Qarabag Media
Haqqımızda Əlaqə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib


Tarix:12-10-2018, 00:54 Kateqoriya:Manşet / Gündəm

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclas keçirilib.

Karabakhmedia.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında ölkəmizdə ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra olunduğunu, dinamik inkişafın getdiyini, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd edib və bildirib ki, sabitliyin, uğurlu inkişafın təməlində cənab Prezidentin apardığı düşünülmüş siyasət və xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır.

Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılması ilə bağlı tapşırıq verib. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə verilmiş tapşırıqları uğurla icra edir. Eyni zamanda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında məcburi köçkünlərlə iş sahəsində vəziyyətlə bağlı ciddi iradlar bildirib, o cümlədən onların yeni mənzillərə köçürülməsi prosesinin daha şəffaf və ədalətli şəkildə aparılmasını tələb edib.

Qeyd olunub ki, komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq.

Eyni zamanda şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaqdır.

Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı
Prezident 2 sərəncam, 2 fərman imzaladı
Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi
İranda Azərbaycan bayrağını erməni bayrağının altından asanlara GÖZ DAĞI – VİDEO
Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! - FOTOLAR
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Cənub Qaz Dəhlizi"nə hansı ölkələr qoşula bilər - professor açıqladı
Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"
Bəylikdən qaçaqçılığa-qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid
"Laçın" tankeri suya buraxıldı - VİDEO
Erməni nazir Qarabağda hərbi əməliyyatların bərpa olunmamasının səbəbindən danışdı
Soydaşımız Niderland mediasında Xocalıdan yazdı
"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib" - Komitə sədri
“SSRİ-ni belə dağıtdılar” – Putin “Amerika tələsi”ndə/Şərh
Qızını erməniyə ərə verən Ağadadaş Kərimov çeçenlərlə görüşdən qovuldu - VİDEO
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Zabratda evi yanan köçkünlərə ev verəcək
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə vermədi
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi
Saakaşvilidən İvanişviliyə mesaj:"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb"
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" - Elnur Eltürk
İsrail Şərqi Qüdsdə 464 qanunsuz yaşayış binası inşa edəcək
Rəsulzadə haqqında unudulmuş xatirə
Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var?
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Lavrov: "Həmsədrlər yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər"
Prezident: "Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir"
Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq
Ermənilər Xocavənddə azərbaycanlıları girov apararkən çəkilmiş görüntülər — VİDEO