Qarabag Media
Haqqımızda Əlaqə

Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"


Tarix:22-10-2018, 14:32 Kateqoriya:Manşet / Türk dünyası

Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır" Türklük də bir inancdır: ucalıqdır, saflıqdır, əxlaqdır, ədalətdir, sevgidir, bir sözlə Tanrıçılıqdır. Bu anlamda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qaqauz Yeri, Yakutistan, Türkmen Eli, Uygur ve başqa Türk dövlətlərinin bayrağındakı göy ya da mavi boya yalnız milli kimliyimizi deyil, həm də inancımızın atributudur.

Deməli, Türklük ya da Tanrıçılıq bizim özümüz və özülmüzdür. Ancaq Türkün öz inancı ilə yanaşı, ona yaxın gördüyü digər dinləri, xüsusilə də İslam dinini qəbul etməsini ifratlaşdırmaq doğru deyildir. Doğrudur, bu gün Türk xalqlarının böyük çoxluğu İslam dinidir. Bu o deməkdir ki, Türk xalqları mövcud dinlər arasında ən çox İslam dinini öz inancına, yəni Tanrıçılığa yaxın bilmişdir. Şübhəsiz, Türk bilgələri, Türk xaqanları bu seçimi edərkən yuxarıdakı amili və dövrün şərtlərini də nəzərə almışdır.

Bir sözlə, Türk olaraq İslam dininin dəyərini yaxşı anlamaqla yanaşı, amma hələ də öz inanclarına sadiq qalan Türk xalqlarını da, o cümlədən xristian türklərini, buddist türkləri, yəhudi türklərini də görməzdən gələ bilmərik. Onlar da bizim bir parçamız, yəni özülmüzdür. Ona görə də, matrudilər, yəsəvilər kimi bizlər də Türklüyümüzü daima bir addım öndə tutmalı, dini inancı önə çəkib milli kimliyimizin üstündən xətt çəkməməliyik.

Əhməd Yəsəvi demişkən, Türklük qədərimiz, din seçimimizdir. Bu anlamda Azərbaycan Türk bayrağındakı məfkurəyə və ardıcılığa əməl etməliyik.

Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru


________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək