Qarabag Media
Haqqımızda Əlaqə

Vaşadze niyə Saakaşvilinin çağırışına qoşulmadı? – Şərh


Tarix:29-11-2018, 15:03 Kateqoriya:Manşet / Siyasət

Vaşadze niyə Saakaşvilinin çağırışına qoşulmadı? – Şərh

Gürcüstan demokratikləşmə, qərbvektorlu siyasətini davam etdirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Cənubi Qafqaz regionunda ilk dəfə prezident seçikiləri iki turda keçrildi:

“Bu artıq demokratiya baxımından ciddi bir göstəricidir. Vaşadzenin Saakaşvilinin çağırışına reaksiyası da burada müsbət qiymətləndirilməlidir. Vaşadze bu cavabı ilə konfrantasiyaya getmək istəmədiyini göstərdi. Bu, doğru addımdır. Olan oldu, udan uddu. İrəliyə baxmaq lazımdır. Vaşadze çıxışında gələcəyə, yəni parlament seçkilərinə baxdıqlarını söylədi. Bu, Vaşadzenin birləşmiş müxalifət halında parlamenti götürmək üçün indidən hazırlaşacaqları ilə bağlı mesajı idi”.

Politoloq Gürcüstandakı seçkilərdə Rusiyanın qələbə qazanması ilə bağlı fikirlərə də münasibət bildirib:

“Rusiya qətiyyən qələbə qazanmayıb. Bunu iddia edən adamların ya Gürcüstandan xəbərləri, ya da ümumiyyətlə, siyasətdən anlayışları yoxdur. İvanişvili də baş nazir seçiləndə eyni iddialar var idi. Vaxt göstərdi ki, bu, çox yanlış fikirlərdir. Əksinə, İvanişvili və sonradan onun dəstəklədiyi iqtidar Qərbə daha sıx inteqrasiya etməyə başladı. Gürcustanda ABŞ hərbi bazasının qurulması söhbəti dövriyyəyə buraxıldı. 2008-ci il müharibəsindən sonra rusiyönümlü qüvvələrin Gürcüstanda hakimiyyətə gəlməsi mümkünsüzdür”.

Politoloq qeyd edib ki, vaxtı ilə gürcü siyasətinin liderlərindən olan keçmiş spiker Burcanadze rusyönümlü olduğu üçün qısa müddətdə bütün avtoritetini itirdi:

“Rusiyayönlü siyasi qüvvənin hakimiyyətə gəlməsi üçün gərək ən azı Rusiya işğalda saxladığı Gürcüstan ərazilərini qaytarsın”.

Politoloq vurğulayıb ki, bu seçkiləri regionda demokratiya, dəyişiklik, sivil mübarizə baxımından müsbət dəyərləndirir.

Qeyd edək ki, 28 noyabrda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Mərkəzi Seçki Komissiyası seçkidə Zurabişvilinin 59,56%, Vaşadzenin isə 40,44% səs aldığını açıqlayıb.

Karabakhmedia.az












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ