Qarabag Media
Haqqımızda Əlaqə

Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq


Tarix:9-11-2018, 14:54 Kateqoriya:Manşet / İdman

Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq

Sevindirici haldır ki, Azərbaycan dünyanın ən son texnoloji yeniliklərinin nümayiş olunduğu məkana çevrilib. Məşhur “Robot Sofiya”dan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə dünyanın ən sürətli qapıçısı “Robokiper” ölkəmizə gətiriləcək.

Karabakhmedia.az-ın məlumatına görə, “Robokiper” cari ilin dekabr ayının 4-7-də “Azercell Telekom MMC”-nin baş sponsorluğu ilə baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında təqdim olunacaq.

“Robokiper” dünyanın ən bacarıqlı və sürətli qapıçısı hesab edilir. Alman alimlərinin bu ixtirası ultra-modern və unikal texnologiyaya əsaslanır. Buna görə də “Robokiper”ə qol vurmaq demək olar ki, mümkün deyil. Topa nə qədər sürətlə zərbə vurulsa da, “ağıllı qapıçı” həmin topu geri qaytarır, qapıdan keçməsinə imkan vermir. Mürəkkəb texnologiya qapıçının zərbəyə dərhal reaksiya verməsinə imkan yaradır. Dünyanın ən məşhur futbol komandalarının üzvləri “ağıllı qapıçı” ilə duelə çıxıb uduzublar. Hətta Messi, Neymar, Ronaldinyo kimi futbol ulduzları da “Robokiper”ə qol vura bilməyiblər.

İndi isə Azərbaycan klublarının tanınmış futbolçuları “Robokiper”ə qol vurmağa çalışacaqlar. Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, həmçinin “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan digər futbolçular “Robokiper”lə yarışacaqlar.

Azərbaycanlı futbolçularla yanaşı, sərginin iştirakçılarına da “Robokiper”lə yarışmaq təklif olunacaq. “Bakutel 2018” sərgisinin qonaqları və iştirakçıları bu bacarıqlı qapıçıya top vurmaqla güclərini sınaya bilərlər.

Sərgi zamanı “Robokiper”ə qalib gələnlər isə hədiyyə qazanacaqlar. Sərginin baş sponsoru Azercell şirkəti hər qol vuran oyun iştirakçısına 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr təqdim edəcək.

Bu maraqlı əyləncədə hər kəs – qadın və uşaqlar da daxil olmaqla istənilən şəxs iştirak edə bilər. “Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının fərqi yoxdur. Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” hər yerdə maraqla qarşılanır, insanlar “ağıllı qapıçı”ya qalib gəlmək üçün növbəyə dayanırlar.

Xatırladaq ki, gələn il mayın 29-da Olimpiya stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək. Məhz bu ərəfədə “Robokiper” texnologiyasının Bakıda nümayiş olunması gənclər arasında idmana, xüsusilə də futbola marağın artırılması məqsədinə xidmət edəcək.

“Azercell Telekom” MMC artıq 24-cü dəfədir ki, keçirilən “Bakutel” sərgisinin ən aktiv iştirakçısı və baş sponsorudur. Şirkət müxtəlif texnoloji yenilikləri ilk dəfə olaraq məhz “Bakutel” sərgisində nümayiş etdirib.

Hər il “Bakutel”də məhz Azercell-in stendi sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət tərəfindən “Bakutel” sərgisində canlı yayınlar, hədiyyəli oyun və viktorinalar, əyləncələr təşkil olunub.

Bu il də “Bakutel” sərgisində İKT sahəsinin ən qabaqcıl texnologiyaları nümayiş etdiriləcək, yeni biznes əlaqələrinin yaradılması üçün platforma ortaya qoyulacaq. Sərgi iştirakçıları isə maraqlı və əyləncəli vaxt keçirəcəklər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ