Qarabag Media
Haqqımızda Əlaqə

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR


Tarix:19-11-2018, 13:35 Kateqoriya:Manşet / Gündəm

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli ilə görüşüb.

Bu haqda Karabakhmedia.az-a Komitədən bildirilib.

Dövlət Komitəsinin sədri qonağa hələ də öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadları barədə məlumat verib. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız respublikanın müxtəlif bölgələrində məskunlaşıb, ağır məhrumiyyətlərə düçar olublar. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsinin icra edilməməsi onların öz evlərinə, yurd yerlərinə qayıtmasını əngəlləyir.

Bununla yanaşı, Minsk Konfransına sədrlik etdiyi dövrdə cənab Mario Rafaelli tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlər razılıq hissi ilə xatırlanıb. Onun atəşin dayandırılması təklifini irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni hazırladığı qeyd edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində İtaliyanın göstərdiyi səylər müsbət qiymətləndirilib.

Azərbaycanda məcburi köçkün probleminin həlli ilə bağlı həyata keçirlən tədbirlər haqqında qonağa məlumat verən komitə sədri bu sahədə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasət apardığını, müharibədən zərər çəkən insanlara zəruri dövlət qayğısı göstərildiyini bildirib. Qeyd olunub ki, onların sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı layihələr icra olunur. Əsasən zirzəmilərdən və qəzalı vəziyyətdə olan tikililərdə müvəqqəti məskunlaşmış yüzlərlə ailə bu il yeni mənzillərə köçürülüb və məcburi köçkünlər üçün yaşayış komplekslərinin inşası davam etdirilir.

Didərginlik həyatı yaşayan həmvətənlərimizin öz doğma yurdlarına qayıtmaq istəyinin və əzminin Cəbrayıl rayonunun iki il əvvəl işğaldan azad edilmiş və Azərbaycan dövləti tərəfindən bərpa olunmuş Cocuq Mərcanlı kəndinin timsalında özünü aydın şəkildə göstərdiyi diqqətə çatdırılıb. Kəndə qayıtmış yerli sakinlərin hazırda burada rahatlıqla yaşadığı, onların məşğulluğu üçün layihələr ica edildiyi vurğulanıb.

Mario Raffaelli səmimi görüşə və məcburi köçkünlərin vəziyyəti ilə bağlı verilən ətraflı məlumata görə təşəkkürünü bildirib, münaqişənin nizamlanması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov görüşdə iştirak edib.

Sonra italiyalı diplomat Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olub, burada müvəqqəti məskunlaşmış sakinlərlə görüşüb.
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR

Karabakhmedia.az
___________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi