Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Türkiyənin Cümhuriyyət GÜNÜDÜR


Tarix:28-10-2018, 23:44 Kateqoriya:Manşet / Türk dünyası

Bu gün Türkiyənin Cümhuriyyət GÜNÜDÜR

Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə-Atatürk (1881, Selanik – 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hokuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımzı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Cağdaş bir cumhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir". O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal onu limanda ümidsizliklə qarşılayan insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: “Gəldikləri kimi də gedəcəklər...". Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, “Meclis Başkanı” seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm.” Dünya gücləri ölüm-dirim savaşına qalxan Türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü, rəsmən qəbul elədi. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri “Lozan Barış Antlaşması” imzalandı, Türk millətinə təhqir olan “Sevr Antlaşması” qüvvədən düşdü.

Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.

Karabakhmedia.az
______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək