Qarabag Media
Haqqımızda Əlaqə

Qazaxıstan: Ortaq Mirasın Güvənc Yeri


Tarix:27-11-2018, 16:10 Kateqoriya:Manşet / Türk dünyası

Qazaxıstan: Ortaq Mirasın Güvənc Yeri

Son illər Qazaxıstanda ölkəningələcək inkişaf yolunu müəyyənləşdirən “yol xəritəsi” xarakterli bir neçə proqram diqqəti cəlb edir.“100 konkret addım”,“Qazaxıstan – 2050 strategiyası”və “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqlarımda dövlətin gələcək inkişaf strategiyası aydın müəyyən olunub.Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəsini dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasına daxil etmək üçün böyük layihələr həyat keçirmək niyyətini ortaya qoyub.

N.Nazarbayev “Gələcəyə doğru: Mənəvi yenilənmə” monoqrafiyasında fikir və düşüncələrini belə ifadə edir: Müasir Qazaxıstanı inkişaf etdirən insanları xalqa tanıtmaq; bu tanıtmanın yeni multimedia əsasını qurmaq; 100 təzə ad layihəsini gerçəkləşdirmək lazımdır; xalq qızıl fonda daxil olan insanları tanımalı və ehtiram göstərməlidir.

Ümumiyyətlə, bu monoqrafiyadakı tezislər bütün türk dünyası üçün milli özünüdərk və inkişaf konsepsiyası kimi nəzəri irsdir. Milli özünüdərk, ölkədəki bütün xalqlar arasında birlik və bərabərliyin qorunması, elm, tərəqqi və inkişaf Qazaxıstan dövləti üçün prioritetdir. N.Nazarbayevin birbaşa rəhbərliyi ilə qardaş ölkədə hökumətin hədəfi 2050-ci ilə qədər dünyanın inkişaf etmiş 30 iqtisadiyyatı sırasına düşməkdir. Bunun üçün yanacaq-energetika, turizm, ticarət, təhsil, səhiyyə, nəqliyyat və logistika daxil olmaqla, səkkiz əsas istiqamət üzrə intensiv iş aparılır.

Qazaxıstanın müstəqilliyinin müstəqilliyin 27 ilinə nəzər salsaq görərik ki, bu illər ərzində Qazaxıstan zəngin və keşməkeşli bir yol qət etmiş, tarix üçün o qədər də böyük olmayan zaman kəsiyində mükəmməl, oturuşmuş dövlətçilik ənənəsi yaratmış və ən əsası qazax xalqında özgüvən, dövlətçiliyə böyük inam formalaşmışdır. Prezident Nursultan Nazarbayev müstəqilliyin sancılı və ağır olan əsas mərhələsindən ölkəni şərəf və ləyaqətlə gələcəyə daşıya bilmişdir. Qeyd olunan proqramlar da göstərir ki, Qazaxıstan keçid dövrünü arxada qoyub, indi yeni və daha böyük hədəflər müəyyənləşdirib.

Son illər ərzində təkcə Suriya münaqişəsinin həllində Qazaxıstanın rolu və Astana prosesini qeyd etmək kifayətdir ki, ölkənin qlobal miqyasda rolu və nüfuzunun nə dərəcədə gücləndiyini görmək olsun.

QAZAXISTANIN İNKİŞAFININ TƏMƏLİNDƏ NƏ DAYANIR?

Müstəqilliyin ilk illərindən Qazaxıstan böyük regional gepolitik güc mərkəzinə çevrilməsi üçün zəruri olan bir çox elementlərə sahib idi. Böyük ərazi, təbii sərvətlər, siyasi, hərbi, iqtisadi, elmi və mədəni potensial. Yeganə problem, bu amillərin hər birinin bilavasitə bağlı olduğu insan resursunun çatışmazlığı və milli kadr problemi idi. Prezident çıxış yolunu təhsildə görərək, müdrikcəsinə addım atdı və hələ 1993-cü ildə postsovet ölkələri arasında ilk dəfə olaraq,“Bolaşak” xüsusi dövlət proqramı çərçivəsində minlərlə qazax gənciniinkişaf etmiş təhsil və idarəetmə təcrübəsini öyrənmək üçün dünyanın dörd bir yanına göndərməyə başladı.

Bu proqramlardan bəhrələnən milli kadrlarla indi dövlət idarəetməsinin bütün pillələrində qarşılaşmaq mümkündür. Təsadüfi deyil ki, Təhsil Uğurlarını Qiymətləndirmə Beynəlxalq Assosiasiyasının (IEA) reytinqində müxtəlif fənlər üzrə orta təhsilin keyfiyyətində Qazaxıstan bir çox yüksək inkişaf etmiş ölkələri geridə qoyaraq ilk onluqda qərar tutub. Həmçinin, ölkə dünya miqyasındarəqabət apara biləcək universitetlər qurulub. Təbii ki,bunlar Nursultan Nazarbayevin təhsili strateji sahə kimi prioritet elan etməsindən qaynaqlanır. Çünki böyük coğrafiyaya və zəngin təbii sərvətlərə sahib ölkədə insan resursunun çatışmazlığı məsələsini həll etməyin ən optimal yolu təhsildən, dövlət aparatını yüksək idarəetmə bacarığına sahiblənmiş kadrlarla təmin etməkdən keçirdi.

Bu amil xalqda özgüvənin ən yüksək səviyyəsini təmin etməklə yanaşı, ölkənin müasir informasiya cəmiyyətinin tələb etdiyi “yetkin, çevik və sayıq vətəndaş” hədəfinə doğru uğurla irəlilədiyini göstərir. Bununla həm də, Qazaxıstan regional güc mərkəzinə çevrilmək yolunda vacib olan ən sonuncu və zəruri elementi – insan resursu problemini həll etmiş olur. Çünki, müstəqillikdən dərhal sonra Qazaxıstanda milli bütövlük və dövlətin varlığı üçün ən böyük təhdid ölkənin sahibi olan xalqın demoqrafik problemləri idi. Bu həm ölkənin müstəqilliyinin davamı, həm də milli dövlətin formalaşdırılması üçün ciddi bir problemə çevrilmişdi. Həmin homogen olmayan əhali probleminin qarşısında bir tərəfdən bütün etnik qrupları əhatə edici bir “vahid millət” prosesi başlandı, digər tərəfdən isə dövlətin milli kimliyin formalaşması üçün bəzi önəmli addımlar atdı.

Əhalinin demoqrafiyasının tarazlanması, ölkənin paytaxtının Almatıdan Astanaya köçürülməsi, konstitusiyanın və siyasi quruluşun etnik əsasdan çox torpaq anlayışına uyğun olaraq təsis edilməsi, təhsildə milliləşmə siyasəti və qazax dilindən daha çox istifadə olunması idi.Təsadüfi deyil ki, yeni paytaxt Astananın açılış mərasiminə qatılan Azərbaycanın ümumilli lideri H.Əliyev bu hadisəni – “Müstəqil Qazaxıstanın ən böyük uğuru”- adlandırmışdı. Bu qətiyyətli tarixi-siyasi addım bütövlükdə ölkənin demoqrafik yapısını dəyişdi, ölkə təktərəfli deyil, çoxmərkəzli inkişafa meylləndi. Hədəf bəlli idi – Qazaxıstanı güclü, sarsılmaz və etibarlı bir regional güc mərkəzinə çevirmək. İndi Astana qazax milli kimliyinin inşasının simvoluna çevrilmişdir.

1997-ci ildə “Qazaxıstan-2030 Strategiyası”nı qəbul etməklə Nursultan Nazarbayev milli dövlətin inşasında daha sistemli bir yanaşma ortaya qoydu. Həmin strategiyanın əsas məqsədi yeni bir ölkənin inşası idi. 2013-cü ildə xalqa müraciətində isə Nazarbayev “2030 strategiyası”nın hədəflənən tarixdən daha əvvəl tamamladığını, yəni dövlətin artıq inşa edildiyini irəli sürərək “Qazaxıstan 2050 strategiyası”nı bəyan etdi.“Qazaxıstan-2050 strategiyası” milli təhlükəsizlik, iqtisadiyyat, inzibati idarəetmə, təhsil, səhiyyə və infrastruktur sahələrinə geniş “yol xəritəsi”ni təyin etməklə yanaşı, Qazaxıstanın milli kimlik problemi və ya milli kimliyin formalaşdırılması prosesinin hələ tamamlanmadığını göstərən dil siyasəti də əsas kimi götürür. Strategiyada milli dövlətin formalaşdırılmasından sonra onun inkişafı əsas götürülüb, çoxmillətli və çoxinanclı bir cəmiyyət kimi ortaya çıxan ictimai – siyasi sistemin həmrəyliyi qarşıya məqsəd kimi qoyulub. Çoxmillətli cəmiyyətlər və təkmillətli dövlətlər dövrünün başa çatdığını bəyan edən Qazaxıstanda qurucu və ya hakim etnik milli kimlik kimi qazax faktoru ön plana çıxmaqdadır.

“Qazaxıstan 2050” strategiyasın qazax dilinin hər sahədə təsirli bir şəkildə istifadə üçün inkişaf etdirilməsi və 2025-ci ildə latın əlifbasına keçidi qarşıya məqsəd kimi qoyub. Şəksizdir ki, latın əlifbasına keçid Qazaxıstanın qlobal miqyasda mövqelərinə və türk dünyası ilə inteqrasiyasına önəmli təsir göstərəcək. İndi Qazaxıstanda bütün digər etnik qrupları qucaqlayan, amma öz tarixi və mədəni kodlarını mərkəzdə saxlayan bir qazax kimliyi formalaşmaqdadır. Dərindən analiz etdikdə, milli özünüdərki, köklərə bağlılığı aşılayan bu kimlik ortaq dəyərlərimizə, skiflər, göytürklər, hunlara dayanan böyük dövlətçilik ənənələrinin yenidən mənimsənməsini, qazax dövlətçilik darixini canlandırmağı ehtiva edir. Bu gün tarix, dil, din, demoqrafik faktorlar üzərindən formalaşan Qazaxıstan kimliyi etnik millətçiliyi istisna edir, multikultralizm, dünyəvilik, vahid dövlətçilik elementlərini özündə birləşdirir.

Strategiyaya görə, Qazaxıstan 2050-ci ildə artıq milli dövlətin inşasını tamamilə başa çatdırmaqla, istər Orta Asiya regionu, istərsə də qlobal və regional aktorlar üçün ciddi əhəmiyyət kəsb edəcəkdir. Prezident N.Nazarbayevin də vurğuladığı kimi, “Qazaxıstan, Avropa və Asiya arasında əsas ünsiyyət məkanının tam mərkəzində yerləşir. Buna görə də bizim hədəfimiz tayı – bərabəri olmayan geosiyasi mövqeyimizdən ölkəmizin və beynəlxalq aləmin mənfəətləri çərçivəsində faydalanmaqdır “.

TÜRK DÜNYASINDA İNTEQRASİYANIN MEMARI

Nursultan Nazarbayev ortaq dəyərləri paylaşan Türkdilli dövlətlər arasında inteqrasiyanın güclənməsində indiyədək vacib təşəbbüslərlə çıxış etmiş və hazırda türk dünyasının ağsaqqalı kimi bu missiyasını şərəflə davam etdirir. O, türk dünyasının inteqrasiyasına töhfə verən, Türk Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY kimi təşkilatların qurulmasının əsas ideya müəlliflərindən biri olmuşdur.

Hazırda Qazaxıstan, Monqolustandan Macarıstana uzanan böyük bir coğrafiyadakı mənəvi, ruhani mirasa sahib çıxmağı hədəfləyən “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqramını uğurla həyata keçirir.

Qazaxıstan 2012-ci ildən başlayaraq davam edən müzakirələrin yekunu olaraq, 2017-ci ildə qısa müddət ərzində yeni əlifbaya keçidlə bağlı qərar qəbul etdi. Prezident Nursultan Nazarbayevin göstərişi ilə 2018-ci ildən etibarən isə tədris-metodik vəsaitlərin və mütəxəssislərin hazırlanması, 2025-ci ildə prosesin tam başa çatdırılması nəzərdə tutulur. Dövlət başçısının ölkənin rəsmi dövlət qəzetində yayınlanan “Gələcəyə doğru: mənəvi yenilənmə” adlı məqaləsində də qeyd olunduğu kimi, Qazaxıstanın latın əlifbasına keçidinin dərin məntiqi vardır. Bu keçid dövrün müasir texnoloji mühiti və kommunikasiya əsri, o cümlədən, XXI yüzillyin elm və təhsil proseslərinin xüsusiyyətləri ilə birbaşa bağlıdır.

Əslində, Qazaxıstanın latın qrafikasına keçməsinin digər vacib əhəmiyyəti ondan ibarətdir ki, bu qərar xeyli sayda türkdilli xalqların – qırğız, tatar, başqırd, qaraçay, kumık, noqay və digərlərinin ictimai həyatına öz təsirini göstərəcəkdir. Çünki əlifba hadisəsi populist yanaşmadan elmi əsaslı inteqrasiyaya doğru keçidin ilkin pilləsidir.

Bununla yanaşı, bütün türkdilli dövlətlərin latın qrafikalı əlifbaya keçidi sonrakı mərhələdə ortaq əlifba ideyasının reallaşdırılması üçün mühüm mərhələ rolunu oyanaya bilər. Ortaq əlifbadan istifadə qazaxın azərbaycanca, azərbaycanlının özbəkcə, özbəyin türkcə öyrənməsi işini xeyli asanlaşdıra bilər. Bu isə böyük bir coğrafiyada sərbəst hərəkət, eyni zamanda sosial-iqtisadi və mədəni inteqrasiya üçün bazis rolunu oynayacaqdır.
Ortaq əlifba həm də bir kökdən şaxələnən türk dillərinin yaxınlaşmasına zəmin hazırlayacaq, informasiya mübadiləsi, təhsil, elm və digər fundamental sahələrdə inteqrasiyanı sürətləndirəcəkdir.

Bu baxımdan, ortaq əlifba vahid informasiya fəzası üçün çox vacib faktordur.

Türk dövlətləri və toplumlarına qarşı bir çox hallarda beynəlxalq səviyyədə müşahidə olunan ədalətsiz və qərəzli mövqe, çoxstandartlı yanaşma, hadisələri yalnız böyük dövlətlərin maraqlarından çıxış edərək qiymətləndirmə cəhdləri türk dünyasının səsinin beynəlxalq səviyyədə yetərincə eşidilməməsi, məlumat mübadiləsi sahəsində səylərin birləşdirilməsi və vahid informasiya fəzasının formalaşdırılmasını zəruri edir.

Türk dünyasında vahid informasiya fəzasının təmin olunması istiqamətində ən ciddi addım, şübhəsiz ki, Türk Şurası dövlət başçılarının zirvəsində irəli sürülən ortaq türk televiziya kanalının qurulması təşəbbüsü olmuşdu. Türk Şurası dövlət başçılarının 2014-cü Bodrumda keçirilən Zirvə toplantısında Qazaxsıtan prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin ortaq televiziyasının yaradılması təşəbbüsü ilə çıxış etmiş və bu məsələ sammitin yekun sənədində də öz əksini tapmışdı. Şuranın beşinci Zirvə Görüşü “Media və informasiya sahəsində əməkdaşlıq” adı altında Astana şəhərində keçirilmişdi. Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi üçün “ortaq türk televiziyası”nın yaradılmasının zəruriliyi bir daha qeyd edilmiş, bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün siyasi iradə ortaya qoyulmuşdu.

Türk Şurasının Qırğızıstanın Çolpan Ata şəhərində keçirilən son sammitində onun inteqrasiya üçün əsas faktorlardan biri kimi elmin inkişafı, elmi əlaqələrin dərinləşdirilməsini önə sürməsi, bu baxımdan Beynəlxalq Türk Akademiyasının rolunu yüksək qiymətləndirməsi diqqəti cəlb edirdi.

Bu il Nursultan Nazarbayev Cənubi Qazaxıstan vilayətinin tarixi adının bərpası istiqamətində vacib addım atdı və Türküstan anlayışını türk dünyasına yenidən qazandırdı. Fikrimizcə, Prezidentin bununla bağlı imzaladığı sərəncam Türküstan anlayışının milli yaddaşda dirçəlişinin rəmzi olmaqla bərabər, həm də bölgənin sosial və iqtisadi baxımdan dirçəlişinə təkan verəcək. Türküstan Çindən Avropaya uzanan nəqliyyat xətlərinin, Yeni İpək Yolunun üzərində olmaqla yanaşı, türk dünyasının mənməvi paytaxtı missiyasını da yenidən öz üzərinə götürmüş oldu. Təsadüfi deyil ki, N.Nazarbayev bu qərarı imzalayarkənonun tarixi əhəmiyyətini vurğulamış, Türküstan vilayətinin əsrlərdir Qazax xanlığının və bütün türk dünyasının siyasi, mənəvi həyatının başlıca mərkəzi olduğunu qeyd etmişdi.

SÜLH ELÇİSİ

Bəzən liderlər böyük siyasi bacarıq, təcrübə və liderlik keyfiyyəti ilə çox qısa zaman kəsiyində ölkənin gələcəyini və taleyini müəyyənləşdirəcək qərarlar vermək zərurəti duyurlar. Bu baxımdan N.Nazarbayev qlobal miqyasda örnək siyasi xadimlərdən biridir. Onun rəhbərliyi altında Qazaxıstan Avrasiya İttifaqı və Gömrük Birliyinin təsisçi üzvlərindən olmaqla yanaşı, digər ölkələrlə də bərabərhüquqlu tərəfdaş kimi münasibətlərini sürdürür. Ölkənin Avropa Birliyi ilə, ABŞ, Çin, Hindistan, İran kimi ölkələrlə, o cümlədən bütün qonşuları ilə əlaqələri qarşılıqlı etimada və sülhə əsaslanaraq davam edir. Çox vektorlu xarici siyasət, və xarici siyasətdə məşhur “Qonşularla sıfır problem” taktikası isə Qazaxıstan nümunəsində özünün ən ideal həllini tapıbdır.

Qazaxıstan müstəqilliyin başlanğıcından indiyədək ona birbaşa və ya dolayı yolla təsir edən münaqəşələrin “iştirakçısıdır”. Amma bu iştirakçılıq özündə “münaqişə tərəfi” elementini deyil, bütün hallarda böyük sülhə aparan ədalət axtarışı və vasitəçilik təşəbbüslərini birləşdirir. Missiyanın önündə gedən Prezident N.Nazarbayev Rusiya-Ukrayna konfliktində, Rusiya-Türkiyə böhranında, Suriya münaqişəsində vasitəçilik təşəbbüsləri ilə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədaləti müdafiə etməklə, “sülh elçisi” missiyasında böyük əzm və iradə ortaya qoyur.

Azərbaycan xalqı onun Ermənistan Gömrük İttifaqına daxil olarkən, Azərbaycanın ərazi bütövlüyü qorunması şərtini önə sürərək, növbəti dəfə ədaləti müdafiə etməsini məmnunluqla xatırlayır. Qazaxıstan Prezidenti deyirdi: “Əgər bütün ticari məsələlər həll olunarsa, onda Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində (Gömrük İttifaqına) daxil olursunuz”.

Əlbəttə, bu yanaşma Prezident Nursultan Nazarbayevin qətiyyətli və ədalətli mövqeyinin təzahürü kimi bütün türk dünyasının birliyini xarakterizə edən nümunəvi addım kimi yaddaşlara həkk olundu. Bununla o, beynəlxalq səviyyədə sülhün təmin olunmasında özünün böyük xidmətini göstərməklə yanaşı, liderliyini, dünyanı sülhlə idarə etməyin mümkünlüyünə inamını da nümayiş etdirdi.

Qazaxıstan Prezidentinin siyasət fəlsəfəsi kifayət qədər aydındır: formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sisteminin təməli harmoniya prinsiplərinə və ədalətə əsaslanmalı, dünya nüvəsizləşdirilməli, yeni iqtisadi sistem, millətlərin yeni birliyi təşkil edilməlidir. Qazaxıstanın 2 illik müddətə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti də Prezident N.Nazarbayevə dünya birliyinin etimadının göstəricisi oldu.

Çoxkültürlülük və multikulturalizmi ölkənin daxili və xarici siyasətinin prioritetlərindən elan etmiş Azərbaycan Prezidenti İlham Əliyevlə Prezident Nursultan Nazarbayevin mövqeləri və hadisələrə yanaşması tamamilə üst-üstə düşür. Hər iki ölkə sülh çağırışları edən humanitar və iqtisadi təşəbbüslərə dəstək verir və nüfuzlu qlobal forumlara ev sahibliyi edirlər. Hədəf isə bəllidir – elə edilməlidir ki, hər bir millətin mədəniyyətində mövcud olan ən yaxşı nümunələr bütün bəşəriyyətin ümumi sərvəti olsun. Belə olduqda, qarşılıqlı etimadsızlığa, dini və etnik diskriminasiyaya yer qalmayacaq.

Beləliklə, Qazaxıstan nümunəsi göstərir ki, müasir dünyada fövqəldövlət olmadan da mütərəqqi ideyaların bayraqdarı olmaq, düynanın diqqətini cəlb etmək, sülh və ədaləti təmin etmək və ümumbəşəri problemlərin həllinə dəstək vermək mümkündür.
Prezident Nursultan Nazarbayevin rəhbərliyində Qazaxıstanın uğurlarının və Elbaşının böyük sülh missiyasının ən yüksək mükafatı isə qazax xalqının və dünya ictimaiyyətinin ona yüksək etimadıdır.

P.S. Bu məqalə Qazaxıstan Prezidentinin yeni – “Böyük Çölün yeddi özəlliyi” məqaləsindən əvvəl qələmə alındığından proqram xarakterli həmin məqalədə əks olunan müddəaların təhlilinə yer verilməyib.

Füzuli Məcidli,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, TWESCO-nun əməkdaşı
________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi