istəyirəm?

Düşünürəm ki, bəlkə 1990- cı illərdə hakimiyyətini əlində saxlaya bilməyən Vəzirovu, Mütəllibovu, onu zor gücünə yıxaraq hakimyyətə gələn və hakimiyyəti əlində saxlaya bilməyərək doğulduğu kəndinə gedən rəhmətlik Elçibəyi və nəhayət 25 ildir ki, Qarabağ məsələsini həll edə bilməyən indiki hakimiyyəti qınamaq mənim haqqım deyil?

Mən başa düşürəm, dünya birliyi var, qonşuluğumuzda bu müharibəni nəzarətində saxlayan, bizdən başqa Moldovada, Gürcüstanda və Ukraynada da münaqişələrin sahibi olan Rusiya var, BMT, ATƏT var və s. səbəblər var, axı bunlardan mənə nə? Axı mənim kimilərin də öz dünyaları var, öz yurdlarına dönmək arzuları var...

Axı bütün azərbaycanlılar kimi vaxtı ilə bizim dədə-babalarımızın yaşadıqları indiki Ermənistan deyilən dövlətdən bir qarış da olsun belə torpaq iddiasında deyilik, biz dünya birliyi tərəfindən tanınan, BMT tərəfindən təsdiq edilən öz halal ərazilərimizi oğurlayandan yerimizi istəyirik.
Bu dünyada istiqrara cavabdeh olan BMT hara baxır? Yuqoslaviyada serblərin qonşu dövlətlərə saldırılarını qısa müddətə dayandıran Amerika, Qərb ölkələri bu işğala qarşı niyə susqundurlar? Niyələr çoxdur, müxtəlif və çoxlu cavabları da vardır, amma bu cavablar mənim arzumu gerçəkləndirməyəcək. Arzularımızı güclü xalq, güclü Azərbaycan dövləti gerçəkləşdirəcək.

Bircə onu bilirəm ki, dünyada haqq deyilən bir müqəddəs dəyər var, onu əymək olar, amma qırmaq mümkünsüzdür.

Biz yaşlı nəsl, bu arzular qəlbimizi neştərləyə-neştərləyə bir təhər dözəcəyik.

Əgər millət-xalq ola bilsək gənc nəsl haqqı hökmən görəcək, inşəAllah!

"Laçına getmək istəyirəm..." — Qəzənfər Hüseynovun gündəliyindənHaqqı əlinizdən bizim kimi heç zaman buraxmayın, möhkəm yapışın Haqdan!

Haqqı görəcəklərə salam olsun!
(ardı var)

Qəzənfər Hüseynov

_________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi