Qarabag Media
Haqqımızda Əlaqə

Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ


Tarix:12-11-2018, 23:00 Kateqoriya:Manşet / Cəmiyyət

Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 20 A ünvanında yerləşən binada yaşayan yerli sakinlər və məcburi köçkünlər Karabakhmedia.az saytı vasitəsi ilə Bakı “Lift-təmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova və həmin idarənin Xətai rayonunda yerləşən 3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Dadaş Nəbiyevə minnətdarlıq məktubu ünvanlayıblar. Məktubda deyilir:

“1990-cı ildə istifadəyə verilmiş 3 blokdan ibarət 16 mərtəbəli binamızda hazırda 128 ailə, yaxud 650 sakin yaşayır. Bina istismara verilən gündən hər blokda iki - böyük və kiçik lift olub. Təəssüf ki, 1990-ci ildən bəri binamızdakı böyük liftlər bir gün, bir saat olsun, işləməyib. Bakı “Lift-təmir” İB-nin əvvəlki rəhbərliyinə dəfələrlə həmin liftlərin bərpası üçün müraciət edilsə də, heç bir tədbir görülmədi. Əksinə, son 5-10 il ərzində liiftləri düzəltmək əvəzinə, olan-qalan ehtiyat hissələrini də söküb apardılar.

Səhər və axşam saatlarında - sakinlərin işə gedib-gəldiyi vaxtlarda kiçik liftlər qarşısında növbələr yaranır, bəzən heç həmin liftlər də işləmirdi. Bu səbəbdən sakinlər, xüsusilə, ahıl, əlil və xəstələr, qadınlar böyük əziyyət çəkirdi. Bəzən yaşlı, xəstə, əlil insanlar günlərlə, aylarla həyətə, təmiz havaya çıxmaq imkanından məhrum qalırdı.

Sözügedən idarədə kadr dəyişikliyindən sonra sakinlər adından liftlərimizin bərpası xahişi ilə Baki “Lift-təmir” İB-nin direktoru Xalid Ələkbərova müraciət etdik. Müraciətimizdən qısa müddət sonra Xalid müəllimin müavini Şahin Hüseynov, Xətai rayonunda yerləşən “Lift-təmir” İB-nin 3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Dadaş Nəbiyevin bilavasitə rəhbərliyi atında idarə əməkdaşları cəmi iki həftə ərzində binamızdakı həm böyük, həm də kişik liftləri yüksək səviyyədə bərpa və təmir edərək sakinlərin istifadəsinə verdilər. Doğrusu, heç gözləmirdik ki, sovet dövründən bəri dağılmış, ehtiyat hissələri çətin tapılan liftlər belə qısa müddətdə bərpa edilə bilər.

Binada yaşayan yerli sakinlər və məcburi köçkünlər Xalid Ələkbərov başda olmaqla Bakı “Lift-təmir” İB-nin rəhbərliyinə və idarənin mühəndis, fəhlə kollektivlərinə dərin minnətdarlığını bildirir, bundan sonra da paytaxt əhalisinin rifahı naminə görəcəyi işlərdə yeni uğurlar diləyirik. Qısa müddətdə 28 ildir işləməyən liftlərimizi bərpa etməklə siz binamızdakı neçə-neçə əlil, ahıl, xəstə insanın duasını qazanaraq bəlkə də Allah dərgahında Həcc ziyarəti yerinə yetirməyə bərabər bir əməl icra etdiniz...”

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb
Türkiyənin gerçək Polat Alemdarı: Abdulla Çatlı – “FM 30-31” sirrini bilənlər ölür
Terrorçu Mixail Avaqyanla bağlı Gürcüstana etirazlar davam edir- üç dildə məktub ünvanlandı
Deputatlar Baş nazirin qərarını anlamadılar: “Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?”
Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi
Tanınmış ilahiyyatçı Tural İrfan: "Zəlzələnin dəhşəti və ya dəhşətin zəlzələsi"
Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür - VİDEO
Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ olub
“Facebook”a bu gündən yeni funksiya gəlir
Acı həyat hekayəsi
Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər