Qarabag Media
Haqqımızda Əlaqə

Aqil Abbas: "Eh, Ağa əmi, səmimiyyət elə sizlərlə getdi"


Tarix:28-11-2018, 22:54 Kateqoriya:Manşet / Yazarlar

Aqil Abbas: "Eh, Ağa əmi, səmimiyyət elə sizlərlə getdi" Orta məktəbdə oxuyanda Ağa Laçınlının "Səmimiyyət” adlı bir şeirini oxumuşdum. Çox xoşuma gəlmişdi. Dil də o qədər şiriniydi ki, ikicə dəfə oxumaqla əzbərləmişdim. Atam da hərdən qonaq-qara olanda o şeiri mənə dedirdirdi. Və atam da elə bilirdi doğrudan da səmimiyyət qəlbin məhəg daşıdı.

Sonra universitetə daxil olanda (onda unversitet bir dənəydi) Ağa müəllimi gördüm, tanıdım, müəllimimiz oldu. Və gördüm ki, Ağa əmi (mənə çox doğmadır ona görə əmi deyirəm) özü elə səmimiyyətin məhəg daşıdı. Təkcə səmimiyyətin yox, insanlığın da, paklığın da, müəllimliyin də məhəg daşıdı.

Filologiya fakültəsinin qiyabi şöbəsinin dekan müavini, dekanı oldu. O illər filologiyanın qiyməti 5-10 min arasındaydı. Amma Ağa əmi heç 5-10 qəpiyin də yiyəsi olmadı, haram nədi bilmədi. Dünyanın o başı olan Əhmədlidə iki otaqlı "kasıb bir daxmada” ruhu uçub getdi Laçına.

Övladlarına da heç bir var-dövlət qoyub getmədi. Övladlarına paklıq, səmimiyyət, mərdlik, insanlıq və cəsarət qoyub getdi. Çox böyük bir mirasdı. Hər ata övladlarına belə qiymətli miras qoyub gedə bilmir. Elə bir miras qoyub getdi ki, övladları yüz il də xərcləsələr, dost-tanışa pay versələr də, tükənən deyil. Və bir də bu dağlar oğlu istedadını əmanat elədi övladlarına.

Son zamanlar dünyanı da, insanları da belə gördükcə, Ağa əminin bu şeirini tez-tez xatırlayıram.

Eh, Ağa əmi, səmimiyyət, yaxşı kişilər yaxşı at minib getdiyi kimi, sizin kimi yaxşı kişilərlə də çıxıb getdi. İndi səmimiyyət lağ yeri olub. İndi nə qədər səmimisənsə, insanlar sənə bir o qədər yuxarıdan aşağı baxır. Səmimisənsə, belinə çıxmaq istəyirlər. Heç kəs sənin kasıb daxmanı bağrına basmaq istəmir. Heç kəs sənin komanı imarət bilmir, yavan loxmanı bəyənmir. Və səmimiyyət duzu, çörəyi dada gətirmir.

Eh, Ağa əmi, kaş sənin bu şeirini bütün Azərbaycan xalqı əzbər biləydi. Və təkcə əzbər bilmiyəydi ey, həm də yazdığın kimi səmimi olaydı. Onda sənin doğma yurda həsrət nəşini oğlanlarınla birgə mən də çiynimə götürüb Laçına apara bilərdim.

Ağa əmi, amma onu da biləsən ki, o gün Azərin toyuna gələnlərin 95 faizi səmimi insanlarıydı..

P.S. Ağa əminin şeirini bu günkü nömrəmizdə oxuya bilərsiniz.

Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.

Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.

Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.

Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.

Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.


Aqil Abbas










SON XƏBƏRLƏR
Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı
Prezident 2 sərəncam, 2 fərman imzaladı
Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi
İranda Azərbaycan bayrağını erməni bayrağının altından asanlara GÖZ DAĞI – VİDEO
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - FOTOLAR
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Cənub Qaz Dəhlizi"nə hansı ölkələr qoşula bilər - professor açıqladı
Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"
Bəylikdən qaçaqçılığa-qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid
"Laçın" tankeri suya buraxıldı - VİDEO
Erməni nazir Qarabağda hərbi əməliyyatların bərpa olunmamasının səbəbindən danışdı
Soydaşımız Niderland mediasında Xocalıdan yazdı
"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib" - Komitə sədri
“SSRİ-ni belə dağıtdılar” – Putin “Amerika tələsi”ndə/Şərh
Qızını erməniyə ərə verən Ağadadaş Kərimov çeçenlərlə görüşdən qovuldu - VİDEO
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Zabratda evi yanan köçkünlərə ev verəcək
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi
Saakaşvilidən İvanişviliyə mesaj:"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb"
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" - Elnur Eltürk
İsrail Şərqi Qüdsdə 464 qanunsuz yaşayış binası inşa edəcək
Rəsulzadə haqqında unudulmuş xatirə
Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Lavrov: "Həmsədrlər yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər"
Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"
Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq
Ermənilər Xocavənddə azərbaycanlıları girov apararkən çəkilmiş görüntülər — VİDEO