Qarabag Media
Haqqımızda Əlaqə

Praqada “Könlüm keçir Qarabağdan” adlı konsert keçirildi - FOTOLAR


Tarix:31-10-2018, 22:41 Kateqoriya:Manşet / Qarabağ / Mədəniyyət

Praqada “Könlüm keçir Qarabağdan” adlı konsert keçirildi - FOTOLAR

Praqada "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təşkil olunub.

Azərbaycanın Çexiyadakı səfirliyinin, ölkəmizin Karlovı Varı şəhərindəki fəxri konsulluğunun və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Praqadakı “President” otelində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.

Konsertdə Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Qarabağ məktəbinin Azərbaycanın mədəniyyətindəki, musiqisindəki rolundan danışıb.

Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı İsfəndiyar Cavanşirovun (Xan Şuşinski) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünya ölkələrində təbliği istiqamətində həyata keçirilən layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici dövlətlərdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.

Sonra “Muğam televiziya müsabiqəsi”nin laureatı, beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun ifasında Azərbaycanın muğam, təsnif və xalq musiqiləri ifa olunub. Konsert proqramı dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.(AZƏRTAC)
Praqada “Könlüm keçir Qarabağdan” adlı konsert keçirildi - FOTOLAR

Praqada “Könlüm keçir Qarabağdan” adlı konsert keçirildi - FOTOLAR

Praqada “Könlüm keçir Qarabağdan” adlı konsert keçirildi - FOTOLAR

Karabakhmedia.az










SON XƏBƏRLƏR
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix