Qarabag Media
Haqqımızda Əlaqə

“Qarabağ”ın meydana çıxardığı şəhid övladları - Komitə sədrinin təşəbbüsü ALQIŞLANDI


Tarix:30-11-2018, 16:39 Kateqoriya:Manşet / Cəmiyyət

“Qarabağ”ın meydana çıxardığı şəhid övladları - Komitə sədrinin təşəbbüsü ALQIŞLANDI

Dünən “Qarabağ” klubu UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində Portuqaliya “Sportinq”ini qəbul edib. Oyun “Sportinq”in 1:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunöncəsi diqqət çəkən məqamlardan biri “Qarabağ”ın futbolçularının meydana şəhid övladları ilə çıxması idi.

Bildirək ki, şəhid uşaqlarının “Qarabağ”ın oyunçuları ilə meydana çıxması təşəbbüsünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi irəli sürüb.

Modern.az saytı şəhid uşaqlarının meydana çıxması və belə bir təşəbbüsün həyata keçirilməsinin əhəmiyyətini öyrənməyə çalışıb.

“Aprel döyüşləri”nin iştirakçısı, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə bildirib ki, ideyanın özü çox yaxşıdır və davamlı olmasına ehtiyac var:
“Qarabağ”ın meydana çıxardığı şəhid övladları - Komitə sədrinin təşəbbüsü ALQIŞLANDI

“3 ildir ki, biz də şəhid ailələrindən biriyik. Həmişə bir söz demişəm. Şəhid ailələrinə maddi dəstəkdən çox, mənəvi dəstək lazımdır. Ona görə də cəmiyyətin hər bir üzvünün onların dəyərini bilməyə haqqı var. Hər bir şəhid ailəsi özünü cəmiyyətdən təcrid olunmuş hiss etməməlidir. 2016-cı ilin ağır günlərini unutmaq olmaz. Bütün insanlar ətrafımızda idi. Şəhidlərimiz xalq üçün canını fəda edib. Ona görə də onların hər birinin cənazəsi xalqın çiyinlərində gedirdi. Biz yad kimi kənarda qalmışdıq. Şəhidlərimiz bir dəfə yox, hər dəfə yad edilməlidir. Çünki bizim müharibəmiz bitməyib.
Amma əsas məqsədlərimizə çatmamışıq. Şəhidlərimizin qanı hələ ki yerdə qalıb. Məqsədlərimizə çatdıqdan sonra onların hər birini qələbə şəhidi kimi anmaq üçün mütləq o ailələrə böyük dəstək göstərməliyik. Onların cəmiyyətdə üstün mövqe tutduqlarını, başımızın tacı olduqlarını hər an hiss etdirməliyik.
Buna görə də şəhid uşaqlarının futbol meydançasına daxil olmasını alqışlayıram. “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayev şəhid ailələrinə hörmət edib. Onun diqqət və qayğısını hər zaman hiss etmişik. Bu, birinci tədbir deyil. Düşünürəm ki, bu təkcə Rövşən müəllimin yox, bütün təşkilatların üzərinə düşən məsuliyyətdir. Şəhid ailələrimizi hər zaman qorumalıyıq. Çünki şəhidlərimizin arxada bir əmanəti var. Əslində, şəhid uşaqlarının futbolçularla meydana çıxması böyük bir şey deyil. Ancaq baxın, uşaqlara nə boyda sevinc bəxş etdilər. Öz övladımı misal çəkmək istəyirəm. O qədər sevincli idi ki! Evə gələndən ancaq futbol meydançasındakı təəssüratlarını danışırdı. Bir məqama da toxunum: “Qarabağ” futbol komandasının kollektivi ilk vaxtlardan yanımızda olub. Bunu danmaq olmaz. İnanıram ki, bu cür təşəbbüslər davamlı olacaq”.
“Qarabağ”ın meydana çıxardığı şəhid övladları - Komitə sədrinin təşəbbüsü ALQIŞLANDI

Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin deputatı Flora Qasımovanın da nəvəsi həmin uşaqların arasında olub:

““Qarabağ”ın dünənki oyununda futbolçularımızın qarşısında şəhid ailələrinin uşaqları dayanmışdı. O uşaqların arasında mənim və Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi də vardı. 7 yaşlı nəvəm dünən evə gələndən təəssüratlarını danışır. Uşaqlara sevinc bəxş etdiklərinə görə, “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayevə təşəkkür edirəm. Çox yaxşı təşəbbüsdür. Balaca uşaqlarımız gələcəkdə çox yaxşı azarkeş olacaqlar. Bu məqam hər zaman xatirələrində qalacaq. Hər halda, maraqlı görüş oldu. Düzdür, bizim komanda uduzdu. Amma nə edək ki?! bu oyundur, udmaq da, uduzmaq da olar. Düşünürəm ki, “Qarabağ” futbol klubunun oyunçuları Ağdam torpağında oynasaydılar, daha böyük uğurlar əldə edərdilər”.

Namidə BİNGÖL










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu