Qarabag Media
Haqqımızda Əlaqə

"Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım" - ABŞ-a köçən idmançı


Tarix:28-11-2018, 11:36 Kateqoriya:Manşet / Müsahibə

"Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım" - ABŞ-a köçən idmançı

"Amma Azərbaycan vətənim olsa da orada hər hansı dəstək görməmişəm"

Bayrağımız dəfələrlə zirvələrə qaldıran bir çox idmançılarımız var ki, Azərbaycanda yox, məhz başqa ölkələrdə yaşayırlar. Onlardan biri də Azərbaycanda kifayət qədər tanınmış, hazırda isə ABŞ-da yaşayan Elgün Xanoğlanlıdır. İdmançı Sputnik Azərbaycan-a müsahibə verib, hazırkı və qarşıda duran işlərindən danışıb.

- Hansı səbəbdən məhz qarışıq idman növünü (MMA) seçdiniz?


- Azərbaycanda böyümüşəm. İdman karyerama təbii ki, öz vətənimdə başlamışam. Uzun müddət bir neçə idman növündə məşğul olmuşam. 2002-2005-ci illərdə karate ilə məşğul olmuşam. Kokşinkay karate növündə, hətta uşaq yaşlarında Azərbaycan çempionu da olmuşam. 2005-2008-ci illərdə güləş idman növündə də özümü sınadım. 2009-da Budo idman növü ilə məşğul oldum. Daha sonra MMA-nı seçdim və Azərbaycan çempionu oldum. Budo döyüş növlərində isə Dünya və Avropa çempionu oldum. Güləşdə isə təəssüflər olsun ki, uğurlu nəticələrim olmadı. Nəhayət özümü qaydasız döyüşdə sınadım. Bu idman növündə isə nəticələrim əla oldu.

- Uğurlarınız çoxaldıqdan sonra ABŞ-a köçdünüz?

- 2015-ci ilin sonunda ABŞ-da işləyən dostlardan mənə təklif gəldi. Mən də böyük məmnuniyyətlə qəbul elədim. Mənə viza göndərdilər və getdim ABŞ-a. O gündən burada yaşayıram. Böyük ehtimal ki, burada da qalacam. Bakıya dönmək fikrim yoxdur. Sadəcə dostları, qohumları görmək üçün bir neçə ildən bir gələ bilərəm. Özüm də ABŞ-ın adından yarışlara çıxıram. Hətta ABŞ çempionuyam və bir çox beynəlxalq yarışların qalibiyəm.

ABŞ-dan kimə təklif gəlsə, hamı razılaşar. Orada yaşamaq mənim uşaqlıq arzum olub. Nyu-Yorkda yaşamaq hər bir idmançıya nəsib olmur. Xüsusilə MMA ilə məşğul olan hər bir idmançının arzusudur ki, ABŞ-da yaşasın.

- ABŞ-da idmandan pul qazanmaq asandır?

- Mən elə ABŞ-da ancaq idmandan pul qazanıram. Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım. Əksinə, həmişə mənim idmana pulum çıxırdı. Çünki bizim idman növü qeyri-olimpiya idman növü idi. Ona görə də pul yox idi. ABŞ-da isə belə deyil. İdmançısansa, maaşını alacaqsan. Eyni zamanda sponsorum da var. Ona görə də məşqlərimi rahat edirəm. Azərbaycan vətənim olsa da, orada hər hansı dəstək görməmişəm.

- Amma Azərbaycanı da bir çox beynəlxalq yarışlarda təmsil edirsiniz...

- Bəli. Çünki vətənimi sevirəm. Bayrağımı zirvələrə qaldırmaq mənim üçün fəxrdir.

- ABŞ-da idman ilə məşğul olan bir çox idmançılar filmlərə də çəkilir. Siz necə, belə təklif almısınız?

- Bir neçə filmdə oynamışam. Təklif gəldikcə, dəyərləndirirəm. Azərbaycanlı rejissor Elmar Bayramovun filmlərində də oynamışam.

- Başqa nə işlə məşğulsunuz?

- Burada ancaq məşq edirəm. İdman karyeramı davam etdirirəm. Nə vaxt idman ilə vidalaşsam, ondan sonra artıq biznes ilə məşğul olacağam. Şəxsi biznesimi quracağam.

- Ailə quranda necə? Evlənəciyiniz xanımı Azərbaycandan seçəcəksiniz, yoxsa ABŞ-da xarici vətəndaşla nikaha girəcəksiniz?

- Bu haqda danışmaq çox tezdir. 27 yaşım var və hələ karyera haqqında düşünürəm. Qismətdə nə varsa, o olacaq. Azərbaycandan olan xanımla da evlənə bilərəm, ABŞ-dan olan xanımla da. Bunu zaman göstərəcək.

"Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım" - ABŞ-a köçən idmançı

"Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım" - ABŞ-a köçən idmançı

Təranə Xudabaxşiyeva












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ