Qarabag Media
Haqqımızda Əlaqə

"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama


Tarix:19-11-2018, 23:30 Kateqoriya:Manşet / Gündəm

"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama

“Müşfiq Mircəfər Bağırovun yaşadığı, indi isə İncəsənət Muzeyi yerləşən binanın zirzəmisində divara diri-diri hörülüb”.

Karabakhmedia.az-ın verdiyi xəbərə görə bu sözləri tarixçi Ədalət Tahirzadə özünün Facebook səhifəsində yazıb.

Statusu təqdim edirik: "Mən 31 oktyabrda feysbuk səhifəmdə yazmışdım ki, ciddi bir dövlət qulluqçusundan Mikayıl Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü eşitmişəm və qoy dövlət orqanları bunu araşdırsın. Bu xəbəri bir sıra saytlar da yaydı və topluma bəlli oldu, ancaq aradan 8 gün keçsə də dövlət orqanları heç bir reaksiya vermədi".

8 noyabrda isə feysbuk səhifəmdə bunları yazdım:

“Mən bu məlumatı çox ciddi bir dövlət işçisindən 2003-cü ilin aprelində onun kabinetində eşitmişəm. Həmin şəxs Müşfiqin repressiyadan sonrakı həyatını öyrənməyə Azərbaycanda, məncə, ən çox əmək sərf etmiş adamdır. O, sənədlərdə müəllim Müşfiqin pəncərəni örtdürməsindən sonra müfəttişin yazdığı raportu və Stalinin büstünün başını şillələdikdən sonra Azərnəşr işçisinin yazdığı raportu şəxsən oxuduğunu və bir çox başqa mətləbləri dedikdən sonra əlavə etmişdi ki, mən Müşfiqin meyitinin boynuna tros keçirilib ayağına daş bağlanaraq Nargin adası yaxınlığında dənizə atıldığını düşünürdüm, çünki o, Stalinin büstünün boynuna tros keçiriləcəyini demişdi. Buna görə də mən gəmi kirələdim, dalğıclar tutdum, Müşfiqin meyitinin dənizə atılmasında iştirak etdiyi söylənilən bir tatarı və sonralar Üzeyir bəyin ev muzeyinin direktoru olmuş Ramazan Xəlilovu da özümlə götürdüm. Dalğıclar bir neçə dəfə dənizin dibinə ensələr də nəticəsiz oldu. Əliboş geri qayıdarkən yolda birinci tatar mənə dedi ki, Müşfiqi lazımi yerdə axtarmırsan. O, mənə dedi ki, bildiyimə görə, Müşfiqi şəhərdə məşhur bir binanın zirzəmisinin aşağıdan 3-cü qatında divara diri-diri hörüblər.

Bu əhvalatı mənə söyləyən dövlət işçisi 2003-ün aprelində bildirmişdi ki, mən tatarın dediyi həmin binanın zirzəmisinin o qatında oldum. Çox havasız və kəsif iyli bir yer idi. Ancaq divarda axtarış aparmağa mənim səlahiyyətim çatmırdı, buna görə də işim yarımçıq qaldı...

...Əlavə bir həftə də gözləyəcəyəm. Gələn həftənin sonunadək dövlət orqanlarından yenə bir səs-səmir çıxmasa həmin zirzəminin hansı binada olduğunu açıqlayacağam.

Mən Müşfiqin divara diri-diri hörülməsi versiyasının doğru olduğu iddiasında deyiləm (və bunun gerçək olmamasını ürəkdən arzulayıram!), ancaq deyilənin doğru olmaq ehtimalı da var axı! Qoy dövlət orqanları heç bir hay-küyə imkan vermədən bunu yoxlayıb fikir bildirsin. Mənim istədiyim yalnız budur! Danışmaq xatirinə danışmaq, sensasiya dalınca qaçmaq mənə yaraşmaz.

Bunu da bildirim ki, birtərəfli şəkildə – yalnız milyarderin dediyi əsas götürülərək, başqa fikirlər qulaq ardına vurularaq Müşfiqin olduğu söylənilən sümüklər üzərində məzar hazırlanacaqsa Mircəfər Bağırov üçün düzəldilmiş yalançı məzardan sonra bu, ikinci o cür məzar olacaq, sonra isə repressiya edilmişlərin Azərbaycandakı saxta məzarları göbələk kimi çoxalacaq, məsuliyyət də dövlətin üzərinə düşəcək. Bunu isə sıradan bir vətəndaş olaraq əsla arzulamıram”.

Bu yazıdan da 11 gün ötdü və yenə heç bir rəsmi şəxs reaksiya vermədi. Qoy heç nə eşitmirlər kimi sussunlar. 20 gündə səsi çıxmayanların bundan sonra hərəkətə keçəcəklərinə daha inanmıram. Ancaq vicdanımı sakitləşdirmək üçün topluma gerçəyi söyləməyi özümə borc bilirəm.

Yuxarıda sözü keçən bina Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovun yaşadığı, indi isə İncəsənət Muzeyi yerləşən binadır. Müşfiqin həmin binanın zirzəmisinin aşağıdan 3-cü mərtəbəsində divara hörüldüyü deyilir".
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama

"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı
Prezident 2 sərəncam, 2 fərman imzaladı
Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi
İranda Azərbaycan bayrağını erməni bayrağının altından asanlara GÖZ DAĞI – VİDEO
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - FOTOLAR
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Cənub Qaz Dəhlizi"nə hansı ölkələr qoşula bilər - professor açıqladı
Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"
Bəylikdən qaçaqçılığa-qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid
"Laçın" tankeri suya buraxıldı - VİDEO
Erməni nazir Qarabağda hərbi əməliyyatların bərpa olunmamasının səbəbindən danışdı
Soydaşımız Niderland mediasında Xocalıdan yazdı
"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib" - Komitə sədri
“SSRİ-ni belə dağıtdılar” – Putin “Amerika tələsi”ndə/Şərh
Qızını erməniyə ərə verən Ağadadaş Kərimov çeçenlərlə görüşdən qovuldu - VİDEO
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Zabratda evi yanan köçkünlərə ev verəcək
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi
Saakaşvilidən İvanişviliyə mesaj:"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb"
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" - Elnur Eltürk
İsrail Şərqi Qüdsdə 464 qanunsuz yaşayış binası inşa edəcək
Rəsulzadə haqqında unudulmuş xatirə
Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Lavrov: "Həmsədrlər yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər"
Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"
Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq
Ermənilər Xocavənddə azərbaycanlıları girov apararkən çəkilmiş görüntülər — VİDEO