Qarabag Media
Haqqımızda Əlaqə

“Yaqub istəsə belə, həmin vertolyotu deyilən yerdə vura bilməzdi...” - Faciə yerində olmuş polkovnik


Tarix:24-11-2018, 23:33 Kateqoriya:Manşet / Müsahibə

“Yaqub istəsə belə, həmin vertolyotu deyilən yerdə vura bilməzdi...” - Faciə yerində olmuş polkovnik

1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, istefada olan polkovnik Sadir Məmmədovla bu dəfə əsasən 20 Noyabr 1991-ci il Qarakənd-vertolyot faciəsi ətrafında söhbətləşdik.

Materialın əvvəlki hissəsini bu linkdən tapa bilərsiniz: “Ermənilər Rusiyada da şayiə yayırdılar ki, 20 noyabrda vertolyotu azərbaycanlılar vurub...”

“Polyaniçko dedi ki, indi yalnız Şuşa qalır... Sizin xalq niyə yatır?!..”

- Sadir müəllim, mərhum “Ala Yaqub”, yaxud “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevi tanıyırdınızmı?

- Əlbəttə, tanıyırdım. Müharibədən əvvəl o, qəbir daşları düzəltməklə məşğul idi.

- Bildiyiniz kimi, Azərbaycan siyasi meydanında tanınmış bir neçə şəxs vertolyotun guya Tamerlan Qarayevin göstərişi ilə “erməni vertolyotu” adıyla məhz “Ala Yaqub” tərəfindən vurulmasını iddia edirlər. Bu barədə nə deyə bilərsiz?

- Əvvəla, Tamerlan Qarayevin həmin prosesdə iştirakı haqqında söz-söhbəti növbəti bir cəfəngiyyat, kimlərinsə qərəzli, məqsədyönlü uydurması hesab edirəm. İkinci də, mərhum Yaqub Rzayev həmin vertolyotu haradan vura bilərdi. Yazığı o vaxtı da incitdilər, indi də ruhunu incidirlər. tamamilə ağ yalan, qurama, ağlasığmaz bir söhbətdir. Yaqubun dəstələrinin yerləşdiyi məkan Qarakənddən çox uzaqda, Ağdamın yaxınlığındakı, Əsgəran yolundakı Qarağacı qəbiristanlığının yanında idi. Verttolyot isə 18-20 km aralıda Xocavənd ərazisində vurulub...

- “Qatır Məmməd”in həmin istiqamətdə başqa dəstəsi var idimi?

- Xeyr, qətiyyən. O tərəflərdə Yaqubun heç bir dəstəsi yox idi. Qarakəndə Ağdamın ən yaxın kəndi Mərzili idi. Yolla gedəndə Mərzili solda qalırdi, irəli dağın döşü ilə Xocavəndin məşhur Çartaz kəndi istiqamətində 7-8 km getməli idin ki, Qarakəndə çıxasan... Bir daha deyirəm, Yaqub istəsə belə, həmin vertolyotu deyilən yerdə vura bilməzdi...

- Yadınızdadırsa, ilk dəfə Azərbaycanın rəsmi xəbərlərində də dedilər ki, guya vertolyot dumanlı havada dağa dəyib?..

- Bəli, yadımdadır. O da çox güman ki, ermənilər tərəfindən izi azdırmaq üçün qəsdən yayılmış informasiyaya əsaslamnırdı... Amma əvvəlcə dediyim kimi, mən özüm noyabrın 20-i saat 16:00 radələrində DİN-ə məlumat vermişəm ki, vertolyot vurulub. Həmin telefon danışığının yazısı da, çox güman ki, DİN-in növbətçi hissəsinin arxivində saxlanılır...
Nə isə qəhrəman dövlət xadimlərimiz, ziyalılarımız şəhid edildi. O vertolyotda... Rəhmətlik Tofiq müəllim, İsmət müəllim, Məhəmməd Əsədov... İsmət müəllim haqqında xeyli danışdıq... Rəhmətlik prokuror kimi erməni yaraqlılarına, terrorçularına qan uddururdu... General Məhəmməd Əsədov da Qarabağdakı erməni terrorçu bazalarının axırına çıxmışdı... Rəhmətlik “OMON”u bu işdən ötrü yaratmışdı. Buna Moskvadan icazə almaq üçün nə qədər əziyyət çəkdi. Rəhmətliklə çox ünsiyyətimiz olub. Qarabağ ərazisindəki çox işləri mənə tapşırırdı. O qədər zəhmli, şəxsiyyətli bir general idi ki, mən Xankəndində, Ağdamda kabunetdə oturub işləyəndə elə bilirdim, Məhəmməd Əsədov başımın üstündə dayanıb...

“Yaqub istəsə belə, həmin vertolyotu deyilən yerdə vura bilməzdi...” - Faciə yerində olmuş polkovnik- Sadir müəllim, yeri gəlmişkən, son illər müxtəlif qəzet və internet materiallarında belə bir versiyalar da səslənir ki, guya Azərbaycanın istintaq qrupu faciə yerinə gələnədək vertolyotun dağıntıları arasında qalmış müəyyən əşyalar qarət edilib. Məsələn, Məhəmməd Əsədovun, İsmət Qayıbovun üzərlərindəki tabel silahları, telejurnalist Alı Mustafayevin video-kamerasının qalıqları da tapılmayıb...

- Bilirsiz, o günün gərginliyini təsəvvür etmək çox çətindir. Mənim başım əsasən cəsədlərin toplanmasını təşkil etməyə qarışmışdı... Bu məsələləri prokurorluğun ekspertləri, eləcə də o zaman istintaq qrupunun rəhbəri olmuş Adil Ağayev dəqiq bilər....

- Bir yaddaşınızı eşələyin, bəlkə rəhmətliklərdən kiməsə məxsus hansısa əşya gözünüzə sataşıb?..
“Yaqub istəsə belə, həmin vertolyotu deyilən yerdə vura bilməzdi...” - Faciə yerində olmuş polkovnik

- Vallah, elə bir şey görmədim... Hə... Amma o yadımdadır ki, deyəsən, rəhmətlik Alı Mustafayevin yanındakı videokameranın futlyarı boş idi... Daha onu dəqiq deyə bilmərəm ki, kamera yanıb, vertolyot yerə düşəndə kənara atılıb, yoxsa... Ancaq belə bir epizod yadımda qalıb...

- Dediniz ki, Qarabağdakı Təşkilat Komitəsinin sədri olmuş, Azərbaycanın keçmiş 2-ci katibi V.Polyaniçko da sizinlə bərabər faciə yerində oldu. Onunla faciə barədə söhbətiniz oldumu? Axı Polyaniçko Kremlin ən məlumatlı adamlarından biri idi...

- Polyaniçkonun haqqında müxtəlif ziddiyyətli fikirlər səslənir, amma mən onu daim erməni separatçı və yaraqlılarına qarşı mübarizə aparan əqidəli bir sovet məmuru kimi görmüşdüm. Ermənilər onun özünə neçə dəfə qəsd etmişdilər... Bu barədə ayrıca geniş danışarıq... Vertolyot faciəsi vaxtı öncə dediyim kimi, Polyaniçko ertəsi gün noyabrın 21-də bizimlə bərabər faciə yerində oldu. Yadımdadır ki, o, bir az yuxarıda təpədə dayanıb tüstülənən vertolyot dağıntısına baxırdı. Onun fikrini öyrənmək üçün yaxınlaşıb soruşdum:”Viktor Petroviç, nə olacaq?”.

Polyaniçko təmkinlə cavab verdi: “Nə olacaq? İndi yalnız Şuşa qalır... Şuşa kimdə olacaqsa, o, udacaq. Sizin xalq niyə yatır?!..”

Söhbətləşdi: Sultan Laçın
Moderator.az










SON XƏBƏRLƏR
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb
Türkiyənin gerçək Polat Alemdarı: Abdulla Çatlı – “FM 30-31” sirrini bilənlər ölür
Terrorçu Mixail Avaqyanla bağlı Gürcüstana etirazlar davam edir- üç dildə məktub ünvanlandı
Deputatlar Baş nazirin qərarını anlamadılar: “Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?”
Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi
Tanınmış ilahiyyatçı Tural İrfan: "Zəlzələnin dəhşəti və ya dəhşətin zəlzələsi"
Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür - VİDEO
Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ olub
“Facebook”a bu gündən yeni funksiya gəlir
Acı həyat hekayəsi
Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər