Qarabag Media
Haqqımızda Əlaqə

16 ölkənin gənclər təşkilatları Bakıya toplandı


Tarix:30-11-2018, 23:46 Kateqoriya:Manşet / Gündəm

16 ölkənin gənclər təşkilatları Bakıya toplandı

Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının iclası keçirilir.

Karabakhmedia.az xəbər verir ki, ittifaqın bu ilki Üzvlər Şurasının iclası 28 noyabr-3 dekabr 2018-ci il tarixlərində həyata keçiriləcək. İclasın bu gün keçirilən rəsmi açılış mərasimində İttifaqa daxil olan 16 müxtəlif ölkədən (Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Kazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna) gənclər təşkilatları iştirak edir.

Tədbirin məqsəd tarixi İpək Yolu coğrafiyasında mədəniyyətlərarası dialoqun inkişafına şərait yaratmaq, gənclər arasında əlaqələri gücləndirmək və inteqrasiya prosesinə tövhə vermək, İttifaqın beynəlxalq arenada fəaliyyətini təmin etməkdir.

Üzvlər Şurası İclasında İttifaqın hesabatı dinləniləcək, yeni üzv ölkələrin nümayəndlərinin təqdimatı olacaq, eyni zamanda təşkilatın 2019-ci ildə Fəaliyyət Planı, İttifaqın gələcək İş Strategiyası, Beynəlxalq əməkdaşlıq istiqamətində müzakirələr olacaq.

İclasda Gənclər və İdman nazirliyindən Fərhad Hacıyev və Fuad Babayev, Prezident Administrasiyasının Gənclər və İdman Siyasəti şöbəsindən Aydan Kərimli, yerli gənclər təşkilatlarının nümayəndələri və qonaqlar iştirak ediblər.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci il 27-29 iyun tarixlərində Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresində təsis olunub.

Təşkilata hazırda Avropa, Asiya və Afrika qitələrindən 33 gənclər təşkilatı üzvdür. İttifaqın öncəki Üzvlər Şurasının iclasları fəaliyyət planına uyğun olaraq Bakı, Astana, İstanbul, Budapeşt, Saloniki şəhərlərində keçirilib./Modern.az/

Qafar Ağayev
_________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi