Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan kinosu: Kadr və kadr!


Tarix:24-11-2018, 13:45 Kateqoriya:Manşet / Yazarlar

Azərbaycan kinosu: Kadr və kadr!

"Rasim Ocaqovun ölümü bağışlanmazdı, amma ölməyi Rasim Ocaqova bağışlamaq olar".

Rasim Ocaqov yaddaşımızın heç vaxt köhnəlməyən, “arxivləşməyən” hissəsində qorunan bir isimdir. Onun haqqında hamı danışa bilər: kənddəki çoban da, şəhərdəki həkim də, Moskvadakı məşhur kinoman da. Keçmişdəki "sovet ziyalısı"nın da, müstəqillik dönəminin postmodernistinin də - hamının axtardığı, dəyər verdiyi personadır. Çünki onu hamı sevir! Amma o kinonu sevirdi! Özü də iri plandakı kadrlarıyla.

İri planlı kadrların ustası elə özünü də kino tarximizin ən iri planlı kadrı kimi yaddaşlara yazdı. Dünya kinosundakı italyan neorealizminə Azərbaycan sovet kinosu ekranında həyat verən Rasim Ocaqov bizim müstəqillik dönəmimizdə də ötən əsrdə təşəkkül tapmış cərəyanla ümumi axında öz yerini qorudu.

Rasim Ocaqov 14 filmin operatoru, 70-ə yaxın filmin rejissoru olub. O, həm yaxşı operator, həm yaxşı rejissor olmaqla bərabər, həm də yaxşı oğul, ata, qayınata, baba idi, özü də heç vaxt unudulmayacaq ampluada!

Azərbaycan kinosunda xarizmatik obrazların təqdimatçısı idi, özü də xarizması olan sənətkar kimi yaddaşlara yazıldı. İncəsənətin digər qolları kimi, kino sahəsi də intriqa və dedi-qoduların əskik olmadığı bir meydan olsa da, fəqət Rasim Ocaqov bu irili-xırdalı "cəngəllik adətləri"ndən uzaqda idi. Damağından siqareti, ürəyindən insanlığa məhəbbət əskik olmadı. Həyat verdiyi obrazların humanizmi, dünyagörüşü, ruhi-psixoloji sarsıntıları hər bir tamaşaçını öz obrazını çəkməyə təkan verdi: onun kinolarından dünyaya boylanaraq, özləri həyatlarının obrazını yaradıb, öz filmlərini çəkiblər. Sevgi filmləri yox, sevilən filmləri çəkməklə sevilən rejissor təkcə ideya-bədii dəyərləriylə tamaşaçının qulaq yaddaşında deyil, həm də hər kadrı bir salnamə olan kompozisiyalarla göz yaddaşlarına həkk olunub.

Rasim Ocaqov hələ uzun müddət kinolentlər bir yana, canlı kadrlarda qalacaq, ən azından Şeyx Əbdül Mahmudbəyov, Rasim Balayev, Fəxrəddin Manafov, Hacı İsmayılov, Şəfiqə Məmmədova gözümüzün qabağında olduqca, biz həm Rasim Ocaqovu xatırlayacağıq... Filmlər isə bizə heç kimi unutmağa qoymayacaq. Həyat dolu bu filmlər həyatı anlamağa, yaşamağa vəsilə olacaq.

Ocaqov! - Həyatda da, kinoda da bəxti gətirən bir insan. O, hətta həyatda ən uğursuz insan olsaydı belə, yenə də Azərbaycanın ən uğurlu kadrı olacaqdı. Çünki həyata bu həyatın şəkillərini fotolentə çəkməklə başlamışdı - ailəsi üçün. Sonra həyatın şəkillərini kino lentinə çəkdi - Azərbaycan üçün və təkcə Azərbaycan üçün yox, həm də dünyanın altıda birini əhatələyən SSRİ üçün! Onda dünya SSRİ boydaydı və Rasim Ocaqov SSRİ boyda DÜNYA üçün çəkirdi, amma dünya boyda çəkirdi! Daha sonra Azərbaycan adına dünya üçün çəkməyə başladı, fəqət Azərbaycan dünya boyda böyüməyə təzəcə başlayırdı və bu dönəmdə ürəyi dayandı! Bax, bu anda adamın içindən hayqırmaq gəlir: ölsən, bağışlamayacağam!

Rasim Ocaqovun ölümü bağışlanmazdı, amma ölməyi Rasim Ocaqova bağışlamaq olar. O elə bir kadrdı ki, hər zaman kadrda olacaq - iri planda!

Noyabrın 22-si ad günüdü. 1933-cü ildə dünyaya gələn Rasim Ocaqov 2018-ci ilin 22 noyabrını da adlaya biləcək. İnanıram və inanmaq lazımdı ki, iki müharibəni - İkinci Cahan savaşını və Qarabağ müharibəsini adlayan Ocaqov üçüncü döyüşü də adlayacaq. O döyüşün adı yaddaşlara həkk olunmaqdı!

İnanıram və inanmaq lazımdı ki, nə olursa olsun, Azərbaycan xalqı yaddaşını - göz və düşüncə yaddaşını heç vaxt itirməyəcək. Bizim üçün vuruşan Rasim Ocaqovu yaşatmaq üçün biz vuruşacağıq! Bu bizim "rejissor" kimi borcumuzdur. Ən yaxşı operator kimi kinoya gəlib ən yaxşı rejissor kimi bu dünyanı bizə buraxan Rasim Ocaqovun ən yaxşı tamaşaçıları olaraq biz bunu etməliyik! Özü demişkən, "əgər... onda mən kino çəkməmişəm ki!"

Dostlarının hamısının hörmətlə "Ocaqov" çağırdığı Rasim müəllim haqqında hər dəfə deyilən fikir son söz kimi qəbul olunsa da, hər dəfə Onun haqqında danışmağa başlayanda 1933-cü ilin 22 noyabrı başlanğıc olacaq və bu tarix bitməz! Hər zaman üçün anasının istəklərini üstün tutan Oğul xatırlanacaq. Hər zaman üçün kürəkənini Oğul qədər istəyən qayınata xatırlanacaq. Hər zaman üçün heç kimin diqtəsini nəzərə almayıb, aktyoru çəkiliş meydançasında "eşşək sudan gələnəcən" işlətsə də, eyni zamanda aktyor üçün Ata qədər qayğı göstərən Kişi kimi Oğul xatırlanacaq!

Hər zaman... hər bir situasiyada... hər bir kadrda!

Anar Yusifoğlu











SON XƏBƏRLƏR
Xalq, millət, yoxsa cəmiyyət? - Bir qarışıqlığın dumanında
“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
Vladimir Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib
Qaregin Njde məsələsi Ankarada müzakirə olundu
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Nazir müavinindən məktəb direktorlarına XƏBƏRDARLIQ
Çovdarda 100 min ağac tingi yetişdiriləcək
"Haqq mənəm" tamaşasının premyerası olub
Onun üçün...
Prezident Naxçıvana 41.6 milyon manat ayırdı
Hyundai Azərbaycana yeni subkompakt kreossover gətirəcək
"AzFinance İnvestisiya Şirkəti"ndə yeni direktor
Bakıda erməni dili kursları açılır
AĞLAGƏLMƏZ YENİLİK: artıq görüntülü danışdığınız adama toxuna biləcəksiniz
UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib
Hicran Hüseynova: “Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”
XİN-dən Ata Abdullayevlə bağlı - AÇIQLAMA
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
Azərbaycan millisi FİFA reytinqində Mozambikdən də geri düşəcək
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Ankarada Xocalı abidələrini ziyarət edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
BDU-nun ölən tələbəsinin fotosu yayıldı
ABŞ-dan S-400-lə bağlı Türkiyəyə növbəti təhdid
Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO
“XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTOLAR