Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyan seçkilərdə qalib gəlsə, erməni xalqını uydurma vədlərlə yedizdirəcək...


Tarix:26-11-2018, 13:59 Kateqoriya:Manşet / Siyasət

Paşinyan seçkilərdə qalib gəlsə, erməni xalqını uydurma vədlərlə yedizdirəcək...

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan əvvəlcədən dediyi kimi, növbədənkənar parlament seçkilərində hərtərəfli iştirakını təmin etmək üçün məzuniyyət götürdükdən sonra bu gündən etibarən təşviqat kampaniyasına start verib.

“Mənim addımım” blokunun qələbəsi üçün tərəfdarlarını yenidən küçələrə tökən Paşinyan Araqaçotn əyalətinin Talin şəhərindən seçkiqabağı təşviqat aksiyalarına başlayıb. Paşinyan daha sonra kampaniyanı Maralik və Gümrüdə davam etdirəcəklərini bildirib.

Lakin təşviqat kampaniyasında Paşinyanın çıxışını gülməli edən məqam onun deputatlara yox, özü üçün səs istəməsi olub. O, hətta pafoslu sözlərindən də geri qalmayıb: “Xalqın qərarı ilə baş nazir olacağam və xalq mənə etibar etdiyi müddətcə bu postda qalacağam. Əvvəllər sizin səs verdiklərinizin əvəzinə başqaları seçilirdi. Buna görə də Ermənistanda inqilab oldu”.

Paşinyan yenidən erməni xalqına vədlər verməyə başlayıb. Bu dəfə o, fantaziyalarında daha da irəli gedərək gələcəkdə məsuliyyətindən asanlıqla boyun qaçıra bilməyəcəyi çox utopik və Ermənistan reallıqları ilə ziddiyyət təşkil edən vədlər verib:

“2019-cu ildə Ermənistanda iqtisadi möcüzə olacaq. Əgər hər şey yaxşı getsə, onda 2019-cu ildə iqtisadi inkişafda ani sıçrayış gözlənilir, iqtisadiyyatımızın strukturu dəyişəcək. Kiçik sahibkarlıq vergilərdən tamamilə azad ediləcək. Həmçinin, taksi sürücüləri də vergilərdən azad olunacaqlar.”

Beləcə Paşinyan növbəti dəfə yalan vədlərlə xalqı aldatmağa və inandırmağa çalışır. Bir sözlə, Paşinyan yenə öz şousuna və xalqa yalan danışma kampaniyasına başladığını deyə bilərik.

Ehtiram Aşırlı, analitik












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ