Qarabag Media
Haqqımızda Əlaqə

Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə tədbiri


Tarix:29-10-2018, 16:27 Kateqoriya:Manşet / Mədəniyyət

Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə tədbiri

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə tədbiri keçirilib.

Karabakhmedia.az xəbər verir ki, tədbir paytaxtın "Bəh Bəh” restoranında baş tutub. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti, əfsanəvi "Qaya" kvartetinin solistlərindən biri Rauf Babayev, ictimaiyyət nüməyəndələri həmçinin jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Rauf Babayev bu kimi yaradıcı görüşlərin ərsəyə gəlməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Müslüm Maqomayev yaradıcılığı çoxşaxəli idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı. M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib . Daha sonra tədbirdə Tamerlan Yusipov, Svetlana Qasımova və Kamran Rzayev dünya şöhrətli Müslüm Maqomayevin repertuarından mahnılar ifa ediblər. Mərasim canlı olaraq facebook sosial şəbəkəsində yayımlanıb.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Dünya şöhrətli müğənninin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı 2017-ci il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"