Qarabag Media
Haqqımızda Əlaqə

Ataların səhvi


Tarix:27-11-2018, 15:40 Kateqoriya:Manşet / Yazarlar

Ataların səhvi

Çağın insanı irəli durmamış atalar sözləri özü-özünü inkar etməyə başlayır

Polyak rejissor Kşiştof Kieslovskinin televiziya üçün çəkdiyi “Dekaloq” adlı silsilə filmləri var. Hər film Musa peyğəmbərin məşhur on hökmündən birinə aid edilib və az qala bütün dünyanın ehkam kimi qəbul etdiyi hökmlər modern insanın həyatında yenidən dəyərləndirilir.

Rejissor demək istəyir ki, misal üçün, “Öldürmə!” söyləmək asandır. Dünyada heç bir normal adam əksini söyləməz, lakin həyatın elə məqamları olur, hər kəs məhz “Öldür!” əmrini verə bilir.

“Dekaloq” hardasa, necəsə Trierin “Dogvill”i ilə səsləşir. Tamaşaçı birdən-birə filmin baş qəhrəmanının qanqster atasına qoşulub bütün qəsəbəni uşaqlı-böyüklü, itli-pişikli qırıb-çatmaq qərarı verir.

Deməyim nədir; hər şey və hər kəs zamanın tələblərinə uyğun yenidən dəyərləndirilə bilər və bu, əslində belə də olmalıdır.

Bizim də bəzi filmlərimizdə bu ideya zəif də olsa keçir, ancaq daha çox toplumun sovet məfkurəsinə uyğunlaşdırılması istiqaməti müşahidə olunur. Ona görə, bu mövzuda adı gedən filmlərlə müqayisə üçün konkret nəsə tapıb deyə bilmirəm.

Yenidən dəyərləndirməyə məruz qalan ən ciddi nüanslardan biri də hökm şəklində deyilən fikirlərdir. Çağımızın böyük alimi və yazarı olmuş Umberto Eko deyirdi ki, imkanım olsa, bütün fikirlərimin qarşısına “Bəlkə” sözünü əlavə edərdim. Belə bir düşüncə ilə eyni dövrdə hökmlər vermək, ehkamlar elan etmək bir az da gülməlidir.

Misal üçün, “Ot kökü üstə bitər” deyirik. Doğrudurmu? Ot başqa harda bitə bilər ki? Doğrudur! Hətta dərindən fikir versək, o qədər doğrudur ki, bunu deməyə ehtiyac qalmır. Bəs, nə dərəcədə ehkamdır? Heç bir dərəcədə. Çünki yaxşı valideynə layiq olan övlad haqqında deyilən bu söz yaxşı valideynə layiq olmayan övlad haqqında özünün tamam əks mənasında işlədilir: “Oddan kül törəyər”.

Beləliklə, çağın insanı irəli durmamış atalar sözləri özü-özünü inkar etməyə başlayır. Demək, ehkamlar yox, situasiyalar daha çox haqlıdır.

Didaktika ilə dolu şeirlərimiz də bu gün öz funksionallığını itirib və demək olar, heç bir işə yaramır. Siz hər hansı şeirdə qeyd olunan nəsihəti eşidib onu həyatına tətbiq edən adam gördünüzmü? Belə bir adam görsək, ona qəribə baxarıq. Bir az da başdan o söz hesab edərik. Çünki zamanın xarakteri fərqlidir.

Əlbəttə, insanın həqiqətə münasibəti dəyişə bilməz. Əsl insan onu anlamalı, başa düşməli, qəbul etməli, yeri gələndə anlada da bilməlidir. Sadəcə bir incə məqam var ki, həqiqət özü situasiyalara uyğun dəyişə bilir.

Ədəbiyyatda, ümumən sənətdə ən çox dəyişən, zamanını keçirən müəllifin müdrik pozasıdır. Yaradıcılıq müdriklikdən ayrılıb. Yazan-yaradan adam müdrik olsa belə müdriklik etməməli, yaxud özünü müdrikliyə qoymamalıdır.

Müəllif mətnindən kənar durmağı bacarmalıdır.

Sufist-panteist düşüncəmizdə maraqlı bir bənzətmə var.

Sual olunur: Tanrı dünyanın harasındadır?

Cavab verilir: Yağ südün harasındadırsa, orasında.

İlk baxışdan südün içində yağ yoxdur. Lakin yağ süddən əmələ gəlir. Demək, konkret heç bir yerində olmamaq şərti ilə hər yerindədir. Laməkanlıq da məkansızlıqdan çox hər yerdə olmaq anlamına gəlir.

Tanrı kainatın, yağ südün harasındadırsa müəllif əsərin orasındadır.

Heç bir yerində deyil, lakin hər yerindədir.

Zamana asanlıqla təslim olan və həyat situasiyaları qarşısında aciz qalan didaktik pozadan xilas olmağın yeganə yolu budur.

Şərif AĞAYAR
_________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ