Qarabag Media
Haqqımızda Əlaqə

“Nənəm danışardı ki, bizləri ermənilərin əlindən OSMANLI TÜRKLƏRİ XİLAS ETDİ...”


Tarix:28-11-2018, 23:04 Kateqoriya:Manşet / Müsahibə

“Nənəm danışardı ki, bizləri ermənilərin əlindən OSMANLI TÜRKLƏRİ XİLAS ETDİ...” Ramiz Cəbrayılov: “1918-ci ildə kəndimizi işğal edən erməni quldurlarından qaçanda nənəm digər insanları xilas etmək üçün qucağında ağlayan körpə atamı az qala boğmaq həddinə çatdırılıb...”

Laçın rayon ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Ramiz Cəbrayılov əməkdaşımızla geniş söhbətində hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə də doğma rayon və kəndinin dəfələrlə yandırılması və 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu və Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edib.

-Ramiz müəllim, bilirik ki, sizin anadan olduğunuz və artıq 27-ci ildir ki, işğal altında qalan Laçın rayonun Ağanus kəndi Şuşa rayonunun 1988-ci ildən ermənilər tərəfindən terrorçu bazasına çevrilmiş Qaladərəsi və Kirov kəndləri ilə qonşu olduğundan siz gəncliyinizdən o nankor qonşularımızın xislətinə yaxından bələd olmusuz. İlk dəfə nə vaxt hiss etdiniz ki, ermənilərdə separatçılıq və işğalçılıq meyilləri yenidən baş qaldırır?

-Bilirsiz, əslində ermənilərin azərbaycanlılara, ümumiyyətlə, türklərə, müsəlmanlara qarşı nifrəti və torpaqlarımızı işğal etmək niyyətlərindən qaynaqlanan fəaliyyəti çox qədimlərə gedib çıxır. Və onu da gözəl bilirik ki, əsrlərdir, bu nankor qonşularımızın əksəriyyəti kiçk yaşlarından öz oğul-qızlarına “sənin düşmənin türkdür” deyərək bizlərə qarşı nifrət təlqin edirlər. Təəssüf ki, sovet dövründə də ermənilərə dəstək verən imperialist qüvvələr beynəlmiləlçilik, xalqlar dostluğu, proletar qardaşlığı və s. ciddi mənəvi- ideoloji tərbiyəsi vasitəsilə Azərbaycan xalqına öz yaxın tarixini tamamilə unutdurmağa çalışıblar. Məsələn, 1905-1906, 1918-1920-ci illərdə Azərbaycanın əksər ərazilərində, o cümlədən hazırda işğal altında qalan, o dövrdə çar Rusiyasının Yelizavetpol quberniyasının Zəngəzur uyezdinə daxil edilən doğma Laçın rayonumuzun sakinlərinin başına gətirilənlərdən sovet dövründə böyüyən uşaqların çoxu xəbərsiz idi. Mənim də doğulduğum Ağanus kəndini ermənilər hələ XX əsrin əvvəllərində 3 dəfə yandıraraq dədə-babalarımızı didərgin salıblar. Ancaq sovetlər dönəmində bizim əksər baba-nənələr də o vaxtkı rejimin onlara “millətçi”, “xalq düşməni” damğası vuracağından, həbslərdən, sürgünlərdən çəkinərək övladlarına ermənilərin vəhşilikləri, işğalları barədə çox ehtiyatla danışıblar və ya ümumiyyətlə, danışmayıblar...

-Bəs sizin nəslin o dövrdə yaşamış yaşlıları, eləcə də ata-ananız erməni vəhşilikləri haqda nəsə danışırdımı?

-Bəli, rəhmətlik nənəm, atam, anam daim, bir qədər ehtiyatla olsa da, bizlərə daşnak ermənilərin keçmişdə başlarına gətirdikləri olmazın müsibətlər haqda danışar, onların tarixi düşmənlərimiz olduğunu xatırladardılar. Yaxşı yadımdadır ki, evimizdən yuxarıdakı dağın belində bəzi yerlərdə on metrlərlə uzanan dayazlaşmış şırımlar var idi. Atamgildən, kəndin lap yaşlılarından həmin yerlərin niyə bu cür olduğunu soruşanda deyərdilər ki, burada ermənilərin qazdığı səngərlər olub – oradan kəndimizi atəşə tutublar. Bəzən həmin səngər yerlərində əsrin əvvəllərində məşhur atıcı silah olan “beşaçılan” gilizləri də tapırdıq...

Ata nənəm danışardı ki, oğul, o vaxt ermənilər kəndimizi yandırıb camaatı qovanda bizləri onların əlindən Osmanlı türkləri xilas etdi və kəndimizi də ermənilərdən geri alaraq bizi ev-eşiyimizə qaytardılar. Deyirdi ki, türklər olmasaydı, ermənilər bizi son nəfərimizədək qıracaqdı. Nənəm həmişə erməni vəhşiliklərinə aid bir epizodu həm düşmənlərə qarşı qəzəb və nifrətlə, həm də kövrələrək göz yaşları içində danışardı. Ermənilər Ağanus kəndinə hücum edəndə atam 40 günü tamamlanmamış körpə olub. Kənddən qaçhaqaç düşəndə nənəm və əmimgil də bir neçə kilometr aralıda yerləşən çayın yanındakı bir dəyirmanda gizlənirlər. Kəndimizdən xeyli adam da orada gizlənibmiş. Qucağındakı körpə ağlamağa başlayanda bir neçə adam nənəmə deyir ki, uşaq belə ağlamaqda davam etsə, ermənilər yerimizi bilib hamımızı qıracaq, ya da əsir götürəcək; başqa yol yoxdu, Allah keçər günahımızdan, gəl, körpənin ağzını bağlayaq, o ölsə də, bir belə camaatın həyatı qurtarar. Lakin bunu eşidən əmim heç cür razı olmur ki, mən qardaşımın ölümünə imkan verə bilmərəm. Bundan sonra yalnız Allahın köməkliyi ilə, sanki bir möcüzə nəticəsində ermənilər körpə atamın səsini eşitmir və nənəmgillə bərabər kəndimizin digər sakinləri də o dar vəziyyətdən qurtulurlar... Və təbii ki, oxşar situasiyalar o dövrdə və son işğal və qaçqınlıq illərində Zəngəzurda, Göyçədə, Qarabağda, Xocalıda, digər bölgələrimizdəki soydaşlarımızın başına gətirilib. Yəni söhbət ondan gedir ki, görün, bu qaniçən, insanlıq sifətini büsbütün itirmiş erməni millətçiləri, faşistləri öz zülmləri ilə bizim indiki və keçmiş nəsillərin nümayəndələrini hansı hallara gətiriblər. Onlar öz körpə balalarını belə qurban verməyə razı olmaq dərəcəsinə çatıblar ki, təki o rəzil, zalım düşmən əlinə düşməsinlər...

Bütün zülmlərə rəğmən XX əsrin əvvəlində də namərd erməni qaniçənlərinə qarşı cəsarətlə vuruşan dədə-babalarımız da olub. Rəhmətlik ata babam Məşədi Qəhrəman bəy kəndin digər qoçaq oğulları, o cümlədən Əbdüləli bəylə birlikdə erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak ediblər. İndi sizə o dövrə aid maraqlı bir sənəd göstərəcəm...

(Davamı var)

Söhbətləşdi: Sultan Laçın

Mənbə: moderator.az










SON XƏBƏRLƏR
Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı
Prezident 2 sərəncam, 2 fərman imzaladı
Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi
İranda Azərbaycan bayrağını erməni bayrağının altından asanlara GÖZ DAĞI – VİDEO
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - FOTOLAR
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Cənub Qaz Dəhlizi"nə hansı ölkələr qoşula bilər - professor açıqladı
Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"
Bəylikdən qaçaqçılığa-qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid
"Laçın" tankeri suya buraxıldı - VİDEO
Erməni nazir Qarabağda hərbi əməliyyatların bərpa olunmamasının səbəbindən danışdı
Soydaşımız Niderland mediasında Xocalıdan yazdı
"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib" - Komitə sədri
“SSRİ-ni belə dağıtdılar” – Putin “Amerika tələsi”ndə/Şərh
Qızını erməniyə ərə verən Ağadadaş Kərimov çeçenlərlə görüşdən qovuldu - VİDEO
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Zabratda evi yanan köçkünlərə ev verəcək
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi
Saakaşvilidən İvanişviliyə mesaj:"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb"
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" - Elnur Eltürk
İsrail Şərqi Qüdsdə 464 qanunsuz yaşayış binası inşa edəcək
Rəsulzadə haqqında unudulmuş xatirə
Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Lavrov: "Həmsədrlər yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər"
Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"
Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq
Ermənilər Xocavənddə azərbaycanlıları girov apararkən çəkilmiş görüntülər — VİDEO