Qarabag Media
Haqqımızda Əlaqə

Gələcək rektora müraciət


Tarix:17-11-2018, 00:30 Kateqoriya:Manşet / Yazarlar

Gələcək rektora müraciətPrezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edildi.

Abel müəllimin rektorluk fəaliyyəti uzun müddət davam etdiyi üçün bunu dəyərləndirmək imkanlarımız xaricindədir. Bu, təhsil ekspertlərinin qarşıdakı günlərdə qiymətləndirəcəyi mövzudur. Bizi düşündürən, artıq həyata keçməsini istədiyimiz məsələ başqadır.

Mən Bakı Dövlət Universitetinə 2003-cü ildə daxil olmuşam. Politologiya ixtisası üzrə 4 il bakalavr, sosial iş ixtisası üzrə iki il magistr təhsili almışam. Yəni 6 il ərzində mütəmadi universitetdə olmuşam, hər gün girişdəki qara daşla üz-üzə gəlmişəm...

Əlimizdən gələn tək şey o daşın yanında şəkil çəkdirmək, məsələni yazılarımızda, sosial şəbəkədəki paylaşımlarımızda qeyd etmək olub.

2003-cü ildə öyrəndik ki, həmin daş 1992-ci ildən oradadır, indiyədək minlərlə tələbə o daşa kədərlə baxıb, başını aşağı salaraq yanından ötüb.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəyə heykəl qoyulması ilə bağlı bu daş aradan ötən 26 il ərzində həllini tapmayıb, bununla bağlı hər hansı bir cəhd də edilməyib. Kukla teatrı ilə üzbəüz bağda olan eyni mahiyyətli daş daha sonra götürülsə də, BDU-nun girişindəki daş indiyədək mövcuddur, həlli sanki tilsimlənib.

Bu baxımdan bu tilsimi sındırmaq üçün BDU-ya təyin olunacaq, hələ ki kim olduğunu bilmədiyimiz gələcək rektora müraciət etmək istəyirəm.
Hörmətli, cənab (xanım)!
Əvvəlcə, icazə verin ki, Sizin də bildiyiniz BDU-nun yaradılması ilə bağlı bəzi tarixi faktları diqqətinizə çatdırım.

Bilirsiniz ki, Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə başda olmaqla dövlət adamlarının ümumi səyləri nəticəsində 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. 8 aprel 1919-cu ildə hökumət xalq maarif nazirinə tapşırdı ki, 1919-1920-ci dərs ilinin başlanğıcından Bakıda universitet açsın, bundan ötrü 10 milyon manatı aşmamaqla smeta tərtib etsin, universitetə Kommersiya Məktəbinin (indiki Pedaqoji Universitetin) binası verilsin. Məsələnin müzakirəsi Parlamentdə keçirildi. Çoxaylıq gərgin müzakirələrdən sonra 1 sentyabr 1919-cu ildə o, Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdi.

Qanundan aydınlaşır ki, Universitetin 4 fakültəsi (Şərq bölməsi ilə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) olacaq, ştat və smetası 1 sentyabr 1919-cu ildən hələlik 1 il üçün təsdiqlənir. BDU-nun idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə Parlamentdə üç ay çəkən müzakirələrdən sonra – 1919-cu ilin 29 sentyabrında qəbul edildi. (Bu sənədi Parlament sədrinin birinci müavini Həsən bəy Ağayev hazırlamışdı).

Nizamnamədə Universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi. 9-cu maddədə qeyd olunur ki, Universitetin istər tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlar da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər. 10 noyabr 1919-cu ildə Universitet Şurasının ilk iclasında professorların və başqa akademik heyətin tərkibi təsdiq edildi. Universitetin rektoru görkəmli rus alimi professor V.İ.Razumovski seçildi.

Hələlik iki fakültəsi olan Bakı Dövlət Universitetində mühazirələr 15 noyabr 1919-cu ildən başlandı. Cümhuriyyətin görkəmli dövlət xadimləri Məhəmmədəmin Rəsulzadə və Rəşid xan Qaplanov Türk ədəbiyyatı tarixi üzrə ilk müəllimlər oldular.

Yəni 99 il öncə, 15 noyabr tarixində Məhəmmədəmin Rəsulzadə - Azərbaycan Cümhuriyyətinin qurucusu BDU-da dərs deyib. Bu baxımdan cənab Prezident tərəfindən təyinatınızdan sonra Sizdən qara daşın abidəyə çevirmənizi bir cümhuriyyət tədqiqatçısı, BDU tələbəsi kimi xahiş edirəm. Bunu həyata keçirsəniz, əmin olun ki, indiyədək BDU-da təhsil almış 10 minlərlə tələbənin dəstəyini, təşəkkürünü qazanacaqsınız.

Talenin bu tarixi fürsəti Sizin rektorluğunuz dönəminə yazdığına inanıram...
BDU tələbələrinin, BDU məzunlarının və Azərbaycan vətəndaşlarının bu arzusunu həyata keçirəcəyinizə inandığıma görə indidən Sizə minnətdaram!/teleqraaf.com/

Müəllif: Dilqəm Əhməd










SON XƏBƏRLƏR
Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı
Prezident 2 sərəncam, 2 fərman imzaladı
Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi
İranda Azərbaycan bayrağını erməni bayrağının altından asanlara GÖZ DAĞI – VİDEO
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - FOTOLAR
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Cənub Qaz Dəhlizi"nə hansı ölkələr qoşula bilər - professor açıqladı
Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"
Bəylikdən qaçaqçılığa-qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid
"Laçın" tankeri suya buraxıldı - VİDEO
Erməni nazir Qarabağda hərbi əməliyyatların bərpa olunmamasının səbəbindən danışdı
Soydaşımız Niderland mediasında Xocalıdan yazdı
"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib" - Komitə sədri
“SSRİ-ni belə dağıtdılar” – Putin “Amerika tələsi”ndə/Şərh
Qızını erməniyə ərə verən Ağadadaş Kərimov çeçenlərlə görüşdən qovuldu - VİDEO
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Zabratda evi yanan köçkünlərə ev verəcək
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi
Saakaşvilidən İvanişviliyə mesaj:"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb"
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" - Elnur Eltürk
İsrail Şərqi Qüdsdə 464 qanunsuz yaşayış binası inşa edəcək
Rəsulzadə haqqında unudulmuş xatirə
Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Lavrov: "Həmsədrlər yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər"
Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"
Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq
Ermənilər Xocavənddə azərbaycanlıları girov apararkən çəkilmiş görüntülər — VİDEO