Qarabag Media
Haqqımızda Əlaqə

Stalinin gizli parol kimi istifadə etdiyi Azərbaycan xalq mahnısı


Tarix:30-10-2018, 12:19 Kateqoriya:Manşet / Maraqlı

Stalinin gizli parol kimi istifadə etdiyi Azərbaycan xalq mahnısı

Vaxtilə "Xalqlar həbsxanası” adlandırılan SSRİ-yə rəhbərlik edən, "millətlər atası” ayaması ilə məşhurlaşan İosif Stalin Bakıda həbsdə yatarkən Azərbaycanın xlaq mahnısından parol kimi istifadə edib.

Aşağıda həmin mahnının parola necə çevrildiyindən danışılır:

1908-ci ilin mart ayında Bakıda həbs olunaraq Bayıl türməsinə göndərilən Stalin sentyabr ayına qədər burada qalır və böyük Məhəmməd Əmin Rəsulzadə onun həbsxanadan xilas edilməsində yardımçı olur.

Həbsxanada olduğu müddətdə yoldaşlarının Stalinlə çox maraqlı ünsiyyət metodu var idi. İnformasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan "Pəncərədən daş gəlir” oxunardı. Bu zaman hücrədəkilər artıq məsələnin nə yerdə olduğunu bilər və daşı səs-küy yaratmadan tutardılar. Beləcə, Stalin Bayıl həbsxanasında olduğu müddətdə aralarında xüsusi parol olaraq istifadə edilən bu mahnını çox eşidir və əvvəldən axıra qədər əzbərləyir. Buna Stalinin Azərbaycan dilini qismən bilməsi də kömək edir.

Pəncərədən daş gəlir,
Ay bəri bax bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax bəri bax.
Səni mənə versələr,
Ay bəri bax bəri bax.
Hər görənə xoş gəlir,
Ay bəri bax bəri bax.


Pəncərənin milləri,
Ay bəri bax bəri bax.
Аçılıb qızıl gülləri,
Ay bəri bax bəri bax.
Oğlanı yoldan eylər,
Ay bəri bax bəri bax.
Qızın şirin dilləri,
Ay bəri bax bəri bax.

1938-ci ildə Moskvanın məhşur "Böyük teatr”ında Azərbaycan mədəniyyəti günləri keçirilən zaman maraqlı bir hadisə yaşanır. Stalin böyük çıxışdan bir gün əvvəl Üzeyir bəy Hacıbəylinin rəhbərlik etdiyi truppanın məşqlərini də izləyir və çox bəyənir. Üzeyir bəy onu sabahkı böyük çıxışa dəvət edir. Stalin bir şərtlə gələcəyini deyir: "Əgər Azərbaycandan gələn incəsənət adamları çıxışda "Pəncərədən daş gəlir” mahnısını oxuyarlarsa...” .

Üzeyir bəy bununla razılaşır. Çıxışa bir gün qalanda mahnını qəti bilməyən gənc ifaçılara öyrədə bilir, hətta onu yenidən nota alır. Sabahısı gün Azərbaycan mədəniyyət günlərində "Koroğlu” operası ilə yanaşı, bu mahnı da səsləndirilir və Stalin çıxışçıları ayaq üstə alqışlayır.

Elmin Nuri










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"