“Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aktyor Novruz Novruzlu vəfat edib.
Karabakhmedia.az xəbər verir ki, o, 58 yaşında ürəktutmasından dünyasını dəyişib.Xatırldaq ki, Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib.
Novruz Novruzlu, həmçinin Akademik Opera və Balet Teatrının solisti olub. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.
Allah rəhmət eləsin!
Karabakhmedia.az