Qarabag Media
Haqqımızda Əlaqə

"Türkiyə bizim atamızdırsa, Azərbaycan da anamızdır" - Türkman siyasi liderlə müsahibə


Tarix:28-11-2018, 12:26 Kateqoriya:Manşet / Türk dünyası / Müsahibə

"Türkiyə bizim atamızdırsa, Azərbaycan da anamızdır" - Türkman siyasi liderlə müsahibə

İraq Nazirlər Kabineti nəzdində Kərkük siyasi məhbusları üzrə müvəkkil Əli Zeynal Yenicag.az-a müsahibə verib. O, Kərkükün son vəziyyəti, türkmanların problemləri, onlara qarşı haqsızlıqlarla bağlı danışıb.

Əli Zeynalla müsahibəni sizə təqdim edirik.

– Öncə Səddam Hüseyn dönəmi, Körfəz müharibəsi, İŞİD dönəmindəki türkmanların vəziyyətindən danışaq, daha sonra indiki dönəmdən.

– Biz İraq türkmanları olaraq Oğuz boyundan olan bir millətik. İraqda geniş bir ərazidə yerləşmişik. Türkmanların sayı çoxdur. Ancaq bu günə qədər əhali siyahıya alınmadığı üçün dəqiq say bilinmir. 1957-ci ildə İraq əhalisi siyahıya alınan zaman 6 milyon nəfər olub. Türkmanların sayı 600 min civarında olub. Bu da onu göstərir ki, İraq əhalisinin 10%-i türkmandır.

İraqdakı türkmanlar haqqında həmişə səhv fikirlər səsləndiriblər. Bizi Osmanlının nəvələri adlandırıblar. Ancaq bu yalnış bir fikirdir. Türkmanların ilk gəlişi 7-ci əsrdə baş verib. İkinci dəfə türkmanların İraqa köçü Səlcuqlu dövləti zamanına təsadüf edir. Üçüncü dəfə isə 1534-cü ildə Sultan Süleyman dönəmində köç ediblər. Türkmanlar heç zaman İraqda problem yaratmayıblar. Ancaq həmişə İraq hökuməti türkmanlara xoş davranmayıb. 1921-ci ildə İraq dövləti yarananda türkmanların da rolu olub. 1917-ci ildə ingilislərin İraqa girməsi nəticəsində ən böyük zərəri türkmanlar çəkib. Osmanlı İraqdan geri çəkildikdən sonra türkmanların başına çoxlu qətliamlar gəlib. Qətliamların biri 1924-cü ildə baş vermiş Livi qətliamı adlanır. Bu qətliamı türkmanlara qarşı aşurilər və ermənilər törətmişdilər. Ermənilər Anadoludan çıxardılıb, Hakkari dağlarından keçərək Kərkük ərazisində yerləşdirilmişdi. Onları dəstəkləyənlər isə ingilislər olub. İkinci qətliam 1946-cı ildə Kərkükün Gavurbağı adlı bölgəsi var, orada yenə ingilislərin dəstəyi ilə olmuşdu. Üçüncü qətliam isə 1959-cu il iyulun 17-də kommunist kürdlər tərəfindən törədilib. Bu qətliamı incə bir şəkildə planlaşdıran komunist kürdlər 40-a yaxın türkmanların öndə gedən şəxslərini öldürmüşdü. BAAS partiyası, Səddam Hüseyn hakimiyyətə gəldikdən sonra türkmanlara ciddi zərər vurdu. 1970-71-ci ildə türkman məktəblərini bağladı. Türkcə oxumaq qadağan edildi. Halbuki, kürdlərdə bu haqq, qalırdı, türkmanlardan bu hüquq alındı. 1970-ci illərin ortasından başlayaraq Səddam rejimi nə qədər türkman müəllim, məmur, bank işçisi vardı, hamısını İraqın digər bölgələrinə göndərmişdi. Əslində bu qərarın mahiyyəti türkmanların başda olan adamlarının bir yerdə olmamasına nail olmaq idi. 1979-cu ildə İraq-İran müharibəsindən əvvəl türkmanların başında olan liderlər, iş adamları Səddam tərəfindən Turancılıq və Türkiyə cəsusluğunda ittiham edilərək həbs edilmişdi. 1980-ci il yanvarın 16-da bu iddialarla 4 nəfər – Aqrar fakültəsində doktorant Neced Kocak, polkovnik leytenant Zəyim Abdullah, iş adamı Adil Şərif, doktorant Rza Dəmirci edam edilmişdi. Onlarla yanaşı yüzlərcə türkman həbs edilmişdi. Onlardan bir qismi öldürülüb, bir qismi isə həbsxanalarda cəza çəkmişdilər. 1982-ci ildə Səddam rejimi tərəfindən ərəblərin Kərkükə yerləşdirilməsi planlaşdırıldı və Kərkükdə yaşayan türkmanları asimlasiya etmək istənildi. Səddam bunu etdi, ancaq istədiyinə nail ola bilmədi. Çünki türkman milləti Kərkükdə çox güclüdür. Biz dilimizə, tariximizə sahib çıxan bir millətik. İran-İraq müharibəsi zamanı çox sayda türkmanlarımız şəhid oldu. Müharibə zamanı bildik ki, bizə qarşı döyüşənlər arasında öz millətimiz, azərbaycanlılar da var. Bir çox türkman azərbaycanlılara qarşı döyüşdüyünü bildikdən sonra, xarici ölkələrə qaçmışdı.

Körfəz müharibəsi də İraq türkmanlarına zərbə oldu. 1991-ci ildən sonra türkmanlar siyasi hərakata başladı. İlk hərakatımız İraq Türkman partiyası oldu. Təbii ki, bu partiya Türkiyənin dəstəyi ilə quruldu. Türkiyə dövləti bizə babalıq edib. 1991-ci ildən sonra Şimali İraqda olaylar çıxdı. O zaman BMT təhlükəsizlik zonası yaratdı. Həmin təhlükəsizlik zonası kürd bölgəsi olduğuna görə, adını kürd bölgəsi yox, 36-cı paralel qoydular. 36-cı paralelə Mosul da daxil idi, ancaq Mosul türkman şəhəri olduğu üçün o bölgəyə daxil edilmədi. Süleymaniyə 36-cı paraleldə olmasa da, təhlükəsizlik zonasına daxil edildi. Buna səbəb də oranın kürd şəhəri olması idi. Bu olayların hamısı ABŞ-ın planı idi. O zaman Cəlal Təlabaninin Yurdsevənlər partiyası ilə Məsud Bərzaninin KDP-si arasında çəkişmələr başladı. Bu çəkişmələrin səbəbi gömrüyü, pulu, siyasi yerləri əldə etmək idi. Bu çəkişmə zamanı İraq ordusu 1996-cı ildə Ərbil şəhərinə girdi. Türkmanların İraq Milli Türkman partiyası var idi, Ərbil şəhərinə girər-girməz, partiyanın gərərgahı ələ keçirildi. Orada onlarca adamlarımız həbs edildi. Halbuki onların günahı yox idi. Onların hamısı edam edildi. Səddam rejimi tərəfindən həbs edilənlərdən biri də mənəm. Ancaq mən Kərkükdə həbs edildim.

– Siz necə saxlanıldınız? Həbsdə başınıza nələr gəldi? Bu haqda danışardınız.

– 1994-cü ildə məni evdən götürdülər. Həbs edilmə səbəbim də Türkiyə dövlətinə yardım etməyim, turançı olmağım və cəsusluqda ittiham olunmağımla bağlı idi. Məni evdən götürüb Bağdada apardılar, orada 8 ay işgəncə gördüm. Günəş nə vaxt çıxdı, nə vaxt batdı xəbərim olmadı. Ayın tarixin belə unutmuşdum. Dırnaqlarımı çəkdilər. Elektrikə verdilər. Məhkəmədə məni Türkiyəyə yardım etməyimlə bağlı ittiham etdilər. 1995-ci ildə BMT-nin təzyiqi ilə İraq bir çox məhkumları azad etdi. Mənimlə birgə 1980-ci ildən həbsdə yatan qardaşlarımız da azadlığa çıxdılar. Maddələri cəsusluq olanlar həbsdən çıxmadı. O zaman bizə dövlət pasport da vermədi. Türkiyə dövlətinin köməkliyi ilə Türkiyəyə keçdim. Gündə 5 dəfə namaz qılıram, hər namazımda Türkiyə dövlətinə dua edirəm. Türkiyə dövləti məni oxutdu. Türkiyə dövlətinə canımı versəm, azdır. 2003-cü ildə Səddam rejimi bitti.

– Səddam rejimi bitdikdən sonra türkmanların problemi bittimi, yoxsa yenə davam etdi?

– Səddam rejimi bitdikdən sonra türkmanlara heç bir haqq tanınmadı. Kürdlər haqlarını aldılar.

– İraqda seçkilər keçirildi. Ancaq hökumət qurulmadı. Türkmanlardan neçə millət vəkili seçildi?

– Kərkük türkman cəbhəsindən 3 millət vəkilimiz – İraq türkman cəbhəsinin başqanı Ərşad Salehi, Xədicə Əli Türkman və doktor Əhmət Heydər seçildi. Mosul şəhərindən 4 millət vəkilimiz seçildi. Ümumiyytlə İraqdan 11 türkman millət vəkili seçildi. Ancaq bu rəqəmlə razı deyilik, əslində millət vəkillərimizin sayı 25 olmalıdır.

Biz millət vəkilindən əlavə, türkman nazir də görmək istəyirik. Bundan başqa, prezident və baş nazir köməkçilərindən birinin türkman olmasını tələb edirik.

– İŞİD zamanında türkmanlar hansı problemlərlə üzləşdi?

– 2014-cü il iyunun 6-da İŞİD Mosula girdi. Mosul türkman şəhəridir. Türkmanlar məcburən oradan çıxdı. Bir hissəsi Kərkükə, bir hissəsi də Kərbalaya yerləşdi. İŞİD türkmanlara aid kəndləri, qəsəbələri ələ keçirdi. 2014-cü ildən 2016-cı ilə qədər İŞİD 2 dəfə Kərkükə girdi, ancaq ən çox 30 saat qala bildi. İŞİD Kərkükə ikinci dəfə girəndə 37 nəfər türkman şəhid oldu.

– İŞİD təmizləndikdən sonra türkmanlar öz yerlərinə döndü?

– Ən çox üzüldüyümüz məsələlərdən biri də budur. İŞİD bittikdən sonra, türkmanlar öz yerlərinə dönə bilmədi. Digər etniklər öz torpaqlarına döndülər, ancaq türkmanlara qarşı burada da ayrı-seçkilik edildi. Türkmanların torpaqlarına dönə bilməməsi də siyasi məsələdir. BMT buna müdaxilə etməlidir.

– İŞİD dönəmində kürdlərin silahlı qüvvələri var idi, onlara qarşı döyüşürdülər. Hətta Suriyadakı türkmənlərin də silahlı qüvvələri var, ancaq İraq türkmanları silahlı güc ola bilmədilər. Bunun səbəbi nə idi?

– Türkmanların silahlanmasına böyük ehtiyacımız var. Türkmanların o bölgədə güclü olmasını heç bir etnik istəmir. Təkcə kürdlər yox, ərəblər də istəmirlər. Kürd peşmergələri Kərkükə girən zaman orada orduya aid çoxlu sayda silah-sursatı ələ keçirdilər. Peşmergənin hədəfi İŞİD-lə döyüşmək adı ilə türkman bölgəsini ələ keçirmək idi. Onların silahlı güc olması neft yataqlarını ələ keçirmələri ilə nəticələndi, bu, kürdlərin türkman bölgəsində sayının artmasına gətirib çıxardı.

Hazırda türkmanlar silahlı güc olmağa başlayıblar. İŞİD zamanında Sistani fətva verdi, Həşdi Şabi quruldu. Həşdi Şabinin içərisində bir bölük türkmanlara verildi. Bu gün Kərkükün kənarında böyük bir ordumuz var.

– ABŞ türkmanlara niyə yardım etmir?

– Türkmanlar sülhsevər millətdir. İraq dövlətinə heç bir zaman problem yaratmadıq. İraq hökuməti və ABŞ bizi həmişə türk, düşmən gözündə gördü. ABŞ-ın bu gün bizə silah verməməsinin səbəbi də türk olmağımızdır. ABŞ-ın Türkiyəyə qarşı etdiklərini hər birimiz görürük. Dollarla Türkiyə iqtisadiyyatını məhv etməyə çalışırlar. Türkiyə hər zaman bizim yanımızda olduğu kimi, biz də Türkiyənin yanındayıq. ABŞ-ın Türkiyəyə qarşı etdiyi bütün təzyiqlərə qarşıyıq və bunu türkmanlara edilmiş kimi qəbul edirik. Türkiyə dövləti də bizim dövlətimizdir. Azərbaycanla biz bir millət, bir dövlətik. Türkiyə bizim atamızdırsa, Azərbaycan da anamızdır.

– Kərkükün sosial vəziyyəti necədir?
"Türkiyə bizim atamızdırsa, Azərbaycan da anamızdır" - Türkman siyasi liderlə müsahibə

– Türkmanlar elmə, təhsilə çox önəm veriblər. Düzdür, içərimizdə sosial vəziyyəti yaxşı olmayanlar da var, ancaq İraqın cənubu ilə müqayisə etsək, türkmanların vəziyyəti çox yaxşıdır. İŞİD-dən sonra İraqın demək olar bütün bölgəsi problemlə üzləşdi. Ticarət, işlər dayandı, fabriklər işləmədi. Bu məsələlər hələ davam etməkdədir. Ancaq Kərkükün abadlaşdırılması ilə bağlı heç bir iş görülməyib. 2003-cü ildən bu yana bir küçə belə abadlaşdırılmayıb. İraqın bu qədər pulu hara gedir, heç kim bilmir. Yəqin ki, xəbəriniz var, Basra şəhərində əhali ayağa qalxıb. Bunun səbəbi işsizlik, elektrik enerjisinin olmaması və digər problemlərdir. Bu hadisə hökumətin qurulmasına da mane ola bilər.

– Hökumət bu günə qədər niyə qurulmadı?

– Anlaşma yoxdur. İki qrup var. Onlardan birini ABŞ, digərini İran dəstəkləyir. ABŞ deyir ki, mənim istədiyim olmazsa, hökumət qurulmayacaq. İraqı rahat buraxmırlar. Nə ABŞ, nə də İran imkan vermir ki, İraqda sabitlik yaransın.

– Azərbaycana gəliş səbəbiniz nədir?

– Kərkükün, türkmanların vəziyyətini Azərbaycandakı dostlarımıza anlatmaqdır. Biz də azərbaycanlıyıq. İstəyirik ki, Azərbaycan türkmanlara dəstək versin. Biz maddi yardım istəmirik, İraq dövləti zəngin bir dövlətdir. Bizim istədiyimiz mənəvi dəstəkdir. Biz eyni qandanıq. Biz uşaq olanda bilmirdik ki, bizim dildə danışan insanlar var. Bəlli bir yaşa gəldikdən sonra bildik ki, bizim qardaşlarımız var. Kərkükdə Azərbaycandan olan jurnalistlər olmalıdır. Hazırda türkmanların əleyhinə olaylar baş verir. Azərbaycanla türkmanlar arasında dərnəyin qurulmasını istəyirik. Azərbaycan dövlətindən tələbə qəbulu üçün yer istəyirik. Türkiyə dövləti 100-ə yaxın türkmanın oxuması üçün dövlət hesabına yer ayırıb. Bunu Azərbaycan dövlətindən də istəyirik.

Aprel müharibəsi zamanı yüzlərcə döyüşçü hazır idi ki, Qarabağa gəlsin. Bizim ürəyimiz daim Azərbaycanla, Türkiyə ilə döyünür.

Səxavət Məmməd











SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi