Qarabag Media
Haqqımızda Əlaqə

Şəhidlik ömrü ilə dünya ömrü tən oldu...— Uğrunda şəhid olduğu torpaq hələ də düşməndə...


Tarix:11-10-2018, 13:06 Kateqoriya:Manşet / Cəmiyyət

Şəhidlik ömrü ilə dünya ömrü tən oldu...— Uğrunda şəhid olduğu torpaq hələ də düşməndə...

Bizim isə Qarabağsız illərimiz Qarabağlı illərimizlə tən oldu, əziz şəhid dostumuz!.. Sən bizdən qat-qat xoşbəxtsən!..

Bu gün həyatda qalan əzizlərini, dostlarını o cümlədən həmyaşıd orta məktəb yoldaşlarını səndən xoşbəxt sananlar yanılırlar, zənnimcə, torpaqlarımız uğrunda canını fəda edən qeyrətli dost!.. Çünki sən artıq şəhidlik zirvəsindəsən, bizsə hələ bu günah bataqlığı olan dünyanın qayğıları ilə çabalayırıq... Sən 25 illik dünya ömrünü şərəflə tamamlayıb 25 ildir Allah dərgahında -Cənnət kandarında daha gözəl günləri gözləyirsən. Bizlər – fitnə-fəsad dolu Yer üzündə 50-ci il mövcud olan həmyaşıdların isə 25 ildən çoxdur Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam... həsrətindəyik. 25 ildən çoxdur sənin uğrunda həlak olduğun torpaqları, sənin doğma kəndini azad edib qisasını ala bilməmişik... Biz hələ Qiyamət günü Allahın qarşısında nə cavab verəcəymizi düşünürük. Sən isə artıq Vətən, xalq qarşısındakı borcunu layiqincə ödəyib can əmanətini şərəflə Yaradana qaytarmısan, sən sorğu-sualsız Cənnnətdə qalacaqcan, inşallah!.. Vay əlini-əlinin üstünə qoyub ermənipərəst ABŞ-dan, Rusiyadan, Fransadan, BMT-dən, ATƏT-dən, AŞ-dan-filandan torpaqlarımızı azad edəcəklərini uman, gününü yalnız gündəlik çörək, maşın, ev, ailə qayğısıyla keçirən bizlərin gününə!..
Yaradan bağışlasın bizi! Sən də bağışla, əziz dost!.. Torpağımıza dönə bilməsək də, Allah Onun, Vətənin, Qarabağın uğrunda, şərəfli ölümlə yanına gəlməyi qismət etsin bizlərə!..

Eyni məktəbdə eyni sinifdə oxuduğumuz şəhid Kamal Cabbarovla bağlı xatirələrimi bu il iyunun 30-da 50 illik yubileyinin tamamında da yazmışdım (bax:http://www.moderator.az/news/231108.html)... Dünən –oktyabrın 10-da isə şəhid məzarına qoyulmasından 25 il ötdü...

Cabbarov Kamal Bəbəş oğlu 1968-ci ildə Laçın rayonunun Fətəlipəyə kəndində anadan olub. 1985-ci ildə Ağanus kənd orta məktəbini bitirib. 1986-1988-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub.

1989-cu ildə Mingəçevir Politexnik Texnikumunu bitirib. 1993-cü ildə Milli Ordu sıralarına daxil olaraq cəbhəyə yollanıb. Cəbrayıl rayonunun Daşbaşı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 1993-cü ilin oktyabr ayının 9-da ŞƏHİD olub. Oktyabrın 10-da Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!..
Allah dərgahında görüşmək ümidi ilə:

Sultan Laçın

Mənbə: moderator.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"