Qarabag Media
Haqqımızda Əlaqə

Ukraynada polis rəisi olan azərbaycanlı xanım


Tarix:13-11-2018, 00:14 Kateqoriya:Manşet / Cəmiyyət

Ukraynada polis rəisi olan azərbaycanlı xanım

Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir. Krivoy Roq şəhərində doğulub boya-başa çatan polis kapitanı Karina Məmməd qızı Əliyevanın Azərbaycan sevgisi, vətənpərvərliyi soydaşlarımızın dilindən düşmür.

Qırmızı diplom və zəngin iş fəaliyyəti

O, 1985-ci ildə Krivoy Roq şəhərində anadan olub. Atası azərbaycanlı, anası ukraynalıdır. 2003-cü ildə bu şəhərdə liseyi bitirib, 2008-ci ildə isə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib. 2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb. 2014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.

Uşaqlıq arzusunu gerçəkləşdirən polis soydaşımız

Karina Əliyeva deyir ki, daxili işlər orqanlarında çalışmaq onun uşaqlıq arzusu olub: “Ona görə də polis orqanlarında istədiyim hədəfə çatmaq üçün həvəslə işləyirəm. Öz peşəmi çox sevirəm. Mülki əhali arasında polisə inam və etimadı artırmaq üçün bütün bacarığımdan istifadə edirəm”.

O bildirir ki, polis geyimində, çiynində poqon gəzdirən qadın olmaq gözəl bir duyğudur. Bu, ətrafdakı insanlara da xoş təsir bağışlayır. Polis qadın soydaşımız vətəndaşlarla ünsiyyətdə səmimi, nəzakətli davranışımla seçilməyə çalışır.

O, ürəyində Azərbaycan sevgisi gəzdirir

Ukraynada yaşayan soydaşlarımız Karina Əliyevanın onlara həssas münasibətindən, vətənpərvərliyindən ağızdolusu danışırlar. Bu barədə söz düşəndə deyir: “Bu yerlərdə böyüyüb boya-başa çatmasam da, Azərbaycanın hər bir guşəsi mənim üçün doğma və əzizdir”. Bizimlə söhbət zamanı da qeyd etdi ki, ürəyində hər zaman Azərbaycan sevgisi gəzdirir. Təkcə bacarıqlı polis işçisi kimi yox, həm də vətənpərvər bir şəxs kimi tanınmaq vacibdir. (AzərTAc)

Karabakhmedia.az
________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb
Türkiyənin gerçək Polat Alemdarı: Abdulla Çatlı – “FM 30-31” sirrini bilənlər ölür
Terrorçu Mixail Avaqyanla bağlı Gürcüstana etirazlar davam edir- üç dildə məktub ünvanlandı
Deputatlar Baş nazirin qərarını anlamadılar: “Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?”
Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi
Tanınmış ilahiyyatçı Tural İrfan: "Zəlzələnin dəhşəti və ya dəhşətin zəlzələsi"
Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür - VİDEO
Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ olub
“Facebook”a bu gündən yeni funksiya gəlir
Acı həyat hekayəsi
Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər