Qarabag Media
Haqqımızda Əlaqə

DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)


Tarix:22-10-2018, 13:52 Kateqoriya:Manşet / Gündəm

DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)

Bakıda kənd təsərrüfatı məhsulların topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların kütləvi satışı həyata keçirilir.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən Azərbaycana hər gün yüz tonlarla kartof idxal olunur. Daha dəqiq desək, ölkəyə hər gün Gürcüstan ermənilərindən satın alınan təxminən 250 ton kartof gətirilir. Bunun da böyük hissəsi Azərbaycanda kartof idxalı ilə məşğul olan 4-5 işbazın payına düşür.

Məlum olduğu kimi, Gürcüstanın cənubunda yerləşən Samtsixe-Cavaxeti diyarı və mərkəzi Axalkalaki şəhərinin əhalisi əsasən ermənilərdir. Buradakı iş adamları da erməni diasporunun aktiv dəstəkçiləri hesab olunur. Dünyanın istənilən nöqtəsində yaşayan hər hansı erməninin də Azərbaycana münasibəti artıq hər kəsə bəllidir. Onda belə çıxır ki, biz öz əlimizlə erməni diaporunun varlanmasına, güclənməsinə dəstək oluruq. 4-5 işbazın "alveri" yaxşı gedəcək deyə, ölkədən milyonlarla manat vəsaiti erməni diasporunun cibinə axıdırıq.

Digər tərəfdən, ölkənin qida təhlükəsizliyi də təhlükə altına düşür. Bu kartoflar vasitəsi ilə Azərbaycana hansısa təhlükəli xəstəliklərin, virusların ötürülməyəcəyinə kim təminat verə bilər? "Qırmızı körpü"də kartof daşıyan yük avtomobillərini yoxlamaq üçün qapının ağzındakı kisələrdən ara-sıra bir-iki nümunə götürüb yoxlamaqla kifayətlənən Qida Təhlükəsizliyi Agentliyimi?

Bəlkə "Qırmızı Körpü" gömrük postunun, Tovuz Gömrük İdarəsinin və ya Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi?

Maraqlıdır ki, Gürcüstan özü kartof tələbatını heç yarısını ödəyə bilmir və kartofun 50 faizini Türkiyədən idxal edir. Belə olduğu halda, sual yaranır: görəsən Gürcüstan ermənilərini öz kartoflarını daha ucuz qiymətlərlə (15-20 qəpik), həm də kütləvi surətdə Azərbaycana satmağa sövq edən səbəblər hansılardır?

Və ya, Rusiya, Ukrayna. Belarus kimi alternativ, həm də sərfəli variantlar olduğu halda, məhz erməni kartoflarını kütləvi sürətdə ölkəyə gətirib, bütün Azərbaycana yedizdirən 4-5 yerli işbazın hədəfləri, maraqları nədir?

Bazarlarda kiçik bir reydimiz zamanı da maraqlı məqamların şahidi olduq. Yük avtomobillərinin sahibləri, satıcılar özləri də qeyri-rəsmi söhbətlərimizdə məhsulun məhz "erməni kartofu" olduğunu gizlətmədilər.

Bu məhsullar Axalkalakidə əsas topdançılar olan Artu, Aşot, Levon, Karen və Arnik adlı erməni işbazlardan alınır. Maraqlı məqam odur ki, Axalkalakidə böyük anbarları olan Artuş (soyadını dəqiləşdirə bilmədik- red.) və başqalarının anbarlarında həm də Ermənistandan gətirilən kartoflar saxlanılır və oradan da Azərbaycandan gələn yük avtomobillərinə yüklənilir.

Göründüyü kimi, mövzu təkcə qida təhlükəsizliyi məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Ümid edirik ki, aidiyyatı qurumlar qaldırdığımız mövzuya ciddi yanaşaraq, dərhal məsələyə müdaxilə edəcək və ən azı, Gürcüstandan kartof idxalının qarşısını alcaqlar.

Yoxsa, ölkənin əsas strateji məhsullarından hesab olunan və hər evdə gündəlik istifadə olunan kartofun "ölüm virusu"na çevrilməsi təhlükəsi var.

Karabakhmedia.az

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi