Qarabag Media
Haqqımızda Əlaqə

Antalyada Cümhuriyyət Gününə start verildi - 600 metrlik dövlət bayrağı


Tarix:28-10-2018, 22:47 Kateqoriya:Manşet / Türk dünyası

Antalyada Cümhuriyyət Gününə start verildi - 600 metrlik dövlət bayrağı

Bu mərasimə 100 min nəfər qatılıb.

Türkiyə Respublikasında Cümhuriyyət Günü təntənə ilə qeyd olunur. Artıq bayram tədbirlərinə start verilib.

Oktyabrın 29-da Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə ölkədə bayram tətilidir. Küçə və meydanlar, şəhər, qəsəbə və kənd mərkəzləri, ictimai yerlər bayramsayağı bəzədilib. Ölkənin hər yerində bayram mərasimləri təşkil olunub. Bayram münasibəti ilə ölkə ərazisində bir-birindən fərqli və maraqlı tədbirlər təşkil olunub.

Antalyada milli bayram şərəfinə 600 metrlik dövlət bayrağı meydana çıxarılıb. Yerli əhali ilə bərabər xarici turistlər də böyük coşqu ilə qeyd olunan bayram tədbirlərinə qoşulublar. Rəsmi məlumata görə, bu mərasimə 100 min nəfər qatılıb.

Bayram münasibəti ilə ən böyük dövlət tədbiri isə İstanbulda inşa olunan yeni hava limanı - “İstanbul New Airport”un açılış mərasimi olacaq. Yerli vaxtla saat 16:00-da açılışı planlaşdırılan mərasimdə çox sayda xarici dövlət və hökumət başçısı, parlament sədrləri iştirak edəcək. Azərbaycan da bu mərasimdə geniş tərkibli rəsmi heyətlə iştirak edəcək.

Qeyd edək ki, 29 oktyabr - Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub. (AZƏRTAC)

Karabakhmedia.az

____________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"