Qarabag Media
Haqqımızda Əlaqə

İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"


Tarix:22-10-2018, 23:27 Kateqoriya:Manşet / İqtisadiyyat

İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"

Dövlət başçısı: "Biz kənd təsərrüfatının inkişafına nail oluruq"

Karabakhmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib: "Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq. Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır".

"Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq. Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur. Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, — qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, — gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, — torpaq vergisi istisna olmaqla, — bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq. Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir", — prezident İlham Əliyev vurğulayıb.

Karabakhmedia.az
_______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix