Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid vərəsələrinə 11 min manatlıq ödəmə ilə bağlı yeni xəbər


Tarix:31-10-2018, 12:26 Kateqoriya:Manşet / Cəmiyyət

Şəhid vərəsələrinə 11 min manatlıq ödəmə ilə bağlı yeni xəbər

Onların 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

Artıq 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün nazirliyə göndərilib.

AzNews.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi üçün notariat kontorlarında sənədlərin qəbulu prosesi davam edir.

Vərəsələr 2018-ci ilin 9 oktyabr tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (http://www.mlspp.gov.az) fəaliyyət göstərən “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, sorğu-axtarış edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrindən artıq 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

Dövlət başçısının qeyd olunan Fərmanın icrası olaraq, birdəfəlik ödəmənin çevik, şəffaf və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə verilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanmış Qaydalara əsasən, həmin ödəmənin alınması üçün sənədlərin “bir pəncərə” prinsipi əsasında, yəni yalnız notariat orqanları tərəfindən qəbul edilməsi həyata keçirilir.

İndiyədək artıq 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notariat kontorlarında qəbul olunaraq birdəfəlik ödənişin həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada göndərilib. İlin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.

Bununla yanaşı, şəhid hərbi qulluqçuların vərəsələrindən əvvəllər sığorta ödənişi edilmiş bir qismi bu ödənişi almadıqları iddiası ilə Nazirliyə və digər dövlət orqanlarına müraciət edib. Həmin şəxslər – ümumilikdə 117 şəhid hərbi qulluqçunun vərəsələri nazirlikdə qəbul olunaraq, şikayətləri qeydə alınıb. Müvafiq araşdırma aparılmaqla, onlardan artıq 70 şəhid hərbi qulluqçunun vərəsəsinin sığorta ödənişini aldığını təsdiq edən sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilərək şikayətçilərə təqdim olunub. Digər 47 şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətlərinin araşdırılması davam edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək