Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: "İşğalçıların Qüdsün şamlarını söndürülməsinə mane olacağıq"


Tarix:28-11-2018, 12:58 Kateqoriya:Manşet / Türk dünyası

Ərdoğan: "İşğalçıların Qüdsün şamlarını söndürülməsinə mane olacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daimi sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 34-cü iclasının açılışında çıxış edib.

Karabakhmedia.az-ın məlumatına görə, "Tarix bizlər üçün heç vaxt olub bitmiş hadisələr toplusu deyil. Güc, cəsarət, ilhamla birlikdə dərs aldığımız ibrət vəsiqəsidir", - deyə bildirən Ərdoğan, "keçmişdə baş vermiş hər bir hadisə acı, şirin hər hal biz müsəlmanlar üçün yaxşı oxunması, yaxşı analiz edilməsi, üzərində həssaslıqla düşünülməsi lazım olan hadisələr silsiləsidir", söyləyib.

"Suriyadan İraqa, Yəməndən Fələstinə qədər bütün bölgədə, yaşadığımız böhranın, gərginliyin, qan və göz yaşının əsasında böyük müharibə ilə həyata keçirilən dizayn vardır", - deyə bildirən Ərdoğan belə davam edib:

"Sərhədləri qanla çəkilən bu məkanda ürəklərimizə yeni sərhədlər, yeni divarlar qurmamalıyıq. Fərqliliklərimizi ortaya ataraq bizləri bir-birimizə qırdırmağa çalışanların oyunlarına uymamalıyıq.

Bu gün Yəməndə milyonlarla insan aç, səfil yaşayırsa, bunun məsuliyyətini fərqli yerlərdə axtarmağa ehtiyac yoxdur. Səbəbkarı kimdir, yenə bizik, yəni müsəlmanlar, yəni guya müsəlmanlar.

"Bir damla neft, bir damla qandan daha dəyərlidir" məntiqi ilə hərəkət edənlərin qurduğu tələlərə artıq düşməməliyik.

Fələstin problemindən daxili müharibələrə qədər hər məsələdə həll üçün qapısını döydüyümüz beynəlxalq təşkilatlar bizi məyusluğa salmadımı? Daha oralardan nə gözləyirik? Nəyə ümid edirik? Onlar bizim xeyirimizə heç bir zaman işləməyəcək".

Prezident Ərdoğan, "BMT sistemində islahat aparılması şərtdir", - deyə bildirib.

Ərdoğan, "vətəndaşlarımızın Qüds səfərlərini təşviq edərək, işğalçıların Qüdsün şamlarını söndürülməsinə əvvəl biz mane olacağıq", - söyləyib:

"İƏT üzv ölkələr kimi ticarətimizi nə qədər çox artırsaq, o qədər güclü olarıq.

Bir məsumu öldürməyi bütün insanları öldürmək kimi görən bir inancın mənsubları olaraq məhkəməsiz edamlara, vəhşi cinayətlərə başqalarından əvvəl biz etiraz edəcəyik. Dünyanın harasında olursa olsun, zülm və ədalətsizliyə əvvəl biz səsimizi yüksəldəcəyik.

Aramızdakı ticarətdə milli pul vahidləri istifadə etməyimiz, imperialist zəncirələri parçalamaq baxımından son dərəcə əhəmiyyətlidir."

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO